Bütün xəbərlər
test
9 yanvar, 15:12

Bakı Mühəndislik Universitetində (BMU) “Mühəndislik problemlərinin həllində idarəetmə və nəzarət” adlı beynəlxalq konfrans təşkil olunacaq.

Universitetdən “Azərbaycan müəllimi"nə bildirilib ki, konfrans 13-15 mart tarixlərində təşkil olunacaq.  

BMU, Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutu, IEEE, Türkiyənin Ege Universiteti, Ukraynanın Kibernetika İnstitutu və Macarıstanın Debrecen Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbirdə elmi-tədqiqat müəssisələri, ali məktəblər, beynəlxalq təşkilatlar, dövlət və özəl sektorlardan olan nümayəndələr bir araya gələrək mühəndislik sahəsində mövcud elmi və praktiki problemləri müzakirə edəcəklər.

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları, Ukraynanın Kiyev Politexnik, Qazaxıstanın İnformasiya və Hesablama Texnologiyaları, Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar institutlarının, həmçinin Türkiyənin Balıkesir, Özbəkistanın Qarşi, Yunanıstanın Thessaly dövlət universitetlərinin tərəfdaşlıq etdiyi tədbirdə dünyanın aparıcı alimlərinin iştirakı gözlənilir.

Konfransda iştirak üçün qeydiyyat, tezis və məqalələrin təqdimatı 20.01.2025-ci il tarixində başa çatacaq.

Konfrans haqqında ətraflı məlumat üçün aşağıdakı linklərə daxil ola bilərsiniz: 
macosep.cyber.az/2025/ , https://bit.ly/4afgOvB

Xəbər lenti

9 yanvar, 16:53

Kamal Abdulla: Elektron məlumat bazası müəllim və tələbələrin bacarıqlarının inkişafına təsir göstərir

9 yanvar, 16:45

İmtahan həyəcanı necə idarə edilməlidir? - Tövsiyələr

9 yanvar, 16:39

İnnovativ məktəb layihəsi çərçivəsində İsraildə keçirilən təlimlər başa çatıb

9 yanvar, 16:36

Rektor: İxtisaslar əcnəbi tələbələrin ehtiyaclarına uyğunlaşdırılıb

9 yanvar, 16:32

ADPU-nun e-kitabxana xidmətindən 34 minədək şəxs yararlanıb

9 yanvar, 16:29

Təhsil proqramlarını işəgötürənlərin ehtiyaclarını nəzərə almaqla yenidən qururuq - Zəfər Qurbanov

9 yanvar, 16:25

AzTU tələbələri beynəlxalq təşkilatın təlimində iştirak ediblər

9 yanvar, 16:18

Rektor: Gənclərin aqrar sahəyə marağı getdikcə artır

9 yanvar, 16:11

Region gənclərinin bacarıqlarının artırılması ilə bağlı layihə yekunlaşıb

9 yanvar, 15:42

Naxçıvan məktəblərinin vakant tədris-köməkçi yerlərinə işə qəbul üçün imtahan keçiriləcək

9 yanvar, 15:22

Universitetlərdə imtahanlar individual yanaşma əsasında keçirilməlidir – Təklif

9 yanvar, 14:58

"Könüllü addımlar" layihəsi icra olunmağa başlayıb

9 yanvar, 13:34

Rektor: Aqrar sektorla bağlı stereotiplər aradan qalxır - MÜSAHİBƏ

9 yanvar, 12:31

Musiqi və incəsənət məktəbləri müəllimlərinin attestasiyası ilə bağlı məlumatlandırma sessiyası keçirilib

9 yanvar, 11:55

Ən çox hansı ölkələrin fəlsəfə doktoru üzrə verdiyi sənəd tanınıb? 

9 yanvar, 11:42

Yeni coğrafiya kurikulumundan hesablama tələb edən tapşırıqlar çıxarılıb

9 yanvar, 11:05

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri elan edilib

9 yanvar, 10:37

Peşə tanınması üzrə növbəti imtahanın keçirilmə tarixi açıqlandı

9 yanvar, 10:21

Ağcabədi müəllimlərinin süni intellektlə bağlı bilikləri artırılır - Layihə 

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.