Bütün xəbərlər
test
9 yanvar, 16:53

Yanvarın 9-da Azərbaycan Dillər Universitetində (ADU) Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, ADU-nun rektoru, akademik Kamal Abdulla bildirib ki, bu təhsil müəssisəsi QS reytinqlər cədvəlində növbəti dəfə fərqlənməyi bacarıb. Bu göstərici müəllim və tələbələrin yüksək elmi-pedaqoji üstünlüyündən və tədris keyfiyyətinin nəticələrindən asılı olan bir məsələdir.

ADU-da elm və təhsil sahəsində həyata keçirilən layihələr, görülən işlərin əhəmiyyətindən danışan rektor müəllim və tələbələr üçün beynəlxalq təcrübəyə əsaslanaraq yaradılan şəraitdən və gələcək elmi əməkdaşlıq, tərəfdaşlıq imkanlarının mövcudluğundan söhbət açıb.

ADU bir sıra ilklərə imza ataraq, həm yerli, həm də beynəlxalq universitetlərin diqqətini çəkib. Belə ki, ADU-nun elmi-texniki bazası ən müasir  innovativ avadanlıqlarla təchiz olunmaqla tələbələr və müəllimlər üçün daha geniş imkanlar təqdim etmək məqsədini qarşıya qoyub. Universitetdə yaradılan elektron məlumat bazası həm müəllimlərin, həm də tələbələrin bilik və bacarıqlarının inkişafına öz müsbət təsirini göstərir.

ADU-da “Bir günlük xəlifə”, “Səfir saatı”, beynəlxalq mərkəzlərin yaradılması, məzunlarla regionlarda görüş kimi layihələrin əhəmiyyəti vurğulanıb:

“Ötən il ADU tələbə qəbulunda universitet tarixində ən yüksək göstərici ilə 99.9 faiz qəbulla rekorda imza atıb. Bu, sevindirici haldır. Bu nəticə cəmiyyətin ADU-ya münasibətinin və marağının ən bariz nümunəsidir. Demək, biz doğru yoldayıq. Bu yolda həm müəllimlərimizin, həm də tələbələrimizin böyük əməyi var. ADU-da iyirmidən çox xarici dil tədris olunur. Bu dillər sırasında Sanskrit dilini xüsusilə qeyd etmək istərdim. Tələbələrimizin bu qədim dilə marağı böyükdür. Həmçinin dünyanın bir sıra ölkələrində  - Pakistanda, Rusiyada, Belarusda, Rumıniyada, Serbiyada, Macarıstanda bizi təmsil edən mərkəzlərimiz var. Bu nümayəndəliklər Azərbaycan dili və mədəniyyəti mərkəzi kimi fəaliyyət göstərərək həm Azərbaycanı uğurla təmsil etmiş olur, həm də universitetimizin nüfuzunu artırır”.

ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribova, Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor, millət vəkili Tamam Cəfərova və Təhsil fakültəsinin dekanı, professor Hikmət Əlizadə universitetdə yaradılan şərait, mövcud imkanlar və layihələr barəsində ətraflı məlumat veriblər. 

Qeyd olunub ki, elm və təhsil siyasətinin həyata keçirilməsində İctimai Şuranın cəmiyyət və universitetlər arasında dialoqun qurulmasında mühüm rolu var. Bu mənada şuranın aktiv fəaliyyətinə xüsusi ehtiyacın olması vurğulanıb.

ADU məzunları əmək bazarında rəqabətə davamlılığı və yüksək peşəkar kadr potensialı ilə fərqlənməyi bacaran ali təhsil müəssisələrindən biridir. Bu da universitetin tədris keyfiyyətinin yüksək olmasından, düzgün təhsil strategiyasının qurulmasından xəbər verir.

Xəbər lenti

9 yanvar, 16:45

İmtahan həyəcanı necə idarə edilməlidir? - Tövsiyələr

9 yanvar, 16:39

İnnovativ məktəb layihəsi çərçivəsində İsraildə keçirilən təlimlər başa çatıb

9 yanvar, 16:36

Rektor: İxtisaslar əcnəbi tələbələrin ehtiyaclarına uyğunlaşdırılıb

9 yanvar, 16:32

ADPU-nun e-kitabxana xidmətindən 34 minədək şəxs yararlanıb

9 yanvar, 16:29

Təhsil proqramlarını işəgötürənlərin ehtiyaclarını nəzərə almaqla yenidən qururuq - Zəfər Qurbanov

9 yanvar, 16:25

AzTU tələbələri beynəlxalq təşkilatın təlimində iştirak ediblər

9 yanvar, 16:18

Rektor: Gənclərin aqrar sahəyə marağı getdikcə artır

9 yanvar, 16:11

Region gənclərinin bacarıqlarının artırılması ilə bağlı layihə yekunlaşıb

9 yanvar, 15:42

Naxçıvan məktəblərinin vakant tədris-köməkçi yerlərinə işə qəbul üçün imtahan keçiriləcək

9 yanvar, 15:22

Universitetlərdə imtahanlar individual yanaşma əsasında keçirilməlidir – Təklif

9 yanvar, 15:12

Mühəndislik problemləri beynəlxalq konfransda müzakirəyə çıxarılacaq

9 yanvar, 14:58

"Könüllü addımlar" layihəsi icra olunmağa başlayıb

9 yanvar, 13:34

Rektor: Aqrar sektorla bağlı stereotiplər aradan qalxır - MÜSAHİBƏ

9 yanvar, 12:31

Musiqi və incəsənət məktəbləri müəllimlərinin attestasiyası ilə bağlı məlumatlandırma sessiyası keçirilib

9 yanvar, 11:55

Ən çox hansı ölkələrin fəlsəfə doktoru üzrə verdiyi sənəd tanınıb? 

9 yanvar, 11:42

Yeni coğrafiya kurikulumundan hesablama tələb edən tapşırıqlar çıxarılıb

9 yanvar, 11:05

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri elan edilib

9 yanvar, 10:37

Peşə tanınması üzrə növbəti imtahanın keçirilmə tarixi açıqlandı

9 yanvar, 10:21

Ağcabədi müəllimlərinin süni intellektlə bağlı bilikləri artırılır - Layihə 

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.