Bütün xəbərlər
test
9 yanvar, 15:22

“Ali məktəblərdə hər bir fənn üzrə individual yanaşma əsasında imtahan sistemi qurulmalıdır. Ölkəmizdə universitetlərdə imtahan prosesi müxtəlif formalarda yazılı, şifahi və hibrid şəklində keçirilir. Düşünürəm ki, bir çox imtahanlar həm şifahi, həm yazılı hissəyə bölünə, aralıq imtahanlar formasında təşkil oluna bilər. Beynəlxalq təcrübədə belədir ki, tələbə bütün semestr boyu keçdiyi fənlər üzrə sessiyanın sonunda imtahan vermir. Onlar üçün müəyyən vaxt aralıqlarında da imtahanlar keçirilir”.

Bunu “Azərbaycan müəllimi”nə Azərbaycan Dövlət Pedaqoji Universitetinin SABAH mərkəzinin akademik məsləhətçisi, təhsil üzrə ekspert Əlmusa Atamaliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda çox az sayda universitetdə imtahan prosesi aralıq imtahan formasında təşkil olunur. Əksər universitetlərdə isə bunlar hər ay sonunda kollokvium formasında aparılır: 

“Qeyd edim ki, imtahan prosesinin təşkili qaydaları hər bir universitetin nizamnaməsi əsasında müəyyən edilir. Məlum olduğu kimi, hazırda qış imtahanı sesssiyasıdır və bütün universitetlərdə imtahanlara yanvarın 6-dan start verilib və bu, fevralın 2-ə kimi davam edəcək. İmtahanlar yazılı, şifahi, hibrid formalarında təşkil olunur. Buna nəzərən imtahan qərargah mərkəzləri yaradılıb. Həmin mərkəzlərdə imtahan işlərinin kodlaşdırılması prosesi aparılır. Belə ki, hər bir fənn üzrə imtahan günləri müəyyən edilir və tələbələrə bu barədə əvvəlcədən məlumat verilir. Tələbələr də həmin vaxtda imtahanda olurlar. Bütün universitetlərdə bu prosedur belə təşkil olunur. İmtahan prosesində koordinator, imtahan nəzarətçisi imtahanın gedişatına, qaydalara nəzarət edir. İmtahan bitdikdən sonra həmin işlər yoxlamaq üçün müəllimlərə kodlanmış şəkildə verilir”.

Ə.Atamaliyevin fikrincə, universitetlərdə keçirilən imtahanların şəffaflığı yüksək səviyyədədir: 

“Müəllim hansı tələbənin imtahan işini yoxlamasından məlumatsız olur. Belə ki, çarpaz yoxlama sistemi təşkil olunur və bir imtahan işini bir neçə müəllim yoxlayır. Həmin müəllimlərin yazdığı qiymətlərin ədədi ortası götürülür. Əgər tələbələr imtahanın nəticəsindən narazıdırsa, universitetlərdə apellyasiya qərargahları yaradılır. Universitetlərin saytında qərargahların linki olur. Tələbənin hansı fənn ilə bağlı şikayəti varsa, saytdan həmin linkə daxil olaraq müraciət formasını doldurur və sonra universitetdə həmin tələbə üçün apellyasiya təşkil olunur”. 

Xəbər lenti

9 yanvar, 16:53

Kamal Abdulla: Elektron məlumat bazası müəllim və tələbələrin bacarıqlarının inkişafına təsir göstərir

9 yanvar, 16:45

İmtahan həyəcanı necə idarə edilməlidir? - Tövsiyələr

9 yanvar, 16:39

İnnovativ məktəb layihəsi çərçivəsində İsraildə keçirilən təlimlər başa çatıb

9 yanvar, 16:36

Rektor: İxtisaslar əcnəbi tələbələrin ehtiyaclarına uyğunlaşdırılıb

9 yanvar, 16:32

ADPU-nun e-kitabxana xidmətindən 34 minədək şəxs yararlanıb

9 yanvar, 16:29

Təhsil proqramlarını işəgötürənlərin ehtiyaclarını nəzərə almaqla yenidən qururuq - Zəfər Qurbanov

9 yanvar, 16:25

AzTU tələbələri beynəlxalq təşkilatın təlimində iştirak ediblər

9 yanvar, 16:18

Rektor: Gənclərin aqrar sahəyə marağı getdikcə artır

9 yanvar, 16:11

Region gənclərinin bacarıqlarının artırılması ilə bağlı layihə yekunlaşıb

9 yanvar, 15:42

Naxçıvan məktəblərinin vakant tədris-köməkçi yerlərinə işə qəbul üçün imtahan keçiriləcək

9 yanvar, 15:12

Mühəndislik problemləri beynəlxalq konfransda müzakirəyə çıxarılacaq

9 yanvar, 14:58

"Könüllü addımlar" layihəsi icra olunmağa başlayıb

9 yanvar, 13:34

Rektor: Aqrar sektorla bağlı stereotiplər aradan qalxır - MÜSAHİBƏ

9 yanvar, 12:31

Musiqi və incəsənət məktəbləri müəllimlərinin attestasiyası ilə bağlı məlumatlandırma sessiyası keçirilib

9 yanvar, 11:55

Ən çox hansı ölkələrin fəlsəfə doktoru üzrə verdiyi sənəd tanınıb? 

9 yanvar, 11:42

Yeni coğrafiya kurikulumundan hesablama tələb edən tapşırıqlar çıxarılıb

9 yanvar, 11:05

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri elan edilib

9 yanvar, 10:37

Peşə tanınması üzrə növbəti imtahanın keçirilmə tarixi açıqlandı

9 yanvar, 10:21

Ağcabədi müəllimlərinin süni intellektlə bağlı bilikləri artırılır - Layihə 

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.