Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzi 2024-cü ildə aktiv fəaliyyəti ilə yadda qalıb.
Universitetdən “Azərbaycan müəllimi”nə bildiirlib ki, ümumilikdə 713.674 nüsxədən ibarət fondla Azərbaycanın ən böyük ikinci universitet kitabxanası olan ADPU-nun Kitabxana-İnformasiya Mərkəzin kitab fonduna 638.109 nüsxə kitab daxildir. Bu kitablardan 323.487 nüsxəsi Azərbaycan dilində, 300.118 nüsxəsi rus, 14.434 nüsxəsi isə digər dillərdədir. Mərkəzin e-kalaloqunda isə 70.058 nüsxə A.zərbaycan dilində, 1918 nüsxə rus, 14.438 nüsxə isə digər dillərdə olmaqla, ümumilikdə 14.500 adda 86.414 nüsxə yer alıb.
2024-cü il ərzində Kitabxana-İnformasiya Mərkəzinin xidmət göstərdiyi oxucu sayı 9.646 nəfər, e-kitabxana istifadəçilərinin sayı isə 33.663 nəfər olub. İl ərzində mərkəzə oxucu daxil olması 7.382 nəfər, kitab verilişi cəmi 29.646 nüsxə, abonement sayı 22.146 nüsxə, elektron göndəriş sayı 101 ədəd təşkil edib.
Qeyd edilən dövr ərzində mərkəzə müxtəlif dillərdə 2.159 kitab, 1.492 nüsxə dərslik və dərs vəsaiti, 486 nüsxə elmi ədəbiyyat, 81 bədii, 100 ictimai-siyasi ədəbiyyat, 26 elmlər doktorluğu və fəlsəfə doktorluğu dissertasiyası, 306 magistr dissertasiyası, 101 avtoreferat, 552 proqram, 73 dövri-elmi nəşr daxil olub.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)