Bütün xəbərlər
test
9 yanvar, 16:39

Elm və Təhsil Nazirliyi ilə “ORT İsrail” məktəblər şəbəkəsinin birgə faliyyət planına əsasən Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən icra olunan “İnnovativ məktəb” layihəsi çərçivəsində İsrailin Tel-Əviv şəhərində keçirilən “Təhsildə liderlik” mövzusunda təlimlər başa çatıb.

Təhsil İnstitutundan “Azərbaycan müəllimi”nə bildirilib ki, 15 dekabr – 1 yanvar tarixlərini əhatə edən təlimlərin son mərhələsində müəllimlər çoxşaxəli öyrənmə, təhsildə reallıqlar və illüziyalar, sosial-emosional öyrənmə modeli və bu kimi mövzularda təlimlər keçmiş, müxtəlif praktiki fəaliyyətlərə cəlb olunublar. Bununla yanaşı, pedaqoji heyət İsrailin Gan Yavne, Kiryat Gat, Ber Şeva, Ort Singalovski kimi tanınmış təhsil ocaqlarına səfər edib, buradakı öyrənmə mühiti və tədris metodları ilə tanış olmaq imkanı əldə ediblər.

Təlimlərin son günü layihə əsaslı öyrənmənin təşviqi məqsədilə təlim iştirakçılarına master-klas keçirilib.

Sözügedən təlimlərin bağlanış mərasimi 31 dekabr tarixində keçirilib. Təlimlərin ikinci hissəsinin yanvar ayının sonlarında Bakı şəhərində baş tutması planlaşdırılır.

1 /5

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/09%20January%202025/eb93e1f2-6ec5-4faf-aed3-a1ed1f1c0a03_2-1.jpeg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/09%20January%202025/a3c387f5-30a6-4344-bdd0-9bfc80af75d1_1-1.jpeg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/09%20January%202025/6646b831-e135-48b8-8e3b-74e6e181515b_4.jpeg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/09%20January%202025/a00d00f0-3a21-40a7-b637-eda9dfabc46f_3-300x225.jpeg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/09%20January%202025/3d419c1a-af17-414e-bebb-ce75202fb7f3_5-scaled.jpeg

Xəbər lenti

9 yanvar, 16:53

Kamal Abdulla: Elektron məlumat bazası müəllim və tələbələrin bacarıqlarının inkişafına təsir göstərir

9 yanvar, 16:45

İmtahan həyəcanı necə idarə edilməlidir? - Tövsiyələr

9 yanvar, 16:36

Rektor: İxtisaslar əcnəbi tələbələrin ehtiyaclarına uyğunlaşdırılıb

9 yanvar, 16:32

ADPU-nun e-kitabxana xidmətindən 34 minədək şəxs yararlanıb

9 yanvar, 16:29

Təhsil proqramlarını işəgötürənlərin ehtiyaclarını nəzərə almaqla yenidən qururuq - Zəfər Qurbanov

9 yanvar, 16:25

AzTU tələbələri beynəlxalq təşkilatın təlimində iştirak ediblər

9 yanvar, 16:18

Rektor: Gənclərin aqrar sahəyə marağı getdikcə artır

9 yanvar, 16:11

Region gənclərinin bacarıqlarının artırılması ilə bağlı layihə yekunlaşıb

9 yanvar, 15:42

Naxçıvan məktəblərinin vakant tədris-köməkçi yerlərinə işə qəbul üçün imtahan keçiriləcək

9 yanvar, 15:22

Universitetlərdə imtahanlar individual yanaşma əsasında keçirilməlidir – Təklif

9 yanvar, 15:12

Mühəndislik problemləri beynəlxalq konfransda müzakirəyə çıxarılacaq

9 yanvar, 14:58

"Könüllü addımlar" layihəsi icra olunmağa başlayıb

9 yanvar, 13:34

Rektor: Aqrar sektorla bağlı stereotiplər aradan qalxır - MÜSAHİBƏ

9 yanvar, 12:31

Musiqi və incəsənət məktəbləri müəllimlərinin attestasiyası ilə bağlı məlumatlandırma sessiyası keçirilib

9 yanvar, 11:55

Ən çox hansı ölkələrin fəlsəfə doktoru üzrə verdiyi sənəd tanınıb? 

9 yanvar, 11:42

Yeni coğrafiya kurikulumundan hesablama tələb edən tapşırıqlar çıxarılıb

9 yanvar, 11:05

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri elan edilib

9 yanvar, 10:37

Peşə tanınması üzrə növbəti imtahanın keçirilmə tarixi açıqlandı

9 yanvar, 10:21

Ağcabədi müəllimlərinin süni intellektlə bağlı bilikləri artırılır - Layihə 

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.