Yanvarın 31-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrində vakant olan psixoloq, kitabxana müdiri və kitabxanaçı vəzifələrinə işə qəbulu müsabiqəsi üçün test imtahanı keçiriləcək.
Nazirlikdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, imtahanda 3-20 dekabr 2024-cü il tarixləri arasında elan olunan sənəd qəbulunda iştirak edən 89 namizədin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, Naxçıvan şəhər Uşaq-gənclər şahmat məktəbində saat 10:00-da keçiriləcək müsabiqəyə muxtar respublikanın ümumtəhsil müəssisələrindən psixoloq vəzifəsi üzrə 50, kitabxana müdiri və kitabxanaçı vəzifəsi üzrə isə 25 vakant vəzifə çıxarılıb.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)