Hazırda “Peşə təmayüllü siniflər” layihəsi 249 məktəb, 419 sinif, 838 ixtisas qrupu, 7000-dən çox şagird və 1087 müəllim heyətini əhatə edir.
Elm və Təhsil Nazirliyindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, layihə çərçivəsində 4 profil üzrə dülgər, çilingər, aşpaz, kombi-kondisioner ustası, mebel quraşdırma, aqronom, dərzi, qənnadçı, bərbər, manikür-pedikür, ofisiant-barista, foto-videoqraf, telefon təmiri ustası, “help desk” mütəxəssisi, qrafik dizayner və kompüter operatoru ixtisasları tədris edilir.
Layihənin tətbiqinə 2019-2020-ci tədris ilindən başlanılıb. Məqsəd ümumi orta təhsil bazasında təhsilalanların peşə təhsilinə hazırlanması, onların peşə ixtisaslarına aid səriştələrinin inkişaf etdirilməsi, peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnmələri yolu ilə əmək bazarına hazırlanmasının təmin edilməsidir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)