Bütün xəbərlər
8 yanvar, 16:55

Emosional zəka (Emotional Intelligence) şəxsin duyğularını ağıllı, həssas, yararlı və müdrik formada istifadə etmək qabiliyyətidir. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bu termin ilk dəfə 1990-cı ildə amerikalı psixoloq Peter Salovey və Con D.Mayer tərəfindən elmə daxil edilib. Bu anlayış beş sahədə qabiliyyətlərin toplusudur: 

1. Özünüdərk 
2. Duyğuları idarə edə bilmək 
3. Hərəkətə keçmək
4. Başqalarının duyğularını anlamaq 
5. Sosial qabiliyyətlər 

1995-ci ildə Daniel Qoleman tərəfindən “Duyğusal zəka” adlı kitab nəşr olunub və bu nəşr emosional zəka anlayışının məşhurluq qazanmasında böyük rol oynadı. Emosional zəka həyatda uğur qazanmaqda əhəmiyyətli yerə sahibdir. Çünki duyğular hər bir insanda var, lakin emosional zəka özümüzün və başqalarının duyğularını tanıma və dəyərləndirməklə yanaşı, gündəlik həyatımıza və iş prosesinə ciddi şəkildə təsir göstərərək onlara uyğun reaksiyalar verməyimizə səbəb olur. Buna görə də tədris prosesində də emosional zəkanın önəmi mütəxəssislərin diqqətini cəlb edir. Öyrənmə prosesinin emosional təməllərə söykəndiyi fikri yeni deyil, hətta eramızdan əvvəl yaşamış Platonun dövrünə qədər gedib çıxır. Əgər bir insan iş, təhsil və ya şəxsi həyatında istədiyi nəticələrə çatmaq üçün duyğularını ağıllı şəkildə yönləndirə bilir və istədiyi nəticələri nail olursa, onu “duyğusal cəhətdən ağıllı” adlandıra bilərik. 

Emosional intellektlə bağlı təhlillər akademik cəhətdən parlaq zəkalı insanların həm iş, həm də sosial mühitdə ən uğurlu insanlar olmadıqlarını göstərir. Son araşdırmalardan məlum olub ki, uşaqlarda akademik zəka gücləndiyi halda, duyğusal zəka geriləyir. Alimlərə görə, İQ (intellekt əmsalı) həyatda uğur faizinə ən yaxşı ehtimalda 4, ən pis ehtimalda 20 faiz təsir edir. Lakin EQ – emosional zəka ağlın sahib olduğu qabiliyyətlərin istifadə edilməsində böyük rol oynayır. Yəni bir insan duyğularını tanıyıb yönləndirə bilirsə, zehni qabiliyyətini də yüksəldir. Duyğularını idarə edə bilməyən insanlar zehinlərini də idarə edə bilmirlər. 

EQ hər yaşda inkişaf etdirilə bilir. Emosional intellektin inkişafı həm koqnitiv, həm də bioloji yetkinlik ilə əlaqəlidir. Bu prosesdə məktəbin rolu böyükdür. Məktəbdə şagirdin uğur qazanması akademik zəka qədər emosional zəka ilə də əlaqəlidir. Lakin təhsilverənlər dərs prosesində emosional maraq və hədəflərə o qədər də yer vermirlər. 

Araşdırmalar nəticəsində emosional zəkanın qadın və kişilər arasında fərqlilikləri də qeyd olunur. Ortalama hesabla qadınların daha çox empatiya göstərdiyi, özünün və başqalarının duyğularından xəbərdar olduğu üçün qarşılıqlı münasibətlərində də daha uğurlu olduğu nəzərə çarpır. 

Məktəbdə, sinifdənkənar mühitdə emosional zəkanın inkişaf etdirilməsi üçün son illərdə təhsildə populyar olan “çoxnövlü intellekt” (“multiple intelligence”) modelindən istifadə oluna bilər. Çünki bu modelin köməyi ilə uşaqların fərqli zəka sahələrinin inkişaf etdirilməsi mümkündür. 

Təhsildə emosional zəkanın inkişaf etdirilməsi məktəb rəhbərliyi və mütəxəssislərindən ciddi məsuliyyət tələb edir. 

Şərhlər

Xəbər lenti

7 avqust, 10:14

“Karate mənim həyat tərzimdir” – Karateçi ailəsində böyüyən çempion qız

7 avqust, 09:46

“Milli Proqram” çərçivəsində daha 7500 nəfər təlimlərə başlayıb

7 avqust, 08:59

UFAZ-ın 32 məzunu Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alacaq

6 avqust, 17:06

Ötən ay xaricdə təhsil alan 587 nəfərin diplomu tanınıb

6 avqust, 15:57

Çilidə Dünya Müəllimləri Sammiti keçiriləcək

6 avqust, 15:17

Ali məktəblərin akkreditasiya meyarlarının növbəti müzakirəsi keçirilib

6 avqust, 15:12

Böyük Britaniyaya təhsil almağa gedən tələbələrin NƏZƏRİNƏ!

6 avqust, 13:54

Qarabağ Universitetində rus və ingilis bölmələri üzrə tələbə qəbulu aparılacaq?

6 avqust, 13:34

ADNSU ilə Vorvik Universiteti arasındakı ikili diplom proqramı çərçivəsində “Yay məktəbi” təşkil olunub

6 avqust, 13:33

Cənub bölgəsində yeni liseylər fəaliyyətə başlayır

6 avqust, 13:30

Samir Babayev: Qarabağ Universitetində tibb təhsili nadir universitetlərdə tədris edilən proqramla aparılacaq – MÜSAHİBƏ

6 avqust, 12:58

Sabahın hava proqnozu açıqlanıb

6 avqust, 12:49

Lənkəranda gimnaziyanın bağlanması ilə bağlı məlumatlara rəsmi münasibət bildirildi

6 avqust, 11:39

Diaspor gəncləri Qarabağ Universitetində olublar

6 avqust, 11:18

Lisey və gimnaziyalara seçim prosesi başlayır

6 avqust, 11:10

Naxçıvanın təhsil nazirinin müavini vəzifəsindən azad edilib

6 avqust, 11:05

Bölgə gənclərinin rəqəmsal və süni intellekt savadlılığı artırılır

6 avqust, 10:53

Anasının arzusunu gerçəkləşdirdi – Region birincisi olan Nəzrinin uğur hekayəsi

6 avqust, 10:16

“Bambuk məktəb" nümunəsi

6 avqust, 09:48

Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.