Bütün xəbərlər
test
10 yanvar, 10:39

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2024-2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir. Sessiya təsdiq olunmuş imtahan cədvəlinə əsasən, bakalavriat səviyyəsində yazılı, test və yaradıcılıqla bağlı fənlər üzrə ənənəvi qaydada, magistratura səviyyəsində yazılı, test və şifahi formada keçirilir.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, sessiya müddətində bakalavriat səviyyəsində 404 fənn üzrə 9249 tələbə, magistratura səviyyəsində isə 263 fənn üzrə 1618 tələbə imtahan verəcək. Bakalavriat səviyyəsində keçirilən imtahanların 163-ü yazılı, 206-sı test, 35-i isə qabiliyyət tələb edən, magistratura səviyyəsində isə keçirilən imtahanlardan 60-ı test, 203-ü yazılı imtahanlardır.

İmtahanlarda tələbələrin davranışını izləmək və onların qaydalara riayət etməsini təmin etmək məqsədilə 25 zal nəzarətçisi prosesə cəlb olunub. Sessiyanın daha səmərəli keçirilməsi üçün ümumilikdə 10 auditoriyada imtahanlar təşkil edilib. Test üsulu ilə imtahan verən tələbələrə ümumilikdə 235 kompüterdən ibarət olmaqla 5 kompüter zalı, yazılı imtahanlara isə 5 xüsusi zal ayrılıb.

Yazılı imtahan işlərinin şifrələnməsi, işlərin qiymətləndirilməsi üçün ekspertlərə təqdim olunması, yoxlama prosesinə nəzarət, şifrələrin açılması işləri üzrə universitetin müəllim və əməkdaşlarından ibarət işçi qrup formalaşdırılıb. Eyni zamanda, imtahanların idarə edilməsi üçün gənc müəllimlər və tədris-köməkçi heyətdən ibarət nəzarət qrupu yaradılıb. Bir sözlə, imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması istiqamətində bütün tədbirlər görülüb.

Üzrlü səbəblərdən imtahanlarda iştirak edə bilməyən tələbələrə yenidən imtahan vermək şansı da yaradılıb. Onlar üzrlü səbəb haqqında əsaslandırılmış arayışlarını gətirməklə növbəti semestrin başlanğıcına qədər həmin fənn üzrə imtahan verə biləcəklər.

İmtahan prosesində yaranacaq narazılıqların araşdırılması və həlli məqsədilə Apellyasiya Komissiyası, İmtahan Qərargahı və “Qaynar xətt” də fəaliyyət göstərir. Həmçinin universitetin tədris binalarında müraciət və təklif qutuları yerləşdirilib. Hər sessiyada olduğu kimi, bu dəfə də imtahan prosesi universitet rəhbərliyi tərəfindən izlənilir və zəruri tapşırıqlar verilir.

Bundan əlavə, sessiya ərzində imtahanlarda şəffaflığı təmin etmək istiqamətində ictimaiyyətin iştirakını nəzərdə tutan “Açıq qapı” günləri də təşkil olunacaq. Bu günlərdə valideynlərin, deputatların, ictimaiyyət və media nümayəndələrinin imtahan sessiyasını müşahidə etməsinə şərait yaradılacaq.

1 /5

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/10%20January%202025/1e1a8514-a891-4f9e-b146-5f5430fee92c_17364215035969718499_1200x630.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/10%20January%202025/d69553bf-b8d3-4723-9bb2-eef01da5a67a_1736421503306126090_1200x630.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/10%20January%202025/1e216a52-5507-470d-ae9d-6f1cc1461d20_17364215034918926390_1200x630.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/10%20January%202025/cc565b88-0bb2-4707-91fc-39e16fc75224_1736416847677f9e4f96518.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/10%20January%202025/9f7027b2-458a-4624-99e1-1e0f74efc56f_1736416844677f9e4ca8394.jpg

Xəbər lenti

10 yanvar, 16:58

Yeni kurikulumda xarici dil üzrə ünsiyyət bacarıqlarının inkişafına xüsusi diqqət ayrılıb

10 yanvar, 16:31

ADMİU-ya kafedra müdiri axtarılır

10 yanvar, 16:14

Elmlər doktorları 100, fəlsəfə doktorları 60 manat əlavə alacaqlar

10 yanvar, 16:05

Tələbələr təhsil üçün hansı ölkələri seçirlər? 

10 yanvar, 15:24

Dövlət Proqramı iştirakçısının məqaləsi nüfuzlu jurnalda dərc olunub

10 yanvar, 14:55

Ötən il Lənkəran-Astara üzrə 1166 nəfər təhsil müəssisələrində işlə təmin olunub

10 yanvar, 14:30

Peşə təhsil pilləsində təhsilin bərpası prosesinə start verilib

10 yanvar, 14:30

Riyaziyyat asanlıqla öyrənilən bir dildir

10 yanvar, 14:07

Danışmayan uşaqlar bu bağçada dil açırlar - REPORTAJ

10 yanvar, 13:36

Mars planeti yaxın günlərdə Bakıdan adi gözlə aydın görünəcək

10 yanvar, 13:35

Ötən il 193 nəfərə elmi dərəcə verilməsindən imtina edilib 

10 yanvar, 12:54

Yoldaşına xəsarət yetirən şagird məktəbdən xaric edildi

10 yanvar, 11:05

Yeni Zelandiyada riyaziyyat təhsili böhranı: yeni strategiya şagirdlərə yardım edə bilər? 

10 yanvar, 10:55

Ötən il TİF-in layihələrində 15 664 tələbə iştirak edib

10 yanvar, 10:43

ADNSU-nun doktorantları Avropada tədqiqat aparıblar

10 yanvar, 10:34

BilBacar müsabiqəsinin yanvar ayı üzrə hazırlıq mərhələsinə start verilib

10 yanvar, 10:29

“Təhsilin keyfiyyətinin monitorinqi üçün yeni metodologiyalar tətbiq olunacaq” - Cavad Cavadov

10 yanvar, 10:14

Lənkəran-Astara Regional Təhsil İdarəsinin strukturunda dəyişiklik edilib

10 yanvar, 10:00

Gələcəkdə hansı peşələr yox olacaq, hansılar populyarlaşacaq? - ARAŞDIRMA 

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.