
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsi(THİK) və Tikinti-iqtisad fakültəsinin birgə təşkilatçılığı ilə “Fundamental sosial media marketinq və məzmun yaradıcılığı” mövzusunda təlim keçirilib.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, təlimin əsas məqsədi tələbələrin rəqəmsal kommunikasiya və məzmun yaradılması sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək olub. Təlim çərçivəsində iştirakçılar sosial media marketinqinin əsas prinsipləri, hədəf auditoriyanın müəyyənləşdirilməsi, platformalara uyğun kontent strategiyalarının hazırlanması və rəqəmsal dünyada effektiv ünsiyyətin qurulması mövzularında məlumatlandırılıblar.
Təlimçi və sahə üzrə mütəxəssis Həsən Hüseynsoy tərəfindən aparılan sessiya interaktiv formada təşkil olunub, iştirakçılarla real nümunələr və fikir mübadilələri əsasında mövzular izah edilib.
Təlim tələbələr tərəfindən maraqla qarşılanıb və onların praktiki biliklərini artırmağa xidmət edib.
1 /5
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər