
Bakı Slavyan Universiteti (BSU) Rəqəmsallaşma və Keyfiyyətin Təminatı Mərkəzinin direktoru və Magistratura və Doktorantura şöbəsinin rəhbəri vəzifələrinə vakansiyalar elan edir.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə BSU məlumat yayıb.
Rəqəmsallaşma və Keyfiyyətin Təminatı Mərkəzinin direktoru vəzifəsinə müraciət etmək istəyən namizədlərə olan tələblər:
➢ Ali təhsil (magistr və ya doktorantura dərəcəsi üstünlükdür).
➢ Beynəlxalq keyfiyyət standartları (ISO, ESG və s.), keyfiyyət təminatı, ali təhsil idarəçiliyi və ya beynəlxalq reytinq sistemləri ilə bağlı ən azı 2 illik təcrübə.
➢ Təhsil sistemində rəqəmsallaşdırma və innovativ texnologiyaların tətbiqi üzrə biliklər.
➢ Analitik düşüncə, datalarnan işləmə bacarığı və problem həll etmə bacarığı.
➢ Güclü təşkilatçılıq və liderlik qabiliyyəti.
➢ Beynəlxalq təcrübəni öyrənmək, təhlil etmək və tətbiqinə nail olmaq bacarığı.
➢ Azərbaycan və ingilis dillərini mükəmməl səviyyədə bilmək.
Vəzifə öhdəlikləri:
− Universitetin missiyasına və hədəflərinə uyğun olaraq təhsil, elm və idarəetmə fəaliyyətlərinin keyfiyyət standartlarına uyğunluğunun təmin edilməsi.
− Daxili keyfiyyət sisteminin tətbiqi.
− Universitetdə tədrisin, tədqiqatın və resursların idarəedilməsində keyfiyyətinin artırılması istiqamətində strategiyaların icrasına nəzərətin həyata keçirilməsi, proseslərin monitorinqi və qiymətləndirilməsini təşkil edərək təkmilləşdirici tədbirlərin icrası.
− Universitetin beynəlxalq reytinqlərdə (QS, THE, Webometrics və s.) mövqeyinin gücləndirilməsi üçün strategiyaların hazırlaması və icrası.
− Rəqəmsal idarəetmə və təhsil texnologiyalarının tətbiqinin təmin edilməsi.
− Xarici və daxili keyfiyyət təminatı proseslərinin tətbiqi.
− Tələbə və müəllim məmnuniyyətini ölçmək, həyata keçirilən layihələrin daha da təkmilləşdirilməsi üçün sorğuların təşkili və təhlili.
− Keyfiyyət təminatı və beynəlxalq reytinq sahələrində BSU-nun tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsi.
Bakı Slavyan Universiteti Magistratura və Doktorantura şöbəsinə rəhbərlik edəcək yüksəkixtisaslı və gələcəyə baxışı olan lider axtarır.
Namizədə olan tələblər:
− Doktorantura səviyyəsində təhsil (elmi dərəcə üstünlükdür).
− Ali təhsil sahəsində ən azı 5 illik iş təcrübəsi, o cümlədən rəhbər vəzifələrdə iş təcrübəsi üstünlükdür.
− Təşkilatçılıq, liderlik və strateji idarəetmə bacarıqları.
− Azərbaycan və ingilis dillərini yüksək səviyyədə bilmək, rus dili biliyi üstünlükdür.
Vəzifə öhdəlikləri:
− Doktorantura və magistratura təhsil proqramlarının planlaşdırılması, həyata keçirilməsi və keyfiyyətinə nəzarət.
− Doktorant və magistrantların tədqiqat fəaliyyətlərinin koordinasiyası və inkişafına dəstəyin göstərilməsi.
− Universitetin Elmi-tədqiqat strategiyasına uyğun olaraq şöbənin fəaliyyətinin təşkili.
− Beynəlxalq və yerli akademik tərəfdaşlarla, sənaye liderləri və tədqiqat təşkilatları ilə əməkdaşlıq əlaqələrini genişləndirilməsi.
− Təhsil və tədqiqat sahəsində yenilikləri, Azərbaycan Respublikasının bu sahədə normativ-hüquqi aktlarını izləmək və universitetin fəaliyyətində tətbiq etmək.
− Doktorantura və magistratura proqramlarında müxtəliflik, inklüzivlik və bərabərliyi təşviq etmək.
İş şərtləri:
- İş qrafiki: Tam iş günü (5gün)
- İş saatları: 09:00-18:00, 13:00-14:00 nahar fasiləsi
Son müraciət tarixi: 31.01.2025-ci il
Qeyd edək ki, yalnız vakansiyanın tələblərinə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. CV-lər Azərbaycan dilində yazılmalı, e-poçtun mövzu hissəsində vəzifənin adı qeyd edilməklə hr@bsu-uni.edu.az elektron poçt ünvanına göndərilməlidir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər