
Bakıda SABAH İncəsənət Festivalı keçiriləcək.
“Azərbaycan müəllimi” xəbər verir ki, iyunun 2-də Bakı Musiqi Akademiyası SABAH tələbələrinin ifasında klassik musiqi proqramı, iyunun 3-də isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH tələbələrinin ifasında F. Kafkanın “Metamorfoz” tamaşası təqdim ediləcək. Eyni zamanda, iki gün boyunca Azərbaycan Rəssamlıq Akademiyası və Azərbaycan Memarlıq və İnşaat Universitetinin SABAH tələbələrinin müxtəlif sahələr üzrə incəsənət nümunələri nümayiş olunacaq.
Eləcə də, festival çərçivəsində 30 may – 3 iyun tarixlərində SABAH qrupları və Türkiyənin Ufuk Planlama şirkəti ilə birgə "Bir Başqa Təhsil, Bir Başqa Şəhər" layihəsi çərçivəsində "Dayanıqlı şəhər layihəsi" multidisiplinar məkan planlaşdırma təlimi baş tutacaq.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər