Bütün xəbərlər
19 dekabr, 14:53

Dekabrın 19-da Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan “Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi” çərçivəsində seçilən “Balaca alim” uşaq bağçasına mediatur təşkil olunub. 

Mediaturda Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini Ayla Həsənova Məmmədova, nazirliyin Satınalmalar və qrantlar sektorunun müdiri Vüsalə Əliyeva, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, məktəbəqədər təhsil mütəxəssisi Rasif Dünyamalıyev, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının baş müəllimi Xalidə Musayeva Həmidova, media nümayəndələri və digər qonaqlar iştirak ediblər. 

"Balaca alim” məktəbəqədər təhsil müəssisəsinin təsisçisi və direktoru Nayma Qəhrəmanova mediatur iştirakçılarına rəhbərlik etdiyi bağça haqqında məlumat verib. Qeyd olunub ki, “Balaca alim” özəl uşaq bağçası 9 ildir fəaliyyət göstərir və burada “Günlük qayğı” adlanan Amerika modulları əsasında məşğələlər aparılır. Burada balacalar üçün xüsusi hazırlanmış proqramda idraki, sosial, motorik və emosional inkişafı nəzərdə tutan məşğələlər aydın şəkildə təsvir edilmişdir. Hər həftə üçün mövzu hərf, say, həndəsi fiqur, rəng və s. uyğun məşğələlərlə müşayiət olunmaqdadır.
 
Bağça həmçinin əlavə olaraq STEM+A proqramının sistemli şəkildə tədris edilməsini təmin edə bilir. Məşğələlər özəl olaraq bağça üçün Azərbaycan dilində nəşr edimiş “Balaca alim” 4 hissəli kitablar vasitəsilə (“Bədənim”, "Mətbəxdə”, Bağda”, “Su ilə əyləncə”) və yaş səviyyəsinə uyğun təсrübələrin aparılmasına imkan verən xüsusi təchiz edimiş laboratoriyalarda həyata keçirilir. “Balaca alim” uşaq bağçasında tərbiyə alan uşaqlara ətraf aləmi dərk etmə, müstəqillik və liderlik ruhu, “niyə?”, “nə üçün?” sualları ilə sorğulama kimi keyfiyyətlər aşılanır. Faktoloji bilikləri yükləməklə deyil, dərketmə bacarıqlarını formalaşdırmağa üstünlük verilir. 

Bağçada ümumilikdə 100-120 uşağa xidmət göstərilməsi nəzərdə tutulur. Hazırda məktəbəqədər təhsil müəssisəsində 6 qrupda 76 uşağa xidmət göstərilir və onlarla 7 tərbiyəçi-müəllim və 8 köməkçi müəllim məşğul olur. Qruplar 3-4, 4-5 və 5-6 yaşlar olmaqla ayrılmışdır. Qruplarda uşaqların sayı 12-19 nəfər arasındadır. 

Qeyd olunduğu kimi, "Balaca alim” Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan “Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi” çərçivəsində seçilən məktəbəqədər təhsil müəssisəsidir. Hazırda bu layihə çərçivəsində bağçaya 42 uşaq qəbul edilib. 

Qrant müsabiqəsinin əsas məqsədi 2024-2025-ci tədris ilində dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqların seçilmiş özəl məktəbəqədər təhsil müəssisələrində boş qalan yerlərə cəlb edilməsi və onların təhsil haqlarının bir hissəsinin qrant vasitəsilə maliyyələşdirilməsindən ibarətdir. Bu qrant müsabiqəsi çərçivəsində seçilmiş özəl məktəbəqədər təhsil müəssisələrində məktəbəqədər təhsilə cəlb olunmuş hər bir uşağın aylıq təhsil haqqının 250 manat məbləğində olan hissəsinin qrant hesabına qarşılanması, qalan məbləğin isə valideyn tərəfindən ödənilməsi nəzərdə tutulub.

Belə bir layihənin hər bir kəs, xüsusilə valideynlər tərəfindən razılıqla qarşılandığını söyləyən Nayma Qəhrəmanova bunu təhsil sahəsində dövlət-özəl əməkdaşlığı istiqamətində atılan mühüm bir addım olduğunu bildirib. 

Sonra qonaqlar və media nümayəndələri bağçada uşaqlar üçün yaradılmış şəraitlə tanış olub, bir sıra məşğələlərdə iştirak ediblər. 

Mediatur çərçivəsində iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Foto: Kənan Qafarov

1 /18

Şərhlər

Xəbər lenti

14 mart, 09:56

Qazaxıstanlı tələbələr ADNSU-da təcrübə keçiblər

14 mart, 09:48

Tələbələr dağ-mədən sənayesində inşaat mühəndisliyinin rolu barədə məlumatlandırılıb

13 mart, 21:23

Emin Əmrullayev Turin Politexnik Universitetinin rektoru ilə görüşüb

13 mart, 19:52

Universitetlərarası Azərbaycan Çempionatının qalibləri müəyyənləşdi

13 mart, 17:31

“Mexanika mühəndisliyində rəqəmsal simulyasiya texnikaları” mövzusunda təlim keçirilib

13 mart, 17:20

Xarici dildə təhsil: Gələcək üçün şans, yoxsa ailə üçün çətinlik?

13 mart, 16:47

Ölkə üzrə 530-a yaxın məcburi köçkünün peşə bacarıqları artırılır

13 mart, 16:30

MDU-da Təhsil ixtisasları üzrə işçi qrupun iclası keçirilib

13 mart, 16:25

Rumıniyanın ali təhsil müəssisələrinə təqaüd proqramı elan edilir

13 mart, 16:20

Gəncədə 100 məcburi köçkün peşə təliminə cəlb edilib

13 mart, 16:08

“Sabahın alimləri” XIV Respublika Müsabiqəsinin II günü – FOTOLAR

13 mart, 15:05

Ənənə və müasirliyi birləşdirən təhsil ocağı – Şəki məktəbindən REPORTAJ

13 mart, 14:45

Xankəndi şəhərində solo konsert keçirilib

13 mart, 13:58

34 ildən sonra – Xankəndi məktəbinin bir dərs günü  

13 mart, 13:40

Xankəndidə suverenlik mövzusunda ilk tədbir keçirilib

13 mart, 12:32

“Nə? Harada? Nə zaman?” – Qalib komanda bu gün seçilir

13 mart, 11:55

Ben Sauter: Azərbaycanın ali təhsil sisteminin beynəlxalq məkanda tanınması artıb

13 mart, 11:43

İşğaldan azad edilmiş ərazilərdə işləyən müəllimlərin sayı açıqlanıb

13 mart, 11:38

ADNSU tələbələri üçün “Effektiv kommunikasiya” mövzusunda təlim keçirilib

13 mart, 11:31

“Mədən sənayesində qadınların rolunun artırılması” mövzusunda seminar keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.