Bütün xəbərlər
17 aprel, 17:13

Hər bir uğurun arxasında böyük zəhmət dayanır. Builki abituriyentlər bunu bir daha sübut etdilər. Bu həm müəllimlərin fədakar əməyinin, həm də şagirdlərin ciddi hazırlığının bəhrəsidir. Belə ki, 6-sı paytaxt məktəblisi olmaqla, respublika üzrə ümumilikdə 20 nəfər martın 9-da keçirilən buraxılış imtahanında maksimum nəticə göstərib. 

89 nömrəli tam orta məktəbin istedadlı və çalışqan şagirdi Aişə Bağırova 300 bal topladığını öyrəndiyi anı həyatının ən unudulmaz xatirəsi kimi yadda saxlayır. 

O, “Azərbaycan müəllimi”nə bu uğurun təsadüfi olmadığını, illərin zəhmətinin və müəllimlərinin sonsuz dəstəyinin bir nəticəsi olduğunu deyir: “Əslində, 300 bal toplayacağımı heç gözləmirdim. Amma balımı öyrənəndə elə bir duyğu yaşadım ki, izahı çətindir. Gözlərim doldu, o an bütün əziyyətlərim gözümün önündən keçdi, göz yaşlarım sevincimə çevrildi. Müəllimlərimə olan sevgim, gələcəkdə sevdiyim sahədə uğur qazanmaq arzusu məni daim irəli aparan güc olub”.

IV ixtisas qrupu üzrə imtahana hazırlaşan Aişənin ən böyük arzusu Azərbaycan Tibb Universitetində təhsil almaq və gələcəkdə peşəsinə vurğun, yenilikçi bir cərrah olmaqdır: “Uşaqlıqdan dərslərimə ciddi yanaşmışam, amma mənim üçün bilikdən əlavə ruhumu oxşayan şeylər də önəmlidir. Kitab oxumaq, sevdiyim sənətçilərin musiqilərini dinləmək, məktəb tədbirlərində iştirak etmək kimi fəaliyyətlər ruhumu bəsləyən hissələr olub. Özümü həm elmə, həm də incəsənətə yaxın hiss edirəm. Şeir müsabiqələri, yarışlar mənim üçün sadəcə yarış deyil, özümü ifadə etməyin ən gözəl yoludur”.

Şərhlər

Xəbər lenti

12 may, 14:46

Sabaha olan hava proqnozu açıqlanıb 

12 may, 14:19

I sinfə qəbulda prioritet tətbiq olunan məktəblər üzrə 2335 sorğu emal edilib

12 may, 14:00

Məqsədinə 8 il sonra çatdı – Lerik şagirdi uğurundan danışır

12 may, 12:32

Buraxılış imtahanlarının doğru cavab etalonları açıqlanıb

12 may, 12:22

BDU-da astronomik müşahidə günü keçirilib

12 may, 12:11

Koreyada təhsil alan BMU-INHA IDP tələbələri üçün magistraturaya qəbul imtahanı keçirilib

12 may, 11:49

“Tibb sahəsində yeniliklər etmək istəyirəm” – Olimpiada qalibləri ilə söhbət

12 may, 11:02

“Heydər Əliyev Azərbaycan xalqının tarixini yazdı” MƏKTƏBDƏ

12 may, 10:55

"Heç vaxt tənbəllik etmədim" – RFO qaliblərinin təəssüratları

12 may, 10:53

Naxçıvanda I siniflərin rus bölməsi üzrə müsahibəyə yazılma prosesinə başlanılıb

12 may, 10:44

ADMİU-nun doktorantı Avropa Kino Akademiyasına üzv seçilib

12 may, 10:31

Laçın şagirdləri fləşmob hazırlayıblar - VİDEO

12 may, 10:26

ADA və Corc Vaşinqton universitetləri arasında akademik əməkdaşlıq genişlənir

12 may, 10:19

Həyatının ən böyük macərasını təhsil tələbə krediti sayəsində yaşadı

12 may, 09:56

Geomaqnit qasırğası gözlənilir

12 may, 09:56

Ölkəmizdə ilk dəfə “Olimpiada Bilik Forumu” təşkil olunub

12 may, 09:52

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə növbəti müsahibə mərhələsi başlayır

11 may, 15:08

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilib

10 may, 17:40

Prezident  Ağdamda Kəngərli kənd tam orta məktəbinin binasının açılışında iştirak edib

10 may, 16:22

İlham Əliyev Ağdamın Kəngərli kəndində körpələr evi-uşaq bağçasının açılışında olub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.