
BANM-in Ağ şəhər korpusunda “PAŞA Sığorta” şirkətinin təşkilatçılığı ilə tələbələr üçün maarifləndirici infosessiya keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirin əsas məqsədi gənclərə sığorta sahəsi, bu sahənin əhəmiyyəti və karyera imkanları haqqında geniş məlumat vermək olub.
Sessiya zamanı iştirakçılara “PAŞA Sığorta”nın təqdim etdiyi əsas xidmətlər, şirkətdəki təcrübə və iş imkanları barədə ətraflı təqdimat olunub. Görüş interaktiv formatda keçib – tələbələr müzakirələrə cəlb olunub, suallar cavablandırılıb, eləcə də real nümunələr üzərində fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda infosessiya boyunca təqdim olunan məlumatlar əsasında interaktiv oyun təşkil edilib. Ən çox xal toplayan 5 iştirakçı “PAŞA Sığorta” tərəfindən hədiyyələrlə mükafatlandırılıb.
1 /8
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər