Bütün xəbərlər
19 fevral, 16:22

Özbəkistanın Daşkənd Beynəlxalq Maliyyə İdarəetməsi və Texnologiyaları Universitetinin rektoru Azizxon Nodirov, rektorun gənclər məsələləri üzrə müşaviri Hasan Şaripov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Zarifjon Hatamov və Malayziyanın Asiya-Sakit Okean Texnologiya və İnnovasiya Universitetinin Keyfiyyət idarəetməsi üzrə direktoru, baş auditor, reytinq və peşəkar texnologiya mütəxəssisi Nur Zahdi Aldindən ibarət nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirlib ki, BDU-nun rektoru Elçin Babayev qonaqlara universitetin tarixi, strukturu, tədris və elmi fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edib ki, BDU Özbəkistanın ən nüfuzlu universitetləri ilə sıx əməkdaşlığa malikdir. Daşkənd Beynəlxalq Maliyyə İdarəetməsi və Texnologiyaları Universiteti ilə də elm və təhsil sahəsində müxtəlif əməkdaşlıq imkanları mövcuddur.

Daşkənd Beynəlxalq Maliyyə İdarəetməsi və Texnologiyaları Universitetinin rektoru Azizxon Nodirov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin əsas fəaliyyət istiqamətləri barədə danışıb. Universitetlər arasında qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüşdə akademik əməkdaşlığın gücləndirilməsi üçün birgə tədris proqramlarının qurulması, tələbə mübadiləsi, beynəlxalq reytinqlər sahəsində əməkdaşlıq, yay və qış məktəblərinin təşkili kimi məsələlər müzakirə edilib.

Daha sonra iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandum birgə tədqiqat layihələrinin həyata keçirilməsi, tələbələrin, tədqiqatçıların, akademik və inzibati heyətin mübadiləsini, ortaq akademik proqramların yaradılmasını, akademik mobilliyin artırılmasını nəzərdə tutur. Hər iki universitet müştərək konfranslar, seminarlar və digər elmi tədbirlər təşkil edərək, bilik və təcrübə mübadiləsini gücləndirəcək.

1 /2

Şərhlər

Xəbər lenti

18 sentyabr, 18:41

ADNSU “Mərkəzi Asiya+ rektorlar klubu”nun 6-cı görüşünə ev sahibliyi edəcək

18 sentyabr, 17:56

BSU-da “Azərbaycanda Dövlət Suverenliyi Günü” mövzusunda görüş keçirilib

18 sentyabr, 17:51

Direktorların işə qəbulunda imtahan göstəriciləri necə olmalıdır?

18 sentyabr, 16:36

LDU-da Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib

18 sentyabr, 16:02

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18 sentyabr, 15:43

Peşə ixtisaslarının yeni təsnifatı hazırlanır: 200-dən çox ixtisas müzakirə edilir

18 sentyabr, 15:33

Peşə təhsili müəssisələrinə tələbə qəbulu başa çatıb

18 sentyabr, 15:14

MDU-da qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

18 sentyabr, 15:01

SAF 2025 – Bakı beşinci yubileyə hazırlaşır

18 sentyabr, 13:24

LDU-nun iki məzunu Türkiyədə doktoranturaya qəbul olub

18 sentyabr, 12:54

Buraxılış imtahanına xarici dil üzrə salınacaq yeni sual tipi necə olacaq? – DİM-dən AÇIQLAMA

18 sentyabr, 12:44

Yeni model tətbiq olunacaq məktəblərdə kimlər dərs deyə bilər?

18 sentyabr, 12:25

Süni intellektin elmdə və təhsildə rolu: çağırışlar, yeni imkanlar və risklər

18 sentyabr, 12:24

Təmayül tədris modeli bu məktəblərdə tətbiq olunacaq – SİYAHI

18 sentyabr, 12:14

Azərbaycanda "PeşəFest-2025" başlayıb

18 sentyabr, 11:51

“Qənnadıçı-şirniyyatçı” ixtisası üzrə bacarıqlar qiymətləndirilib

18 sentyabr, 11:23

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

18 sentyabr, 11:06

Tələbələr üçün antinarkotik mövzusunda elmi-praktik konfranslar keçiriləcək

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.