
Bakı Dövlət Universiteti (BDU) 2025-ci il üçün açıqlanan “Round University Ranking” (RUR) beynəlxalq reytinq cədvəlində 137 pillə irəliləyərək Azərbaycanın ali təhsil müəssisələri arasında lider mövqeyə sahib olub.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, BDU bu nüfuzlu reytinqdə 825-ci mövqedə qərarlaşaraq ötənilki 962-ci göstərici ilə müqayisədə ciddi irəliləyiş nümayiş etdirib.
RUR reytinqi dünya üzrə ali təhsil müəssisələrinin fəaliyyətini 20 göstərici əsasında dörd strateji sahə – tədris (40%), tədqiqat (40%), beynəlxalq müxtəliflik (10%) və maliyyə dayanıqlığı (10%) üzrə qiymətləndirir.
Qeyd edək ki, RUR reytinqinin məlumatları nüfuzlu “Clarivate Analytics” şirkətinin “Global Institutional Profiles Project” platforması vasitəsilə toplanır və “Web of Science Core Collection” bazasındakı bibliometrik göstəricilərə əsaslanır. Tədris və tədqiqat sahələrində reputasiya göstəriciləri isə hər il keçirilən Akademik Reputasiya Sorğusu əsasında müəyyənləşdirilir.
BDU-nun bu uğuru universitetin son illərdə həyata keçirdiyi genişmiqyaslı islahatların, akademik potensialın inkişafı, elmi-tədqiqatların stimullaşdırılması, beynəlxalq əlaqələrin gücləndirilməsi və maliyyə idarəetməsinin səmərəliliyinin bariz nəticəsidir.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər