Bütün xəbərlər
25 oktyabr, 14:47

Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Milli Kitabxanası arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, memoranduma əsasən, BDU və Milli Kitabxana arasında rəqəmsal informasiya resurslarının inteqrasiyası, elektron resurs mübadiləsinin təşkili, rəqəmsal kitabxana xidmətlərinin birləşdirilməsi və genişləndirilməsi, kitabxananın elektron arxivlərinə universitetin tələbə və tədqiqatçılarının xüsusi prioritetlə çıxışının təmin edilməsi nəzərdə tutulur.

Tərəflər Azərbaycan elmi, tarixi, mədəni irsi ilə bağlı mövzularda ortaq tədbirlər – konfranslar, dəyirmi masalar, seminarlar və simpoziumlar təşkil edəcək, birgə nəşr proqramları hazırlayacaq, elmi jurnalların, kitabların, tədris və metodik materialların nəşrini həyata keçirəcəklər.

Kitab fondlarının birgə istifadəsi, kitab mübadiləsi və yeni elmi ədəbiyyatın təmin edilməsi, xüsusilə nadir kitabların, arxiv materiallarının tədqiqi və mühafizəsi sahəsində əməkdaşlıq da memorandumda əks olunub. 

Memorandum çərçivəsində BDU və Milli Kitabxana arasında müasir kitabxana texnologiyaları, rəqəmsal xidmətlər və süni intellekt texnologiyaları sahəsində birgə layihələrin hazırlanması, innovativ tədqiqat laboratoriyaları və tədris məkanlarının yaradılması, gənclərin və təhsilalanların elmi-mədəni inkişafını dəstəkləyən layihələrin həyata keçirilməsi də nəzərdə tutulur.

Memorandumu BDU-nun rektoru Elçin Babayev və Azərbaycan Milli Kitabxanasınn direktoru Kərim Tahirov imzalayıblar.

Şərhlər

Xəbər lenti

5 may, 18:35

Naxçıvanda beynəlxalq elmi-praktik konfrans keçiriləcək

5 may, 17:50

Məktəbəhazırlıq qruplarında fəaliyyətin optimal idarə edilməsi ilk məktəb təliminin səmərəlilik amili kimi

5 may, 17:46

Tarix və coğrafiya fənləri üzrə RFO-nun qalibləri elan edildi

5 may, 17:30

Daşkənd Dövlət Texniki Universitetinin əməkdaşları ADNSU-da olublar

5 may, 17:17

Doktorantlar üçün növbəti seminar keçirilib

5 may, 17:10

Almaniyanın nüfuzlu universitetinin nümayəndələri AzTU-da olublar

5 may, 17:08

Şagird davranış qaydaları – “Çağdaş təhsildə təşkilatlanma”

5 may, 16:49

RFO-nun bu fənlər üzrə qalibləri açıqlandı

5 may, 16:38

ADNSU bp şirkəti və Britaniya institutu ilə əməkdaşlıq edəcək

5 may, 16:37

AzTU müəlliminin mentoru olduğu komanda robot olimpiadasının finalına vəsiqə qazanıb

5 may, 16:33

Yeni nəslin tərbiyəsi: Məktəbdən nə tələb olunur?

5 may, 16:32

Qeyri-formal təhsil xidmətləri üzrə yeni dövlət standartı qəbul edilib

5 may, 16:28

AzMİU-da məktəblilər üçün “Açıq qapı” günü keçirilib

5 may, 16:26

Almaniyanın Max Planck İnstitutunun doktorantı təcrübəsini tələbələrlə bölüşüb

5 may, 16:20

Rezidenturaya qəbul imtahan nəticələri açıqlanıb

5 may, 14:56

Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

5 may, 14:45

Qarabağ Universitetinin nümayəndə heyəti Ağdam Sənaye Parkına səfər edib

5 may, 14:45

Medaldan kolleksiya toplayanlar – Gələcəyin riyaziyyatçılarının uğur hekayələri

5 may, 14:27

“TikTok”da müəllimlər üçün müsabiqə elan edildi

5 may, 13:54

“Rəqəmsal Bacarıqlar” təmayül siniflərə qeydiyyat davam edir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.