
Bakı Dövlət Universitetində (BDU) “Dünya Kosmos Həftəsi 2024” çərçivəsində “Kosmos və iqlim dəyişikliyi” mövzusunda tədbir keçirilib.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbir müasir dövrdə iqlim dəyişikliyinin qlobal əhəmiyyətini və kosmik tədqiqatların bu sahədəki rolunu vurğulamaq məqsədi daşıyır.
Tədbirdə “Azərkosmos”un əməkdaşı Nəzrin Qocayeva qurumun ictimaiyyətə açıq elan etdiyi İqlim Hesabatına dair praktik məşğələyə rəhbərlik edib. Nəzrin Qocayeva iştirakçılara iqlim dəyişikliklərinin monitorinqi üçün kosmik texnologiyaların necə istifadə olunduğunu izah edərək, real vaxtda alınan məlumatların iqlim elmi üçün əhəmiyyətini diqqətə çatdırıb.
Seminarın əsas hissəsində tələbələr iqlim elmi və kosmik texnologiyalarla bağlı praktiki tapşırıqlarla məşğul olublar. Onlara kosmosdan alınan məlumatlarla iqlim dəyişikliyi haqqında konkret nümunələr təqdim edilib. Tələbələr iqlim dəyişikliyi ilə mübarizədə kosmosun rolunu dərk etmək üçün qrup şəklində müzakirələr aparıblar.
İştirakçılara elmi tədqiqatların praktiki tətbiq olunduğu layihələrə dair də məlumat verilib.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər