Bütün xəbərlər
23 iyul, 14:31

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilən “Yüksəliş” müsabiqəsinin beşinci mövsümünün qalibləri müəyyənləşib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, “Baku Ekspo Mərkəzi”ndə keçirilən final mərhələsində iştirak etmiş 124 namizəddən ən yüksək bal toplayan 20 nəfər qalib adını qazanıb. Ən gənc qalibin 24, ən yaşlı qalibin isə 39 yaşı var. Qalib gələn iştirakçıların 42.86 %-i dövlət, 57.14 %-i özəl sektorda çalışır.

Müsabiqə 5 mərhələdən — qeydiyyat, onlayn, əyani, yarımfinal və finaldan ibarətdir. Yarımfinal mərhələsi çərçivəsində namizədlər 9 səriştə üzrə (strateji düşüncə, effektiv liderlik, qərarvermə, nəticəyönümlülük, işin effektivliyinin idarə edilməsi, adaptivlik, innovativ düşüncə, komanda işi və əməkdaşlıq, etika və dürüstlük) ekspertlər tərəfindən qiymətləndiriliblər. Final mərhələsində isə iştirakçılar ekspertlər tərəfindən “İdarəçi rollar modeli” üzrə qiymətləndiriliblər.

Yarımfinal və final mərhələlərinə hazırlıq çərçivəsində qiymətləndirici ekspertlər üçün təlim proqramı təşkil olunmuşdur. Təlimlərə 153 ekspert cəlb edilib. Onlar real imtahan mühitinə yaxınlaşdırılmış simulyasiya olunmuş situasiyalar üzərindən iştirakçıların bacarıqlarını qiymətləndirməklə yanaşı, qiymətləndirmə meyarları, qiymətləndirmə mərkəzlərinin fəaliyyəti və ekspertlərin funksiyaları barədə də ətraflı məlumatlandırılıblar. 

Xatırladaq ki, qiymətləndirmə prosesi beynəlxalq təcrübəyə əsaslanan və obyektivliyi ilə seçilən “Qiymətləndirmə konfransı (Assessment Conference)” metodu ilə həyata keçirilir. Bu metod hər bir iştirakçının performansına çoxşaxəli yanaşmanı təmin edir və yekun qərarların kollegial əsasda verilməsinə imkan yaradır, eyni zamanda, bu gün üçün dünyada ən etibarlı qiymətləndirmə metodu hesab olunur. 

Beşinci mövsümün qaliblərinin adlarını təqdim edirik: 

  1. Ələsgərov Kamran Tahir oğlu

  2. Mustafayev Fərid Vüsal oğlu

  3. Sadıxlı Kamran Tahir oğlu

  4. Məmmədov İbrahim Allahverdi oğlu 

  5. Balacanov Məmməd Şahrəddin oğlu

  6. Həsənov Məmməd İslam oğlu

  7. Daşdiyev Qoşqar Ramiz oğlu

  8. Həsənverdiyev Şəhriyar Ələkbər oğlu

  9. Kərimli Əli İdrak oğlu

  10. Mirzəzadə Elnur Ceyhun oğlu

  11. Nağıyev Orxan Mayıl oğlu

  12. Hüseynov Numrəddin İlham oğlu

  13. Hüseynli Mirqəni Mir Kamal oğlu

  14. Ağayev Əliağa Əlifağa oğlu

  15. Hüseynzadə Ramil Mahmud oğlu

  16. Xəlilov Toğrul Mehman oğlu

  17. Eyyub Fatimə Elçin qızı

  18. Məmmədli Elnur Yasin oğlu 

  19. Hüseynov Fərid Şahin oğlu 

  20. Əsgərxanlı İrşad Natiq oğlu

"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.

Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.

Şərhlər

Xəbər lenti

13 sentyabr, 15:22

Yeni tədris ilinin ilk dərsi bu mövzuya həsr olunacaq

13 sentyabr, 13:30

Uşaq evi sosial xidmət müəssisələrində 33 uşaq birinci sinfə başlayır

12 sentyabr, 21:12

Siniflər hansı meyarlara əsasən komplektləşdirilir? – AÇIQLAMA

12 sentyabr, 18:33

BDU-da bəzi ixtisaslarda dərslər 4 gün olacaq - Rəsmi

12 sentyabr, 18:00

"2025-2026-cı tədris ili: yeniliklər və hədəflər" mövzusunda tədbir keçirilib

12 sentyabr, 17:56

Eşqi Bağırov: Olimpiada və müsabiqələrdə iştirak edən şagirdlərin sayı artıb

12 sentyabr, 17:52

“Yenilənən məktəblər”: Zərdab rayonu Dəli Quşçu kənd tam orta məktəbi – FOTOLAR

12 sentyabr, 17:48

Naxçıvanda peşə təhsili müəssisələrinə 700 yerlik qəbul planı tərtib olunub

12 sentyabr, 17:40

Bəzi regionlarda müəllimlərin dərs yükünün 24 saatı keçməməsi tələbi var? – AÇIQLAMA

12 sentyabr, 17:37

Naxçıvanda 30 məktəbin bütün məzunları tələbə adını qazanıb

12 sentyabr, 17:34

Buraxılış və Azərbaycan dili imtahanının nəticələri elan olunub

12 sentyabr, 17:20

Mingəçevir Dövlət Universitetində “Oriyentasiya günü” keçirilib

12 sentyabr, 17:10

Yeni tədris ilində daha 16 məktəb istifadəyə veriləcək

12 sentyabr, 16:33

Naxçıvanda məktəbəqədər təhsil müəssisələrində monitorinqlər aparılıb

12 sentyabr, 15:25

Naxçıvanda 22 müəllimin əmək müqaviləsinə xitam verilib 

12 sentyabr, 15:19

Peşə təmayüllü siniflərin qrup rəhbərləri üçün təlimlər başlayıb

12 sentyabr, 15:17

Naxçıvanda məktəbdənkənar təhsil müəssisələri şəbəkəsi optimallaşdırılır 

12 sentyabr, 14:56

PIRLS 2026-ya doğru: bu tədqiqatın təhsil sistemlərinə töhfələri

12 sentyabr, 14:11

Nazirin müşaviri: Sinif sıxlığı şagirdlərin öyrənməsinə mənfi təsir etməyib

12 sentyabr, 14:10

Kafi və yaxşı qiymətləndirilən dərs sayı artıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.