Bütün xəbərlər
20 iyun, 10:23

Üç gündür ki, başlayan və müəllimlərin həyəcanına həyəcan qatan sertifikatlaşdırma imtahanı davam edir. 

"Azərbaycan müəllimi" imtahanlarda yüksək nəticə əldə edən bir ailənin üzvləri olan müəllimlərlə həmsöhbət olub. Qeyd edək ki, hər 3 ailə üzvü Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialında “Coğrafiya müəllimliyi” ixtisası üzrə təhsil alıb.

Aygül Əliyeva Ağcabədi rayonu Şahsevən kənd tam orta məktəbində coğrafiya fənnini tədris edir. 2020-ci ildə təşkil olunan müəllimlərin işə qəbulu (MİQ) imtahanında 51 bal toplayıb:

"Sertifikatlaşdırma imtahanında isə 56 bal toplamışam. Ailəmizdən 3 nəfərin yüksək nəticə göstərməyi bizim üçün hədsiz sevindirici haldır. Uğurumuzu ilk növbədə çalışmağımıza borcluyuq. Əzmlə çalışan hər bir insan yaxşı nəticə əldə edir. Məncə, bu prosesin yalnız yaxşı tərəfləri var. Sertifikatlaşdırma müəllimlərin peşəkar inkişafına töhfə verir, təhsildə keyfiyyətin artırılmasına və müəllimlərin davamlı inkişafına yönəlib. Bu həm də müəllimləri motivasiya edir, onların əməkhaqlarında əhəmiyyətli artımlar olur. Buna görə də prosesdə iştirak etməyim və yaxşı nəticə əldə etməyim məni yalnız sevindirir".

Anar Əliyev də həyat yoldaşı Aygül xanım kimi imtahanı 56 balla yekunlaşdırıb. O, ilk əmək fəaliyyətinə 2019-cu ildə  Ağdam rayonu 114 nömrəli ümumi orta məktəbdə başlayıb. 2023-cü ildə yenidən MİQ imtahanında iştirak edərək Ağcabədi rayonu Təzəkənd kənd V.Cəfərov adına tam orta məktəbdə coğrafiya müəllimi təyin edilib və hazırda adıçəkilən məktəbdə pedaqoji fəaliyyətini davam etdirir. 

"Sertikatlaşdırma imtahanında ilk dəfədir ki, iştirak edirəm. Düşünürəm ki, öz üzərində işləyən, yeniliklərə açıq düşüncə tərzi ilə yanaşan hər bir müəllim üçün imtahanın təşkili olduqca önəmlidir. Ailədə 3 nəfərin eyni anda sertifikatlaşdırma imtahanına hazırlaşması aramızda öyrədici mühitin, rəqabət şəraitinin formalaşmasına şərait yaratdı, bəlkə də bu, uğur qazanmağımızı şərtləndirdi. Valideynlərimin də müəllim olması bizə böyük şans verdi".

Növbəti yüksək nəticə göstərən ailə üzvü Nərgiz Əliyevadır. Nərgiz xanım Ağcabədi şəhəri S.Vurğun adına 4 nömrəli tam orta məktəbin coğrafiya müəllimidir. 

"2018-ci ildə ADPU-nun Ağcabədi filialını bitirib, MİQ imtahanında 57 bal toplayıb.

Bu dəfə isə sertifikatlaşdırma imtanında əldə etdiyim nəticə 59 bal oldu. Bu göstərir ki, MİQ vasitəsilə əmək fəaliyyətinə başlayan müəllimlərin sertifikatlaşdırmada uğur qazanma şansı çoxdur və mənim nəticəm də bunu təsdiqləyir”.

Müəllim qeyd edir ki, sertifikasiya imtahanı təhsilimizin bu günü və gələcəyi üçün böyük əhəmiyyət kəsb edir: “Özümü imtahana tam hazır hiss edirdim. 50 balı ixtisas suallarından toplamışdım. İmtahan çox rahat idi. Suallar məktəb mövzularından kənara çıxmamışdı. Hər səviyyə üzrə suallar var idi. Öz üzərində çalışan müəllimlərin nailiyyət qazana biləcəyi suallar idi, belə deyək".

1 /1

Şərhlər

Xəbər lenti

17 sentyabr, 13:01

Uşaq bağçada xəsarət aldı, vəziyyəti qənaətbəxşdir – AÇIQLAMA

17 sentyabr, 12:53

Bu tələbələrə 2000 manat pul mükafatı veriləcək

17 sentyabr, 12:20

Bakının 353 məktəbində kağız jurnaldan istifadə edilməyəcək – AÇIQLAMA

17 sentyabr, 11:37

Peşə təmayüllü siniflərin qrup rəhbərləri üçün təşkil olunan təlimlər yekunlaşıb

17 sentyabr, 11:29

Nazir müavini və DİM sədri Bərdə Dövlət Peşə Təhsil Mərkəzini ziyarət ediblər

17 sentyabr, 11:03

Universitetlərin inkişaf yolu: Rəqəmlərdən keyfiyyətə doğru

17 sentyabr, 10:47

Təhsilini yarımçıq qoymuş 36 tələbə AzMİU-ya bərpa olunub

17 sentyabr, 10:37

Azərbaycanlı tələbələr Qazaxıstanda təqaüdlə təhsil alacaqlar

17 sentyabr, 10:05

Üç peşə ixtisası üzrə bacarıqların qiymətləndirilməsi həyata keçirilib

17 sentyabr, 09:58

BDU-da Tələbə İnkişaf Mərkəzi açılıb

17 sentyabr, 09:55

Ali məktəblərə yüksək balla qəbul olan məzunlarla görüşlər keçirilib

17 sentyabr, 09:51

ADPU yeni tələbələrini qarşılayıb

17 sentyabr, 09:43

AzTU İsrailin Holon Texnologiya İnstitutu ilə əməkdaşlığa başlayıb

17 sentyabr, 09:39

Dövlət Proqramı iştirakçısı “Diana” mükafatına layiq görülüb

17 sentyabr, 09:34

ADNSU-da birinci kurs tələbələri ilə tanışlıq görüşü keçirilib

16 sentyabr, 21:42

BƏƏ ilə təhsildə süni intellektin genişləndirilməsinə dair Memorandum imzalanıb

16 sentyabr, 18:03

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

16 sentyabr, 16:55

Naxçıvanda 562 tələbə peşə təhsili müəssisələrinə qəbul olub

16 sentyabr, 16:40

Yüksək ballı tələbələr müəllimliyi seçdilər

16 sentyabr, 15:28

Regional Təhsil İdarəsindən Cəlilabad məktəbindəki insident ilə bağlı AÇIQLAMA

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.