Bütün xəbərlər
3 aprel, 11:07

Məlum olduğu kimi, fevralın 28-dən martın 19-na qədər Bakı və Abşeron-Xızı Regional İdarələri üzrə fortepiano və musiqi nəzəriyyəsi müəllimlərinin  attestasiyası keçirilib. 1700 nəfərə yaxın müəllimin iştirak etdiyi attestasiyada professor, əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nəzakət Rimazi fortepiano müəllimləri üzrə komissiyanın sədri olub. 

“Azərbaycan müəllimi” “Qafqazinfo”ya istinadən attestasiya prosesi ilə bağlı sualları cavablandıran Nəzakət Rimazi ilə müsahibəni təqdim edir:

- Nəzakət xanım, musiqi və incəsənət məktəbləri müəllimlərinin attestasiyası prosesini necə qiymətləndirirsiniz? Proses necə keçdi?

- Ümumilikdə, attestasiya olduqca vacib proses olaraq çoxdan həyata keçirilməli idi.

- Attestasiyada daha çox müşahidə etdiyiniz məqamlar nələrdən ibarət idi? Ümumiyyətlə, bu attestasiyaya zərurət var idi? 

- Bəli, əlbəttə, zərurət göz önündə idi. Bizim gənc musiqiçi nəslinə peşəkarlığı yüksək olan müəllimlər dərs deməlidir. Təəssüf ki, 6 gün ərzində sədrlik etdiyim komissiyada attestasiya olunan məktəblərin müəllimləri arasında çox da güclü namizədlər yox idi və nəticə etibarilə imtahanı uğursuz başa vuranların sayı az olmadı. Zəif cavablar üstünlük təşkil edirdi. Düşünürəm ki, bir çox müəllim bu prosesi ciddi qəbul etməmiş və ona ciddi hazırlaşmamışdı.

- Bəzi sosial media səhifələrində komissiya üzvlərinin çətin suallar verdiyi qeyd olunur. Doğrudanmı belə idi?

- Əslində, digər komissiyalarda hansı sualların verildiyini bilmirəm, buna görə də konkret fikir bildirə bilmərəm. Sadəcə onu qeyd edə bilərəm ki, verdiyimiz suallar çox sadə idi. Hətta o qədər sadə idi ki, onları 7 illik musiqi məktəbinin şagirdləri belə bilirlər. 

Mən Ali Məktəbdəki iş fəaliyyətimlə birlikdə musiqi məktəbində də fəaliyyət göstərmişəm. Məktəb müəllimlərinin metodologiyasına və iş prinsipinə yaxından bələd olduğum üçün onlara məhz özlərinə uyğun yanaşma tərzi nümayiş etdirdim. 

Komissiya sədri olduğum müddət ərzində müəllimlərə daha çox pedaqoji təcrübələrinə dair və bəsit suallar verirdik. Məsələn, bir müəllimə hansı bəstəkarın əsərini ifa edirdisə, adətən o bəstəkarın yaradıcılığı ilə bağlı suallar ünvanlayırdıq və mövzudan kənara çıxmırdıq. Üzdən oxuma zamanı isə biz əsərin aid olduğu tonallığın hansı işarələrə malik olduğunu soruşurduq. Normalda bunu 1-ci və 2-ci sinif şagirdləri bilməlidir. Təəssüf ki, bəzi müəllimlər bu sualları belə cavablandıra bilmirdilər və bu, bizi çox təəccübləndirirdi.

- Sizcə, musiqi və incəsənət məktəbi müəllimlərinin daha çox hansı peşəkar təlimlərə ehtiyacı var? Bu təlimləri Bakı Musiqi Akademiyası ilə birgə Mədəniyyət Nazirliyi həyata keçirə bilərmi?

- Təlimlərin Bakı Musiqi Akademiyasının professor-müəllim heyəti tərəfindən keçirilməsi məqsədəuyğundur. Çünki, BMA ölkənin ən qabaqcıl musiqi ocağıdır. Bunun bariz nümunəsi kimi attestasiya olunanlar sırasında Musiqi Akademiyasının məzunlarının yüksək səviyyədə çıxışlarını qeyd etmək olar.

- Attestasiyanın nəticələrinə əsasən uyğun olmayan müəllimlərə nə tövsiyə edərdiniz?

- Bütün müəllimləri eyni kateqoriyaya aid etmək doğru olmaz. Attestasiyadan keçməyən müəllimlərin səviyyəsi fərqli idi. Bəziləri az fərqlə uğursuz oldu, bəziləri isə çox zəif nəticə göstərdi. Məsələn, bəzi müəllimlər elementar biliklərə malik deyildi. Onlara sadəcə bir-iki aylıq təlim keçmək kifayət etməz, çünki onlar musiqi nəzəriyyəsini və tədris metodlarını tamamilə yenidən öyrənməlidirlər. Belə müəllimlər ya sıfırdan başlamalı, ya da başqa ixtisasa yönəlməlidir. Lakin bəzi müəllimlər müəyyən səviyyədə suallara cavab verə bilirdi və onların ifası da tam zəif deyildi. Bu kateqoriyaya aid olanlara isə təlimlərin müəyyən qədər faydası ola bilər. Yəni, müəllimlərin səviyyəsi fərqli olduğu üçün yanaşma da fərqli olmalıdır.

Şərhlər

Xəbər lenti

1 may, 21:03

Naxçıvan məktəblisi ilk dəfə informatika üzrə RFO-nun qalibi oldu

1 may, 20:00

Valideyn davranışlarına məktəb qiymətləndirmə vərəqlərindən alınan məlumatların təsiri

1 may, 19:05

Norveçdə 15 yaşlı yeniyetmələrin karyera inkişafı

1 may, 18:12

RFO-nun fizika fənni üzrə ilkin nəticələri elan edilib

1 may, 17:45

BANM-də III Biznes-forum keçirilib

1 may, 17:34

“Avtomobil mühərriklərinin yığıcısı” peşə ixtisası üzrə imtahan keçirilib

1 may, 17:33

BMU ilə UNEC birgə elmi seminar keçirib

1 may, 17:25

PISA 2025 qiymətləndirməsinə yeni sahə əlavə olunub

1 may, 17:12

Qarabağ Universitetinin 3 tələbəsi böyük uğura imza atdı

1 may, 16:50

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

1 may, 16:21

BSU-nun rektoru Sofiya Universitetində çıxış edib

1 may, 16:18

Metodistlərin fəaliyyətinin monitorinqinə başlanılıb

1 may, 16:05

“Necə mükafat qazanan tədqiqatçı olmaq olar?” – Mövqe

1 may, 15:20

Naxçıvanda təhsil müəssisələrinə müdir və direktorlar təyin edilib

1 may, 15:00

Elmi fəaliyyətimdə daha yüksək standartlara çatmaq istəyirəm – gənc tədqiqatçı

1 may, 14:53

Müasir təhsil sistemi və müəllim rolunun transformasiyası: İnklüzivlik və emosional liderlik

1 may, 13:57

Bu təhsil müəssisələrində müsabiqə mərhələsi ləğv olunub - SİYAHI

1 may, 12:46

Sabahın hava proqnozu açıqlanıb

1 may, 12:40

Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

1 may, 12:29

Respublika fənn olimpiadalarında daha bir yenilik olacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.