Bütün xəbərlər
11 fevral, 19:48

Uşaqların özlərinə uyğun bir ritmdə çalışacaqları və proqram təminatından istifadə edərək əsas bacarıqları öyrənəcəkləri bir məktəb yaratmalıyıq.

Bu məqamda bir neçə il öncə araşdırdığım Salman Xan Akademiyasının fəaliyyətinə nəzər yetirmək istərdim.

Helen Parkherstin 100 il öncə irəli sürdüyü nəzəri fikirlər yeni təhsil modeli erasının yaradıcılarından olan Salman Xan tərəfindən rəqəmsal inkişaf dövrünün məktəb arzuları kimi səsləndirilir.

O, “The One World Schoolhouse” (“Dünya bir məktəbdir”) kitabında təklif edir ki, bütün köhnə metodlardan – ev tapşırıqlarından, 40-50 dəqiqə davam edən dərs prosesindən, sinif qiymətləndirilməsindən, tədrisin yaş prinsipi üzrə qurulmasından xilas olmaq lazımdır. Bütün şagirdlərin eyni mövzunu öyrənməyə məcbur olduqları ənənəvi yanaşma primitivlik və anaxronizmdir (anaxronizm – lüğəvi mənası zamana qarşı deməkdir).

Bu hal sürətlə oxumaq, mənimsəmək qabiliyyəti olan şagirdi “sürətini” azaltmağa, zəif şagirdləri isə, ümumiyyətlə, mövzunu anlamadan onun üstündən keçməyə vadar edir. Belə dərslər uşaqları yaradıcı işləməyə qoymur. Xan qeyd edir ki, bu, passiv tədrisdir, müasir dünya isə informasiyanın daha aktiv işlənməsi fikrini dəstəkləyir.

“Wired” jurnalı onun fikirlərini şərh edərkən yazır: “Xan bu tənqidi fikirlərlə çıxış edən ilk təhsil mütəxəssisi deyil. Təhsil islahatçıları bu barədə 100 ildən çoxdur ki danışırlar. Amma Xan deyir ki, daha ilhamverici, yaradıcı təhsil modelini meydana gətirmək üçün biz yalnız rəqəmsal inqilaba arxalana bilərik. Salman Xan təklif edir ki, biz uşaqların özlərinə uyğun bir ritmdə çalışacaqları və proqram təminatından istifadə edərək əsas bacarıqları öyrənəcəkləri bir məktəb yaratmalıyıq.

Bu, zamanın zərurətidir. Bu sistemdə müəllimlər yalnız şagirdlərin fəaliyyətini izləyəcək və lazım gəldikdə onlara kömək edəcəklər. Günlərinin çox hissəsi isə qarışıq yaş qruplarında yaradıcı layihələrin hazırlanmasına, onların icrasına sərf olunacaq. Xan bu gün bu ideyaları nəzəriyyə və utopiya hesab etsə də, xəyallarındakı məktəbin gerçəkləşəcəyi ümidini itirmir”. (B.Mikayıllı, 2021) Şagirdin öz sürəti ilə işləməsi imkanları onu asta-asta olsa da düşüncələrinin reallaşmasına doğru aparır.

Böyükağa Mikayıllı,

Təhsil eksperti

Şərhlər

Xəbər lenti

15 oktyabr, 17:52

Dövlət bağçasına gedən uşaqlar dövlət hesabına özəl bağçada təhsil ala bilərmi?

15 oktyabr, 17:39

Vüsalə Əliyeva: Valideynlər bağçalarla bağlı qayda pozuntusu müşahidə edirlərsə, müraciət etsinlər

15 oktyabr, 17:35

Dövlət-özəl maliyyələşmə modeli ilə bağçalara qəbul üçün tarix açıqlanıb

15 oktyabr, 17:30

Bəzi bağçalar qrant müsabiqəsində iştirak edə bilmək üçün təhsil haqlarını endiriblər 

15 oktyabr, 17:27

Sabahdan hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

15 oktyabr, 17:24

Bu il 5000-dən artıq uşaq qrant hesabına məktəbəqədər təhsilə cəlb ediləcək

15 oktyabr, 17:04

BSU-da maarifləndirici təlim keçirilib

15 oktyabr, 17:03

DİM: İmtahan proqramları yalnız dərsliklər əsasında hazırlanır

15 oktyabr, 16:41

ADNSU Dayanıqlı İnkişaf Məqsədləri Razılaşmasına qoşulub

15 oktyabr, 16:18

“Məktəblilər arasında respublika çempionatı”nın atletika mərhələsi davam edir

15 oktyabr, 16:15

“Parla” proqramından 27 qız məzun olub

15 oktyabr, 16:00

Nüfuzlu jurnallarda məqalə dərc etmək daha asan oldu: Yeni platforma nə vəd edir?

15 oktyabr, 16:00

LDU-nun baytarlıq klinikasının tikintisi yekunlaşır

15 oktyabr, 15:45

NDU-da Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzi açılıb

15 oktyabr, 15:42

Azərbaycan ilə Braziliya arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş təsdiq edilib

15 oktyabr, 15:31

BMU Malayziya universiteti ilə əməkdaşlığa başlayır

15 oktyabr, 15:17

UNEC-də narkomaniya ilə bağlı maarifləndirici görüş keçirilib

15 oktyabr, 14:25

İbtidai siniflər: Uşaqlar üçün ideal öyrənmə mühiti necə olmalıdır?

15 oktyabr, 14:12

Fənnini yaxşı bilən müəllimin ünsiyyət bacarığı yoxdursa, tədrisdə boşluqlar yaranır - Təcrübəli pedaqoq 

15 oktyabr, 13:52

AzMİU-da “Ağıllı şəhər texnologiyaları” adlı təlim keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.