Bütün xəbərlər
30 may, 11:15

“Azərbaycan-Özbəkistan: ali təhsildə əməkdaşlığın inkişafında prioritet istiqamətlər” mövzusunda keçirilən Birinci Rektorlar Forumu çərçivəsində Bakı Mühəndislik Universiteti (BMU) ilə Özbəkistan Respublikasının üç aparıcı ali təhsil ocağı arasında əməkdaşlıq müqavilələri imzalanıb.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, BMU ilə Andijan Texniki Universiteti, Andijan Kənd Təsərrüfatı və Aqrotexnologiya Universiteti, Səmərqənd Dövlət Universiteti arasında imzalanan əməkdaşlıq müqavilələri birgə müxtəlif ikili proqramların, elmi-tədqiqatların icrasını, o cümlədən tələbə, müəllim mübadiləsini və digər mühüm istiqamətləri əhatə edir.

Əndican şəhərində keçirilən forum Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 13-cü iclasında nəzərdə tutulan tapşırıqların icrası və elm, ali təhsil sahəsində əlaqələrin genişləndirilməsi məqsədilə təşkil olunub. Tədbirdə elm və təhsil nazirinin müavini İdris İsayevin rəhbərlik etdiyi nümayəndə heyəti, hər iki ölkənin ali təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Çıxışlar zamanı iki ölkə arasında elm və ali təhsil sahəsində əməkdaşlığın inkişaf etdiyi, eyni zamanda, forumun universitetlərarası tərəfdaşlıqların genişlənməsinə və birgə layihələrin təşviqinə töhfə verəcəyi bildirilib. Həmçinin sessiyalarda birgə əməkdaşlıq məsələləri geniş müzakirə olunub. Ardınca Azərbaycan universitetləri ilə Özbəkistanın aparıcı ali təhsil müəssisələri arasında əməkdaşlıq sənədləri imzalanıb.

1 /4

Şərhlər

Xəbər lenti

2 iyun, 15:09

Naxçıvanın təhsil naziri tələbələrlə görüşüb

2 iyun, 14:57

BMU Daşkənddə “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub

2 iyun, 14:45

BDU-nun nəzdində “Gənc istedadlar” liseyi şagird qəbulu elan edir

2 iyun, 14:30

MDU tarixində ilk dəfə imtahanlar mərkəzləşdirilmiş qaydada aparılır

2 iyun, 14:06

Ağdam, Kəlbəcər və Zəngilanda yeni məktəblər istifadəyə veriləcək

2 iyun, 13:54

Ən azı 350 tələbəyə təqaüdün verilməsi nəzərdə tutulur – Nazir

2 iyun, 13:50

Məktəbli formaları ilə bağlı YENİLİK

2 iyun, 13:43

Prezident İlham Əliyev: İtaliya-Azərbaycan Universiteti əməkdaşlığımızın şaxələndirilməsinin gözəl nümunəsidir

2 iyun, 13:42

Xankəndidə “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” keçirilib – Yenilənib

2 iyun, 13:38

Təhsil biznes sektor ilə danışmalı, birgə əməkdaşlıq etməlidir - Aydın Talıbov

2 iyun, 13:00

Bakalavrları elmi-tədqiqatlara necə cəlb edə bilərik?

2 iyun, 12:55

Musiqi və təsviri incəsənət müəllimi olmaq istəyənlərə MİQ-də bu mövzulardan suallar düşəcək

2 iyun, 12:47

Modern tədris sistemləri qlobal inteqrasiya kontekstində: 50 ildə formalaşan təcrübə – MÜSAHİBƏ

2 iyun, 12:35

BSU və Səmərqənd Dövlət Xarici Dillər İnstitutu əməkdaşlıq edəcək

2 iyun, 12:34

Koreyada təhsil alan BMU-INHA İDP tələbələri ilə görüş keçirilib

2 iyun, 12:30

“Özümü nağılların içində hiss edirəm” Kitab sərgisindən REPORTAJ

2 iyun, 12:29

Sabaha olan hava proqnozu açıqlanıb

2 iyun, 12:27

Peşə təhsili alan 6225 şagirdə interaktiv dərslər keçirilib

2 iyun, 12:19

Qarabağ Universitetinin İncəsənət fakültəsi tarixi binaya köçürüləcək

2 iyun, 11:55

BDU ilə Corc Vaşinqton Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.