Bütün xəbərlər
2 iyun, 13:38

“Azərbaycanda ixtisaslı kadrların hazırlanması üçün universitetlərlə biznes sektoru arasında sıx əməkdaşlıq qurulmalıdır”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikri "Veysəloğlu" Şirkətlər Qrupunun təsisçisi Aydın Talıbov "Gələcəyin Qarabağı üçün birgə addımlar" konsepti ilə keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumunda çıxışı zamanı səsləndirib.

A.Talıbov qeyd edib ki, ölkənin davamlı inkişafı üçün keyfiyyətli insan resursları əsas amildir: “Hesab edirəm ki, universitetlər bəzi tədris korpuslarını bizim müəssisələrə keçirməlidir. Müəyyən dərslər və təlimlər özəl müəssisələrdə rəhbər heyətlə birgə keçirilməlidir”.

Onun sözlərinə görə, hazırda universitetlər tədris prosesini əsasən öz yanaşmalarına uyğun formada həyata keçirirlər. Bu isə məzunların iş həyatına tam hazır olmamasına səbəb olur: “Müəssisələr yeni məzunları işə götürməyə həvəsli olmur. Çünki onları tam hazır kadr kimi formalaşdırmaq üçün bir neçə il vaxt və təcrübə tələb olunur. Bu problemi aradan qaldırmaq üçün universitetlərin son kurslarında müəssisələrlə birgə təcrübə proqramları təşkil edilməlidir”.

Aydın Talıbov əlavə edib ki, rəhbərlik etdiyi şirkətin əməkdaşları artıq bir sıra universitetlərdə dərs deməyə başlayıblar. Onun fikrincə, bu, universitetlərlə real əməkdaşlığın ilk müsbət addımıdır: “Bu, sadəcə dəb yox, real bir tələbdir. Universitetlərlə əməkdaşlıq artıq başlayıb və bu proses genişlənməlidir. Biz kadrları ölkə xaricindən gətirdik, lakin faydalı olmadı. Ölkə xaricindən kadr idxalı effekt vermir. Bunu təcrübəmizdə görmüşük. Amma yerli kadrlar da bir çox hallarda bizi qane etmir. Çıxış yolu universitetlərlə sənayenin işbirliyidir. Ayrı yolumuz yoxdur".

Şərhlər

Xəbər lenti

3 iyun, 20:25

BANM rektoru DAAD Regional Tbilisi ofisinin rəhbəri ilə görüşüb

3 iyun, 16:55

Fənn olimpiadaları: qısamüddətli uğur, ya inkişafa təkan? - ARAŞDIRMA

3 iyun, 16:46

AzMİU tələbələri III Respublika Olimpiadasında uğurla təmsil olunublar

3 iyun, 16:42

Laçında Uşaq İncəsənət Festivalının xüsusi zonası qurulub

3 iyun, 16:34

Tədqiqatçılar üçün "Elsevier" məlumat sessiyası təşkil olunub

3 iyun, 16:24

Şagirdlərimizə öz davranışlarımızla nümunə olmalıyıq – 46 ilin müəllimi

3 iyun, 16:01

MÜTDA-dan attestatların verilməsi ilə bağlı ÇAĞIRIŞ

3 iyun, 15:49

ADPU-nun Şamaxı filialında “Məzun Günü” keçirilib

3 iyun, 15:39

Məktəbli qız voleybolçular Vətənə qayıdıblar

3 iyun, 15:00

Onlar tətildə də dərslərin keçirilməsini istəyirlər – REPORTAJ

3 iyun, 14:53

Bu il 116 mindən çox şagird XI sinfi bitirir

3 iyun, 14:38

BMU tələbələri beynəlxalq çempionatda uğur qazanıblar

3 iyun, 14:34

Ali məktəbə qəbul olan kənd rayonları abituriyentlərinin sayı artıb

3 iyun, 14:21

BANM-də Elm və Təhsil Nazirliyinin nümayəndələri ilə görüş olub

3 iyun, 14:06

ADNSU-nun təşkilatçılığı beynəlxalq konfrans keçirilir

3 iyun, 14:00

İctimai Şuranın üzvləri ilə məktəb direktorları arasında görüş keçirilib

3 iyun, 14:00

Gənclər niyə elmdən uzaqlaşır? – gənc tədqiqatçı rəyi

3 iyun, 13:51

Elektron olan hər vasitə faydalı deyil

3 iyun, 13:35

Təbii fəlakət zamanı dəyən ziyan hesablanan məbləğdən dəfələrlə çox ola bilər – AÇIQLAMA

3 iyun, 13:17

NDU tələbəsi beynəlxalq müsabiqədə qızıl medala layiq görülüb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.