Bütün xəbərlər
2 iyun, 12:55

Məlum olduğu kimi müəllimlərin işə qəbulu imtahanlarında namizədlərə ixtisas fənni üzrə 40, medotika və pedaqogika üzrə isə 20 sual verilir.

"Azərbaycan müəllimi" Təhsil İnstitutunun tərtib etdiyi “Müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsi”nə istinadən musiqi və təsviri incəsənət müəllimləri üçün ixtisas fənni üzrə mövzuları təqdim edir.

Məlumat üçün bildirək ki, musiqi müəllimi olmaq istəyənlər üçün imtahanın test mərhələsində "Elementar musiqi nəzəriyyəsi" üzrə 6, "Musiqi ədəbiyyatı" üzrə 18, "Alətşünaslıq. İfa üslubları" üzrə 3, "Səs. Səs diapazonları. İfa üslubları" üzrə 5, "Üslub və janrlar" üzrə 4 və "Xalq musiqisi" mövzusu üzrə 4 sual salınacaq.

Musiqi fənninin məzmun sahələri üzrə mövzuları:

1. Elementar musiqi nəzəriyyəsi
– Ritm, tembr, temp, tempin növləri, lad, registr, melodiya, dinamika, intervallar, alterasiya işarələri, tonallıq, akkord, cümlə, period, tetraxord, qamma, tonika, üçsəslilər, kadensiya, xromatizm, diatonika, notlar, pauza, not yazısının ixtisarları, stakkato, leqato, liqa, kreşendo, diminuendo, diyez qammaları, bemol qammaları, sadə ölçülər, mürəkkəb ölçülər, volta, sinkopa, forşlaq, repriza, melizm

2. Musiqi ədəbiyyatı
– Azərbaycan bəstəkarları və yaradıcılığı
– Xarici bəstəkarlar və yaradıcılığı

3. Alətşünaslıq. İfa üslubları
– Xalq çalğı alətləri və onların ifa üslubları
– Simfonik alətlər orkestrinin alətləri
– Kamera orkestrinin alətləri
– Simli alətlər orkestrinin alətləri
– Azərbaycan xalq çalğı alətləri orkestrinin alətləri
– Estrada orkestrinin alətləri
– Ansambl

4. Səs. Səs diapazonları. İfa üslubları. Kişi, qadın, uşaq səsləri
– Kişi, qadın, uşaq səslərinin səs diapazonları
– Kişi, qadın, uşaq səslərinin ifa üslubları

5. Üslub və janrlar
– Opera, balet, simfoniya, operetta, konsert, xor, kantata, oratoriya, motet, madriqal, rekviyem, fuqa, tokkata, rondo, variasiya, a kapella, romans, uvertüra, reçitativ, solo, duet, trio, kvartet, kvintet, mahnı, vokaliz, vokal silsilə, serenada, sonata, skerso, yumoreska, vals, etüd, menuet, noktürn, prelüd, ballada, süita, ariya, ariyetta və s.

6. Xalq musiqisi (Milli və digər xalqların musiqisi)
– Azərbaycan xalq mahnıları, xalq rəqsləri, muğamlar, aşıq yaradıcılığı.
– Rus, ispan, alman, fransız, italyan, polyak, macar, Ukrayna, Belarus, özbək, tacik, hind, yapon, Çin, Kuba xalq rəqsləri və xalq mahnıları

Təsviri incəsənət müəllimi olmaq istəyənlərə isə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində “Cəmiyyət və təsviri sənət” mövzusu üzrə 30, “Təsviri və dekorativ yaradıcılıq” üzrə isə 10 sual veriləcək.

Təsviri incəsənət fənninin məzmun sahələri üzrə mövzuları:

Təsviri sənətin növləri: tarixi və xarakterik xüsusiyyətləri
– Boyakarlıq
– Qrafika
– Heykəltaraşlıq
– Dekorativ-tətbiqi sənət
– Memarlıq

Təsviri sənətdə janrlar: tarixi və xarakterik xüsusiyyətləri
– Mənzərə
– Portret
– Natürmort
– Əsatir
– Animalist
– Tarixi
– Batal
– Marina
– Məişət

Dünya təsviri sənətinin tarixi mərhələləri:
– Qədim dövrdə təsviri sənət
– Misir təsviri sənəti
– Babil və Assuriya təsviri sənəti
– Yunan-Roma təsviri sənəti
– Çin təsviri sənəti
– Bizans təsviri sənəti
– İntibah dövrü təsviri sənəti
– Avropa təsviri sənəti – XVII əsr
– Azərbaycan təsviri sənəti qədim dövr və ilk orta yüzilliklərdə
– Azərbaycan təsviri sənəti- XI-XVII əsrlərdə
– XIX -XX əsr Azərbaycan təsviri sənəti

Azərbaycan və dünyanın görkəmli təsviri incəsənət nümayəndələri və onların yaradıcılığı

Azərbaycan rəssamları
- Soltan Məhəmməd, Müzəffər Əli, Sadiq bəy Əfşar, Mirzə Qədim İrəvani, Mir Möhsün Nəvvab, Usta Qəmbər Qarabaği, Əcəmi Əbubəkir oğlu Naxçıvani,
Bəhruz Kəngərli, Əzim Əzimzadə, Səttar Bəhlulzadə, Maral Rəhmanzadə, Fuad Əbdürrəhmanov, Mikayıl Abdullayev, Elmira Şahtaxtinskaya, Vəcihə Səmədova, Lətif Kərimov, Tokay Məmmədov, Toğrul Nərimanbəyov, İbrahim Zeynalov, Tahir Salahov, Ömər Eldarov, Kamil Əliyev, Mirəli Mirqasımov,
Rasim Babayev, Böyükağa Mirzəzadə, Fuad Əbdürrəhmanov, Sadıq Dadaşov, Cavad Mircavadov, Mikayıl Hüseynov, Fərhad Xəlilov, Arif Hüseynov, Sakit Məmmədov, Fazil Nəcəfov

Xarici rəssamlar
– Leonardo da Vinçi, Mikelancelo, Rafael Santi, Albrext Dürer, Memar Sinan, İlya Repin, Rembrandt, Velaskes, Karavacco, Jan Ogüst Dominik Enqr, Ejen Delakrua, Fransisko Qoyya, Van Qoq, Jak Lui David, Eduard Mane, Klod Mone, Ogüst Renuar, Pol Qogen, Anri Matis, Ogüst Roden, Pol Sezann, Pablo Pikasso, Salvador Dali, Vasili Kandinski, Naum Qabo, Paul Klee ( Pol Kli), Joan Miro, Henri Spenser Mur, Alberto Cakometti

Təsviri sənətdə üslub və cərəyanlar:
Abstraksionizm
– Həndəsi abstraksionizm
– Avanqardizm
– Akademizm
– İmpressionizm
– Postimpressionizm
– Konstruktivizm
– Kubizm
– Modernizm
– Klassisizm
– Fovizm
– Neoklassisizm
– Primitivizm
– Simvolizm
– Sürrealizm
– Romantizm

Təsviri incəsənətdə təsvir qaydaları və ifadə vasitələri:
– Xətt, ştrix, ton, rəng, kolorit, ləkə
– Məkan, forma, həcm, material
– Kompozisiya, perspektiv qaydalar
– Format, nisbət, quruluş

Sənəddə qeyd olunur ki, test mərhələsində bütün fənlər üzrə, o cümlədən metodika və pedaqogika sahəsində namizədlərin bilik və bacarıqları həm nəzəri, həm də praktik baxımdan yoxlanılır.

Əlavə olaraq vurğulanır ki, mövzular müəyyən edilərkən ümumi təhsil müəssisələrində istifadə olunan dərsliklərə istinad edilib və təqdim olunan mövzulara xüsusi diqqət yetirilməsi tövsiyə olunur.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə qeydiyyat 29 may saat 11:00-dək davam edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər əvvəlcə “Digital Login” əldə etməli və www.miq.edu.az saytına daxil olaraq onlayn qeydiyyatdan keçməlidirlər.

Şərhlər

Xəbər lenti

3 iyun, 20:25

BANM rektoru DAAD Regional Tbilisi ofisinin rəhbəri ilə görüşüb

3 iyun, 16:55

Fənn olimpiadaları: qısamüddətli uğur, ya inkişafa təkan? - ARAŞDIRMA

3 iyun, 16:46

AzMİU tələbələri III Respublika Olimpiadasında uğurla təmsil olunublar

3 iyun, 16:42

Laçında Uşaq İncəsənət Festivalının xüsusi zonası qurulub

3 iyun, 16:34

Tədqiqatçılar üçün "Elsevier" məlumat sessiyası təşkil olunub

3 iyun, 16:24

Şagirdlərimizə öz davranışlarımızla nümunə olmalıyıq – 46 ilin müəllimi

3 iyun, 16:01

MÜTDA-dan attestatların verilməsi ilə bağlı ÇAĞIRIŞ

3 iyun, 15:49

ADPU-nun Şamaxı filialında “Məzun Günü” keçirilib

3 iyun, 15:39

Məktəbli qız voleybolçular Vətənə qayıdıblar

3 iyun, 15:00

Onlar tətildə də dərslərin keçirilməsini istəyirlər – REPORTAJ

3 iyun, 14:53

Bu il 116 mindən çox şagird XI sinfi bitirir

3 iyun, 14:38

BMU tələbələri beynəlxalq çempionatda uğur qazanıblar

3 iyun, 14:34

Ali məktəbə qəbul olan kənd rayonları abituriyentlərinin sayı artıb

3 iyun, 14:21

BANM-də Elm və Təhsil Nazirliyinin nümayəndələri ilə görüş olub

3 iyun, 14:06

ADNSU-nun təşkilatçılığı beynəlxalq konfrans keçirilir

3 iyun, 14:00

İctimai Şuranın üzvləri ilə məktəb direktorları arasında görüş keçirilib

3 iyun, 14:00

Gənclər niyə elmdən uzaqlaşır? – gənc tədqiqatçı rəyi

3 iyun, 13:51

Elektron olan hər vasitə faydalı deyil

3 iyun, 13:35

Təbii fəlakət zamanı dəyən ziyan hesablanan məbləğdən dəfələrlə çox ola bilər – AÇIQLAMA

3 iyun, 13:17

NDU tələbəsi beynəlxalq müsabiqədə qızıl medala layiq görülüb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.