Bütün xəbərlər
2 iyun, 12:30

31 may – 1 iyun tarixlərində Mingəçevir şəhəri ilk dəfə böyük miqyaslı mühüm mədəni tədbirə - kitab sərgisinə ev sahibliyi etdi. “Bölgələrə kitabla gəlirik” şüarı altında keçirilən I Mingəçevir Kitab Sərgisi Beynəlxalq Uşaqların Müdafiəsi Gününə həsr olunaraq minlərlə kitabsevəri bir araya toplamışdı. 

Sərginin açılış mərasimi məzmunlu çıxışlar, “İmza saatları”, yazarlarla görüşlər və musiqili bədii proqramlarla yadda qaldı.

Açılışda çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirib ki, bu sərgi Mingəçevirin mədəni və intellektual həyatında yeni bir səhifədir: “Biz bu cür tədbirlərlə gənc nəslə oxumaq vərdişi və kitaba məhəbbət aşılayırıq. Bu, gələcəyimizə qoyulan sərmayədir”.

Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov isə qeyd edib ki, sərgi təkcə mütaliəyə deyil, həm də elmə, ziyalılığa çağırışdır: “Universitet olaraq belə təşəbbüsləri hər zaman dəstəkləyirik və tələbələrimizin iştirakını yüksək qiymətləndiririk. Gənclərimizin inkişafı üçün kitab ən mühüm vasitədir”.

Mingəçevir şəhər Bələdiyyəsinin sədri Anar İsmayılovun sözlərinə görə, kitab sərgisi şəhərə yeni nəfəs verdi. Uşaqların, gənclərin və müəllimlərin fəallığı oxu mədəniyyətinin canlanmasına şərait yaradır.

Təhsilin kitabla tamamlanan üzü

Mingəçevir Şəhər Təhsil Sektorunun müdiri Sevinc Həsənova tədbirin əhəmiyyətini yüksək qiymətləndirərək dedi:
“Bu sərgi Mingəçevir məktəbliləri üçün həm əyləncəli, həm də maarifləndirici platformadır. Şagirdlər yalnız kitab seçmədilər, həm də müəlliflərlə birbaşa ünsiyyət qurdular, “İmza saatları”nda iştirak etdilər. Bu onların təhsilə marağını artırmaqla yanaşı, mütaliə vərdişlərinin formalaşmasına müsbət təsir göstərdi. Belə tədbirlərin davamlı olması təhsilin keyfiyyətini artırır”.+ marağını artırmaqla yanaşı, intellektual inkişaflarına da töhfə verir. Sərgi, kitabların əlçatanlığını təmin etməklə, oxuma mədəniyyətinin yayılmasına xidmət edir. Şagird və tələbələr arasında mütaliə ruhunu yaşatmaq üçün bu kimi təşəbbüslər olduqca əhəmiyyətlidir”.

Nəşriyyatlar, kitablar, müəlliflər: əlçatan və əlverişli

Sərgidə 30-dan çox nəşriyyat öz stendi ilə iştirak etdi. Mingəçevir Bulvarında baş tutan ikigünlük kitab bayramında minlərlə kitab oxuculara 90%-dək endirimlə təqdim edildi. 

Sərgidə Mingəçevir Dövlət Universitetinin professor-müəllim heyəti, tələbələri yaxından iştirak etdilər. 

Mingəçevir STEAM Mərkəzinin əməkdaşı Müşfiq Tarıverdiyev dedi:
“Texnologiya və humanitar düşüncə bir-birindən ayrılmazdır. Bu sərgi sübut etdi ki, informasiya texnologiyalarına maraq göstərən gənclər də klassik və müasir ədəbiyyata böyük sevgi bəsləyirlər. Bu iki sahənin sintezi gələcəyin savadlı cəmiyyətinin təməlini qoyur”.

Mingəçevir Dövlət Universitetinin tələbələri Səkinə Adıgözəlzadə və Aytac Kazımova sərgidə iştirak edərək, intellektual və motivasiya yönümlü nəşrlərə böyük maraq göstərdiklərini bildiriblər.
Səkinə deyib ki, aldığı kitablar daha çox düşüncəni inkişaf etdirən, həyatda seçimlərə təsir edən və tələbəlik yolunda istiqamətverici olan vəsaitlərdir. 

Aytac isə kitabları düşüncənin “yanacağı” hesab edir: “Mən burada şəxsi inkişaf, liderlik və psixologiya ilə bağlı nəşrlər seçdim. Bu kitablar gələcək peşə seçimimdə və şəxsiyyət kimi formalaşmağımda mənə dəstək olacaq”.

Sərgidə uşaqlar da yaxından iştirak etdilər. Balaca kitabsevərlərdən Müslüm və Uğur “Səyahət kitabı”, “Uşaq ensiklopediyası”, “Dünyanı birlikdə gəzək”, “Xoşbəxtlik bir tülküdür” kimi maraqlı nəşrlərlə tanış oldular.

Müslüm dedi ki, kitablar uşaqlara xəyal qurmağı, dünyanı kəşf etməyi öyrədir: "Mən burada özümü nağılların içində hiss edirəm”.

Gözlərində sevinc olan Uğur isə öz təəssüratını belə bölüşdü: “Bu kitablarla sanki dünya turuna çıxdım. Sərgidə olmaq çox maraqlıydı. İstəyirəm ki, belə sərgilər tez-tez olsun”.

1 /4

Şərhlər

Xəbər lenti

27 avqust, 09:49

Ağdərəyə köçən şagirdlərin valideynləri ilə görüş keçirilib  

27 avqust, 09:40

“Təhlükəsiz idarəetmə” adlı beynəlxalq təlimə start verilib

27 avqust, 09:27

EATDA ilə BMU nümayəndə heyəti arasında görüş keçirilib

27 avqust, 09:25

Nazir müavini Macarıstanın ölkəmizdəki səfiri ilə görüşüb

27 avqust, 09:18

BSU “Elmi əsərlər” jurnalının yubiley nömrəsi üçün məqalə qəbulu elan edir

26 avqust, 19:55

ADNSU-nun təşkilatçılığı ilə Rumıniyada keçirilən beynəlxalq elmi konfrans başa çatıb

26 avqust, 17:13

Taleh Şahsuvarlı: Ali məktəblərimiz Şərqi Avropanın bir çox universitetindən daha yaxşı təhsil verir

26 avqust, 17:08

"Planım şəxsi hüquq büromu qurmaqdır” – Sosial şəbəkədə məşhurlaşan gənc

26 avqust, 16:28

Günün mübarək, doğma Laçın!

26 avqust, 16:08

4 universitetə qəbul oldu, amma… 

26 avqust, 15:40

Fərid Pərdəşünas: Qəbul olmayanlara reallıqdan uzaq təsəllilər verilir

26 avqust, 15:22

Professor Zahid Məmmədov beynəlxalq yubiley medalı ilə təltif olundu

26 avqust, 15:11

Lisey və gimnaziyalara II mərhələ seçimlərinə start verilib

26 avqust, 14:25

Gədəbəydən olan qardaşlar eyni universitet və ixtisasa daxil oldular 

26 avqust, 14:16

“Təhsilin yaşı yoxdur, istəyim oxumaq və savadımı artırmaqdır” – 55 yaşlı tələbə

26 avqust, 12:49

Müəllim təbiətə bağlıdırsa…

26 avqust, 12:45

Ötən tədris ilində Azərbaycana 7 mindən çox əcnəbi tələbə gəlib

26 avqust, 12:44

Müəllim sinifdə müəllim olar

26 avqust, 12:43

Xarici ölkə prokurorluqlarının nümayəndələri Qarabağ Universitetində olublar

26 avqust, 12:38

Azərbaycan alimləri dünyada ilk dəfə fitoplazmalar arasında rekombinasiyanı aşkar ediblər

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.