Bütün xəbərlər
11 iyun, 15:42

"Azərbaycanda hazırda məktəbəqədər uşaqların sayı 650 minə çatıb. Həmin 650 min uşaqdan yalnız 120 mini dövlət məktəbəqədər təhsil müəssisələrində təhsil ala bilir".

“Azərbaycan müəllimi” Oxu.Az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə "Təhsil haqqında" və "Məktəbəqədər təhsil haqqında" qanunların müzakirəsi zamanı deyib.

O bildirib ki, digər uşaqlar ya bu prosesdən uzaqda qalırlar, ya da özəl bağçalarda, kurslarda təhsil alırlar:

"Biz bu rəqəmləri kütləvi olaraq artırmalıyıq. Bizim milli strategiyamızda məqsəd qoyulub ki, məktəbəqədər hazırlıq əhatəsi 50% olsun, amma eyni zamanda qeyd etməliyəm ki, BMT standartlarına görə, bu, ölkələrdə 90% olmalıdır. Təəssüf ki, biz bu rəqəmlərə çata bilməmişik. Bu qanunlara təklif olunan dəyişiklik əhatəni artırır və özəl kursları da bu prosesə cəlb edir. Eyni zamanda təklif edirəm ki, biz Bakıda bağçaların, kursların sayını artırmaq istəyiriksə, yenidən tikinti standartlarına baxmalıyıq. Çünki sovet dövründə qəbul olunmuş tikinti standartları müasir məktəbəqədər hazırlıq mərkəzlərinin inkişafına məhdudiyyətlər yaradır".

Şərhlər

Xəbər lenti

13 iyun, 23:01

Xüsusi qabiliyyət imtahanlarına start verilir

13 iyun, 21:22

Sertifikatlaşdırma üzrə sınaq imtahanının sual nümunələri təqdim edilib

13 iyun, 21:18

İş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

13 iyun, 19:44

Səhnə balaca fidanlarındır

13 iyun, 18:19

Macarıstanda təhsil almaq hüququ qazananların siyahısı açıqlanıb

13 iyun, 17:51

Hüquqlarımızı necə dərk edirik? - Tələbə və müəllimlərin fikirləri

13 iyun, 17:30

“Son zəng” demişkən...

13 iyun, 17:10

İndi rəssamdır, gələcəkdə isə həkim olmaq istəyir

13 iyun, 17:00

Bakıda inklüziv sinif təşkil edilən məktəblərin sayı 30-a çatdırılıb

13 iyun, 16:55

Sertifikatlaşdırma daha tez-tez keçirilsin – Maksimum bal toplayanların təcrübələri

13 iyun, 16:53

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri elan olunub

13 iyun, 16:52

Agentlik “Son zəng” tədbirləri ilə bağlı çağırış edib

13 iyun, 16:09

ATU-da İşçi qrupun növbəti iclası keçirilib

13 iyun, 15:57

51 təhsil müəssisəsində təmir və tikinti işləri aparılıb

13 iyun, 15:41

Sahil Babayev: Elm və təhsil xərclərimiz beynəlxalq normativlərə uyğundur

13 iyun, 15:26

18 000 minə yaxın şagird təmayül sinifdə təhsil alıb

13 iyun, 15:15

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayır

13 iyun, 15:08

Folklor İnstitutunda Rəqəmsal folklor və netnoqrafik analiz şöbəsi yaradılıb

13 iyun, 14:56

Masallıda şagirdin yaşıdına xəsarət yetirməsi iddiası ilə bağlı AÇIQLAMA 

13 iyun, 14:48

ARTİ-də təkmilləşdirilməkdə olan musiqi fənn kurikulumunun müzakirəsi təşkil edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.