Bütün xəbərlər
14 iyul, 16:02

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev Koreyanın İNHA Universiteti ilə birgə icra olunan ikili diplom  proqramı (BMU-İNHA İDP) çərçivəsində tələbələr üçün “Yay məktəbi”ndə tədrisə cəlb edilən koreyalı müəllimlərlə görüşüb.

Bu barədə “Azərbaycan müəllimi” BMU-dan məlumat verilib.

Rektor qonaqları salamlayaraq Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunan “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əhəmiyyətini, bu proqramın tərkib hissəsi olan BMU-İNHA İDP-nin yüksəkixtisaslı kadrların hazırlanmasına xidmət etdiyini vurğulayıb. Bildirilib ki, ötən il proqramdan 61 tələbə məzun olub, bu il isə proqramı 82 tələbə başa vurub və onlar üçün iyulun 17-də “Məzun günü” keçiriləcək. Yaqub Piriyev proqramın tələbələrə gərəkli bilik və bacarıqlar qazandırdığını deyərək, İNHA Universitetinin rəhbərliyinə və professor-müəllim heyətinə təşəkkürünü bildirib. BMU və İNHA arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini önə çəkən rektor ötən il bu məqsədlə imzalanan Niyyət Məktubuna toxunub. Sənədin yüksək akademik göstəricilərə malik proqram məzunlarının 10%-nə İNHA Universitetinin magistr proqramlarına qəbul olunduqları təqdirdə tam təqaüd ayrılmasını nəzərdə tutduğunu xatırladan Yaqub Piriyev  artıq məzunlardan təqaüd qazananlar olduğunu diqqətə çatdırıb.   

Ənənəvi “Yay məktəbi”nin təhsilalanların savad və təcrübələrinin artırılmasında müsbət rol oynadığını söyləyən rektor tədris prosesinin  davamında müəllim və tələbələrə uğurlar arzulayıb.

Görüşdə çıxış edən İNHA Universitetinin müəllimləri “Yay məktəbi” üçün yaradılan əlverişli şəraitə görə minnətdarlıqlarını bildiriblər. Çıxışlarda qeyd olunub ki, 15 nəfərlik professor-müəllim heyəti artıq müxtəlif fənnlər üzrə tədrisə başlayıb və nəzəri, təcrübi biliklərin artırılmasına xidmət edən bu dərslərə tələbələr tərəfindən böyük maraq göstərilir. Azərbaycanlı tələbələrə bilik öyrətməkdən məmnunluqlarını dilə gətirən İNHA müəllimləri ölkəmiz haqqında xoş təəssüratlarını da bölüşüblər.

Görüş İNHA Universitetinin professor-müəllim heyətinə hədiyyələrin təqdim olunması və xatirə fotolarının çəkdirilməsi ilə başa çatıb.

1 /7

Şərhlər

Xəbər lenti

14 iyul, 18:00

Uşağa kitab oxuyun

14 iyul, 17:20

“Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb

14 iyul, 16:05

“Narkomaniyaya qarşı mübarizədə məktəbin rolu” mövzusunda seminar keçirilib

14 iyul, 15:45

Bu günədək 119 mindən çox uşağın birinci sinfə qəbulu tamamlanıb

14 iyul, 15:28

Azərbaycanda ötənilki qəbul və buraxılış imtahanlarının təhlilinin müzakirəsi keçirilir

14 iyul, 15:10

GDU-nun tələbəsi Avropa çempionu oldu

14 iyul, 13:59

Məleykə Abbaszadə: Texniki səhvlərlə bağlı müraciətlərə baxmamalıyıq

14 iyul, 13:56

Bağçada tərbiyəçi-müəllim işləmək istəyənlər üçün sənəd qəbulu başlayır

14 iyul, 13:44

Qiymətləndirmələrin süni intellektlə aparılması gündəmdə deyil – Məleykə Abbaszadə

14 iyul, 13:15

DİM sədri: 5 il sonra bəzi ixtisaslar ləğv olunacaq 

14 iyul, 12:55

Məktəblilərimiz 57-ci Beynəlxalq Kimya Olimpiadasında uğur qazanıblar

14 iyul, 12:37

Yüksək bal toplayan şagirdlərin çoxunun valideyni müəllimdir - Məleykə Abbaszadə

14 iyul, 12:19

Məleykə Abbaszadə: Abituriyentlərin nəticələri ürəkaçandır

14 iyul, 12:16

Şəmkirdə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib

14 iyul, 11:58

ADA Universiteti dövlət sifarişi ilə tələbə qəbulu aparacaq

14 iyul, 11:52

Builki abituriyentlərin yarısı dövlət sifarişli yerlərə qəbul olacaq

14 iyul, 11:49

Bəzi ixtisasların V qrupa keçirilməsi layihəsi qəbul edilmədi – DİM sədri

14 iyul, 11:37

“İmtahan prosesinə özüm müdaxilə etmək istəsəm belə, bu, mümkün deyil” - Məleykə Abbaszadə

14 iyul, 11:00

Yeniyetməlik dövrü, özünüifadə ehtiyacı və azadlıq arzusu

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.