
“Vaxt var idi ki, abituriyentlərin test tapşırıqlarına verdiyi düzgün cavabların orta statistik göstəriciləri 30%-ə çatmırdı. Təbii ki, indi də istəyərik ki, nəticələr 75-80% olsun. Lakin indi mənzərə əvvəllə müqayisədə daha ürəkaçandır”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirilən tədbirdə söyləyib.
M.Abbaszadə qeyd edib ki, hər il üzrə hər bir məktəbin nəticələri açıq formada yayımlanır: “Azərbaycan bölməsi üzrə müraciət edənlərin sayı daha çox olduğu üçün dövlət sifarişli yerlərin əksəriyyətini onlar tuturlar.
Rus bölməsini bitirən məzunların isə 5-8%-i ali məktəblərin dövlət sifarişli yerlərinə qəbul olurlar. Bu da bölmələr üzrə şagirdlərin sayının müxtəlif olmasından irəli gəlir”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər