
“Təxminən 5 ildən sonra əmək bazarının mənzərəsi dəyişəcək. Bəzi ixtisaslar təxminən 5 ilə ləğv olunacaq".
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirilən tədbirdə söyləyib.
O həmçinin ən yüksək ballı ixtisasları da açıqlayıb: “I ixtisas qrupu üzrə ən yüksək bal BANM-də “İnformasiya təhlükəsizliyi”, II ixtisas qrupu üzrə BANM-də “Biznesin idarə edilməsi”, III ixtisas qrupu üzrə BDU-da “Hüquqşünaslıq” (tədris ingilis dilində), IV ixtisas qrupu üzrə isə ATU-da “Tibb” (tədris ingilis dilində) ixtisasıdır”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər