Bütün xəbərlər
10 sentyabr, 16:25

Bakı Mühəndislik Universiteti və Koreya (Cənubi) Respublikasının İNHA Universiteti arasında ali təhsilin bakalavriat səviyyəsində həyata keçirilən beynəlxalq ikili diplom proqramına (BMU-İNHA İDP) 2025/2026-cı tədris ili üzrə qəbul olmuş tələbələr və onların valideynləri ilə görüş təşkil edilib.

Universitetdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, görüşdə çıxış edən İDP üzrə layihə direktoru Yang Hyunjin proqramı qazanan tələbələrə səmimi təbriklərini çatdırıb. Bildirib ki, bu il İDP-yə qəbulda güclü rəqabət olub və proqramı yüksəkballı abituriyentlər qazanıb. Proqramın üstünlüklərindən danışan Yang Hyunjin tələbələrin məzun olduqdan sonra uğurlu karyera qurmaq şanslarını önə çəkib. O, gənclər arasında texnoloji ixtisaslara marağın artdığını müsbət qiymətləndirib,  məhz bu proqramın da onların inkişafına, yüksəkixtisaslı kadr kimi hazırlanmasına xidmət etdiyini deyib.

BMU-İNHA İDP-nin direktoru Humay Cəfərli  də tələbələri təbrik edib və proqramın gənclərin beynəlxalq təcrübə əsasında müasir texniki bilik, bacarıqlara uyğun yetişməsi üçün yaratdığı geniş imkanları vurğulayıb. Eyni zamanda tələbələri proqramın hər iki ölkə tərəfdən Rəhbər Komitəsinin üzvləri və İDP komandası ilə tanış edib, onlara təhsil aldıqları dövrdə qarşıladıqları hər hansı çətinliklərdə yaxından kömək olunacağını bildirib.

Sonra tədbirdə İDP haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, 2020-ci ildən icra olunan proqram Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” 22 iyul 2025-ci il tarixli Sərəncamı ilə 2030-cu ilədək uzadılıb. Proqrama bu il “İnformasiya texnologiyaları”, “Kompüter elmləri” (Süni intellekt mühəndisliyi), “Data analitikası” (Data elmləri), “Elektrik və elektronika” mühəndisliyi ixtisasları üzrə qəbul aparılıb və ayrılan yerlər 96 faiz dolub.

Tədbirdə digər çıxış edənlər tədris dili ilə bağlı yeniliklər, tələblər, dərslərin təşkili, tədris olunacaq fənlər, universitetin tələbə mühiti, nizam-intizam qaydaları və digər məsələlərdən ətraflı bəhs ediblər.

Görüşün sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, tələbələrə yeni tədris ilində uğurlar arzulanıb.

1 /5

Şərhlər

Xəbər lenti

10 sentyabr, 17:13

Naxçıvanda peşə təhsili müəssisələrinin ilk məzunlarına diplomlar təqdim olunub

10 sentyabr, 17:11

BSU-da “İnklüziv və adaptiv təhsil” mövzusunda təlim keçirilib

10 sentyabr, 16:37

Şəki-Zaqatala regionunun məktəblərinə 363 min nüsxədən çox dərslik çatdırılıb

10 sentyabr, 16:14

Tələbə yataqxanaları ilə bağlı konsepsiyalar hazırlanır

10 sentyabr, 16:10

Yeni “Fizika” dərsliyində ilk dəfə QR kodlardan istifadə olunacaq

10 sentyabr, 16:02

Kimya fənninin məzmunu sadələşdirilib

10 sentyabr, 15:53

Bütün fənlərin kurikulumlarının məzmununda ixtisarlar edilib

10 sentyabr, 15:51

NDU-da fəlsəfə doktoru proqramı üzrə qəbul imtahanı keçirilib

10 sentyabr, 15:42

Kimlər evdə təhsil ala bilər? – AÇIQLAMA

10 sentyabr, 15:37

Dərslik müəllifi: Yeni “Fizika” dərsliyində sualların tərtibinə xüsusi diqqət yetirilib

10 sentyabr, 15:28

Daha 10 fənn kurikulumu təkmilləşdirilir – Müəllimlərin NƏZƏRİNƏ!

10 sentyabr, 15:28

Şirvan–Salyan regionunda tələbə adını qazananların sayı artıb

10 sentyabr, 15:16

Tələbələr və valideynlər üçün “Açıq qapı” günü təşkil edilib

10 sentyabr, 15:00

Azərbaycan sevdalısı İbrahim Yıldırım – böyük itki

10 sentyabr, 14:30

Məktəblər yeni tədris ilinə necə hazırlaşır? – REPORTAJ

10 sentyabr, 13:58

Böyük Britaniyada ilk “superuniversitet” yaradılacaq

10 sentyabr, 11:41

Bakı elm paytaxtına çevrilir: THE-nin sammitinə sayılı günlər qaldı

10 sentyabr, 11:37

Müəllimlər birgə dərs modelini necə qiymətləndirirlər?

10 sentyabr, 11:27

“Müəllimlərin qiymətləndirmə materiallarını bölüşmələrini dəstəkləmirəm” – Dərslik müəllifi

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.