
“Fənlərin kurikulumlarının məzmununda yükün azaldılması məqsədilə müəyyən ixtisarlar edilib. Buna uyğun olaraq dərsliklər də təkmilləşdirilir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Təhsil İnstitutunun “Fənn kurikulumlarının təkmilləşdirilməsi” mövzusunda təşkil etdiyi vebinarda ARTİ-nin Təbiət və texniki fənlərin proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov məlumat verib.
O qeyd edib ki, kimya fənni üzrə kurikulumların məzmununda da xeyli sadələşmələr edilib. Xüsusilə 9-cu sinfin məzmununda ciddi sadələşmə aparılıb və aktuallığını itirən mövzular çıxarılıb:
"Bəzi anlayış və mövzular tamamilə çıxarılmasa da ya qismən ixtisar edilib, ya da daha sadə formada tədris planına daxil edilib. Artıq aktual olmayan anlayış və mövzular müasir tələblərə uyğun yeni anlayış və mövzularla əvəzlənib".
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər