
Tələbə yataqxanaları ilə bağlı uzunmüddətli konsepsiyalar hazırlanır.
Bunu “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq Təhsilin İnkişafı Fondunun mətbuat katibi Könül Abdulrəşidova deyib.
Onun sözlərinə görə, formalaşdırılan konsepsiyalar gələcəkdə sərmayədarların cəlb olunmasına və bu sahədə dayanıqlı əməkdaşlıqların qurulmasına da imkan yaradacaq:
“Hazırda yataqxanalarla bağlı texniki-iqtisadi əsaslandırma işləri aparılır. Məqsədimiz tələbələrə müasir standartlara uyğun, rahat və təhlükəsiz yaşayış şəraiti təmin etməkdir”.
K.Abdulrəşidova bildirib ki, bu istiqamətdə əməkdaşlıqlara da başlayıblar: “Özəl şirkətlərdən biri ilə imzaladığımız Əməkdaşlıq Memorandumu xüsusi önəm daşıyır. Sənəd tələbə yataqxanalarının texniki və maliyyə əsaslandırılmasının hazırlanmasına hədəflənib. Biz bu əməkdaşlığı infrastrukturun yaxşılaşdırılması, eyni zamanda təhsilə investisiyanın artırılması kimi qiymətləndiririk”.
Mətbuat katibinin sözlərinə görə, Təhsilin İnkişafı Fondunun əsas istiqamətlərindən biri infrastruktur layihələrinin həyata keçirilməsidir: “Bu baxımdan tələbə yataqxanalarının təkmilləşdirilməsi bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki tələbələrin sosial şəraitinin yaxşı olması birbaşa onların təhsil keyfiyyətinə də təsir göstərir”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər