Bütün xəbərlər
10 sentyabr, 11:27

“Vahid bir test və ya eyni sual nümunəsinin bütün siniflərdə tətbiqi, fikrimcə, doğru deyil. Çünki bütün siniflər və müəllimlər eyni səviyyədə və eyni üsulla dərs keçmirlər. Hətta bəzi müəllimlər hazır materialları bir-birilə bölüşürlər. Mən isə bunu tam dəstəkləmirəm. Çünki hər bir müəllim mövzunun müxtəlif tərəflərinə diqqət ayırır: biri dəyərləri vurğulayır, digəri ünsiyyət bacarıqlarını ön plana çəkir. Yəni hər bir sinfin öz potensialı var. Qiymətləndirmə də həmin sinfin səviyyəsinə, dərketmə və təhlil imkanlarına uyğun olmalıdır. Buna görə də hər bir müəllim öz sinfinə uyğun ayrıca qiymətləndirmə tapşırıqları hazırlamalıdır”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri 2025-2026-cı tədris ilində ümumtəhsil müəssisələrinin 3-cü siniflərində tətbiq olunacaq yeni nəsil “Həyat bilgisi” dərslik komplektinin məzmun və tədris texnologiyasının xüsusiyyətlərinin müzakirəsinə həsr edilmiş vebinarda “Həyat bilgisi” dərsliklərinin müəllifi, layihə rəhbəri Elşad Yunusov deyib.

O bildirib ki, hazırda ictimaiyyətə təqdim etdiyimiz iş dəftərləri var. Onların hər bir bölməsinin sonunda ümumiləşdirici mövzular və tapşırıqlar yer alır:

“Bu yeni dəftərdə də həmin yanaşma qorunub. Ümumiləşdirici tapşırıqlar vasitəsilə şagirdlər öyrəndiklərini daha sistemli şəkildə tətbiq edə bilirlər. Doğrudur, hər bir müəllimin öz sinfinə uyğun ayrıca qiymətləndirmə tapşırıqları hazırlaması müəyyən qədər çətinlik yaradır. Amma açıq demək istəyirəm ki, müəllimlər onsuz da çox fədakardır. Müəllimlik peşəsi böyük fədakarlıq tələb edir və hazırkı müəllimlər də bu yükü daşıyırlar”.

O qeyd edib ki, əslində biz hələ başlanğıc mərhələdəyik. Bu istiqamətdə çox iş görülüb, amma əsas məsələ sosial yanaşmanın düzgün qurulmasıdır:

“Çünki “sənə görə doğru, mənə görə doğru” anlayışı olmamalıdır. Doğru obyektivdir, lakin biz istəyirik ki, şagirdlər də öz baxışlarını ifadə etsinlər. Məsələn, təbiət mövzularında faktları yazmaq asandır: çiçəklərin hissələri, maddələrin xassələri və s. Amma hadisəyə şagirdin reaksiyası fərqli olur. Bu halda standart cavab meyarı yoxdur. Burada əsas odur ki, şagird hadisəyə necə baxır və ona necə münasibət bildirir. Məhz buna görə dünyanın heç bir ölkəsində, hətta qabaqcıl təhsil sistemlərində də bu istiqamətdə tam oturuşmuş qiymətləndirmə modeli yoxdur. Məsələn, ABŞ məktəblərində yanaşmalar məktəbdən məktəbə fərqlənir: birində bir cür tətbiq olunur, digərində başqa cür. Ona görə də müəllimlər bu məsələdə müəyyən çətinliklər yaşayırlar. Amma bu onların bacarıqsızlığı demək deyil. Sadəcə, belə yanaşmada tam standart meyarların müəyyənləşdirilməsi çətindir”.

Şərhlər

Xəbər lenti

10 sentyabr, 17:13

Naxçıvanda peşə təhsili müəssisələrinin ilk məzunlarına diplomlar təqdim olunub

10 sentyabr, 17:11

BSU-da “İnklüziv və adaptiv təhsil” mövzusunda təlim keçirilib

10 sentyabr, 16:37

Şəki-Zaqatala regionunun məktəblərinə 363 min nüsxədən çox dərslik çatdırılıb

10 sentyabr, 16:25

BMU-İNHA İDP-yə bu il qəbul olan tələbələrlə görüş keçirilib

10 sentyabr, 16:14

Tələbə yataqxanaları ilə bağlı konsepsiyalar hazırlanır

10 sentyabr, 16:10

Yeni “Fizika” dərsliyində ilk dəfə QR kodlardan istifadə olunacaq

10 sentyabr, 16:02

Kimya fənninin məzmunu sadələşdirilib

10 sentyabr, 15:53

Bütün fənlərin kurikulumlarının məzmununda ixtisarlar edilib

10 sentyabr, 15:51

NDU-da fəlsəfə doktoru proqramı üzrə qəbul imtahanı keçirilib

10 sentyabr, 15:42

Kimlər evdə təhsil ala bilər? – AÇIQLAMA

10 sentyabr, 15:37

Dərslik müəllifi: Yeni “Fizika” dərsliyində sualların tərtibinə xüsusi diqqət yetirilib

10 sentyabr, 15:28

Daha 10 fənn kurikulumu təkmilləşdirilir – Müəllimlərin NƏZƏRİNƏ!

10 sentyabr, 15:28

Şirvan–Salyan regionunda tələbə adını qazananların sayı artıb

10 sentyabr, 15:16

Tələbələr və valideynlər üçün “Açıq qapı” günü təşkil edilib

10 sentyabr, 15:00

Azərbaycan sevdalısı İbrahim Yıldırım – böyük itki

10 sentyabr, 14:30

Məktəblər yeni tədris ilinə necə hazırlaşır? – REPORTAJ

10 sentyabr, 13:58

Böyük Britaniyada ilk “superuniversitet” yaradılacaq

10 sentyabr, 11:41

Bakı elm paytaxtına çevrilir: THE-nin sammitinə sayılı günlər qaldı

10 sentyabr, 11:37

Müəllimlər birgə dərs modelini necə qiymətləndirirlər?

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.