Bütün xəbərlər
17 iyul, 16:28

Bakı Mühəndislik Universiteti ilə Koreyanın İNHA Universiteti arasında icra olunan tam dövlət təqaüdlü ikili diplom proqramının (BMU-İNHA İDP) 2024-2025-ci tədris ili məzunları üçün təntənəli buraxılış mərasimi keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, Elm və Təhsil Nazirliyinin rəhbərliyi, hər iki universitetin rektorları, Koreyanın Azərbaycandakı səfirliyi və KOİCA-nın əməkdaşları, iş adamları, universitetlərin professor-müəllim heyəti, eləcə də məzunların iştirak etdiyi tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardınca hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev İNHA Universiteti ilə icra edilən ikili diplom proqramının sayca ikinci məzun buraxılışının keçirildiyini vurğulayıb. Prezident İlham Əliyevin imzaladığı sərəncam ilə təsdiq edilmiş “2019-2023-cü illər üzrə Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması Dövlət Proqramı”nın ölkəmizin kadr potensialının güclənməsində mühüm roluna diqqət çəkən rektor dünyanın aparıcı universitetləri ilə birgə 6 beynəlxalq ikili diplom proqramından birinin məhz BMU tərəfindən həyata keçirildiyini universitetin tarixində mühüm hadisə kimi qiymətləndirib. Proqramla bağlı bir sıra statistik rəqəmləri nəzərə çatdıran Yaqub Piriyev Azərbaycan və Koreya respublikaları arasındakı əlaqələrə müsbət töhfə verən, professor-müəllim heyətinin nəzəri və praktiki biliklərinin təkmilləşməsində, yüksəkixtisaslı kadrların yetişdirilməsində müsbət rol oynayan proqrama görə dövlət rəhbərliyinə, Elm və Təhsil Nazirliyinə, proqramın gerçəkləşməsində dəstəyi üçün İNHA Universitetinə minnətdarlıq edib. Məzunların valideynlərini təbrik edən rektor övladlarının uğurlarında onların dəstəyinin əvəzsiz olduğunu deyib. 4 il ərzində ixtisaslarını yaxşı mənimsəmək üçün çalışan, Koreya dilini öyrənərək, bu ölkədə bilik və bacarıqlarını artıran məzunların Azərbaycan üçün yaxşı mühəndislər olacağına əminliyini ifadə edərək, məzunlara karyeralarında müvəffəqiyyətlər arzulayıb. 

Mərasimdə çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev məzunlara səmimi təbriklərini çatdırıb, təhsillərini başa vuran gənclərin əldə etdikləri bilik və bacarıqların həyatlarının növbəti mərhələsində onlara böyük dəstək olacağına, qazandıqları ixtisaslarla yerli və xarici əmək bazarında tələb edilən səhələrdə uğurlu karyera qura biləcəklərinə əminliyini söyləyib. Ölkəmizdə təhsilin müasir tələblər əsasında inkişafı üçün dövlət səviyyəsində görülən tədbirləri, bir sıra xarici ali təhsil müəssisələri ilə həyata keçirilən ikili diplom proqramlarını vurğulayan nazir müavini bunların insan kapitalının inkişafına yönəlik, gənc nəslin elmi potensialının üzə çıxarılması, beynəlxalq təcrübənin mənimsənilməsi ilə peşəkar kadr kimi formalaşmanın təmin edilməsi, nəticədə ölkəmizə layiqli mütəxəssislər qazandırmaq məqsədi daşıdığını deyib. Ali təhsil müəssisələrinin güclənən beynəlxalq mövqeyinə toxunan İdris İsayev BMU-nu açıqlanan son QS reytinqində ilk minlikdəki yerinə görə təbrik edib, bütövlükdə universitetlərimizin əldə etdiyi nailiyyətləri ölkəmizdə təhsilin inkişafı üçün görülən işlərin nəticəsi kimi qiymətləndirib. Çıxışının sonunda bir daha hər iki universitetin rəhbərliyinə, professor-müəllim heyətinə, həmçinin məzunların valideynlərinə minnətdarlıq edən nazir müavini onların əməyi və dəstəyinin böyük olduğunu bildirib.   

Sonra İNHA Universitetinin rektoru Cho Myeong Voo məzunları təbrik edərək, onların əzm və səyləri sayəsində bu proqramın müsbət nəticələr verdiyini vurğulayıb. Koreya və Azərbaycan arasında təhsil əməkdaşlığının gözəl rəmzinə çevrilən ikili diplom proqramının beynəlxalq səviyyədə kadr hazırlığına uğurla xidmət etdiyini deyən rektor məzunların tədris boyu qazandıqları bilik və təcrübənin onların karyera pilləsində inamla addımlamasına kömək edəcəyinə əminliyini söyləyib.

Koreyanın ölkəmizdəki səfiri Kymgu Kang isə çıxışında ikili diplom proqramını Azərbaycan ilə Koreya arasında təhsil əməkdaşlığının nümunəvi göstəricisi adlandırıb. Məzun olmanın son yox, yeni bir başlanğıc sayıldığını deyən səfir gənclərin saysız-hesabsız imkanlarla dolu karyera yolunun çətinliklərini universitetlərin auditoriyasında sahib olduqları yaradıcı düşüncə və mübarizə ruhu ilə dəf edə biləcəklərinə inandığını bildirib.  

Sonra proqramda fəallıqları ilə seçilən “Elektrik mühəndisliyi” ixtisasının məzunu Şəhanə Mirəliyeva və “İnşaat mühəndisliyi” ixtisasının məzunu Amani Sultanov çıxış ediblər. Çıxışlarda proqramın onlara iki müxtəlif ölkənin və universitetin tədris sistemini müqayisəli şəkildə öyrənmək, fərqli mühəndislik yanaşmalarını birləşdirərək daha çevik və qlobal düşüncəli mühəndislər kimi yetişmək imkanı yaratdığı vurğulanıb, gənclərin hərtərəfli inkişafına yaradılan şəraitə görə Prezident İlham Əliyevə təşəkkür bildirilib.

Tələbələrin ifasında Azərbaycan və  Koreya rəqsləri, eyni zamanda Xalq artisti Elçin Həşimov və Əməkdar artist Elnur Əhmədovun ifasında muğam parçaları ilə zəngin bədii hissənin ardınca ixtisas birinciləri, sosial-ictimai həyatda fəal iştirak edən məzunlar mükafatlandırılıb. Həmçinin məzunlara diplomlar təqdim olunub.

Tədbir məzunların “papaq atma”sı ilə başa çatıb.

1 /8

Şərhlər

Xəbər lenti

17 iyul, 20:52

ADA Universitetində dövlət sifarişli yerlərə qəbulla bağlı infosessiya keçirilib

17 iyul, 19:05

II və III qruplar üzrə qəbul imtahanının nəticələri elan olunub

17 iyul, 18:25

Tədris ilinin yekunlarına dair hesabat tədbirləri keçirilir

17 iyul, 17:47

Məktəbəqədər yaşlı uşaqların inkişafında oyunların rolu

17 iyul, 17:22

11 yaşında olsa da, şahmat dünyasını fəth edir -  Məktəbli şahmatçının uğuru 

17 iyul, 17:10

Masallıda II Regional Gənclər Festivalı keçiriləcək

17 iyul, 16:21

İlahə Rəsulova: Valideynlər eyni anda 3 bağça seçə bilərlər - MÜSAHİBƏ

17 iyul, 15:27

ADA Universiteti ilk dəfə bu ixtisaslar üzrə dövlət sifarişli qəbul aparacaq - SİYAHI

17 iyul, 15:09

Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində ilk dəfə qadın məzunların sayı 50 faizə çatıb 

17 iyul, 15:04

Apellyasiyada əvvəlcədən ödəniş sistemi tətbiq oluna bilər – DİM sədrindən açıqlama

17 iyul, 13:39

261 məzun qızıl və gümüş nişanla təltif edilib SİYAHI

17 iyul, 13:31

Nazir məzunların qızıl və gümüş nişanla təltif edilməsi ilə bağlı əmr imzalayıb

17 iyul, 12:41

Qabiliyyət imtahanı verəcək şəxslərin NƏZƏRİNƏ!

17 iyul, 12:28

Sabahın hava proqnozu açıqlanıb

17 iyul, 11:53

Azərbaycanın regional universiteti “QS Stars” qiymətləndirməsində iştirak edib

17 iyul, 11:30

Şimal-qərb bölgəsinin 15 məzunu qızıl və gümüş nişana layiq görülüb

17 iyul, 11:11

Rus bölməsi üzrə I sinfə qəbul üçün məktəb və müəllim seçimi başlayır

17 iyul, 11:10

Problemləri kodlaşdırma ilə həll edir – Tələbənin uğur hekayəsi

17 iyul, 10:32

İdmançılarımız beynəlxalq yarışda 8 medal qazanıblar

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.