
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) bir sıra təhsili yerli idarəetmə bölmələrində 2024–2025-ci tədris ilinin yekunlarına həsr edilmiş hesabat tədbirləri təşkil olunur.
MÜTDA-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, 16-17 iyul tarixlərində Mil-Muğan və Mərkəzi Aran Regional Təhsil İdarələrində keçirilən tədbirlərdə Agentliyin direktoru Eşqi Bağırov, Regional Təhsil İdarələrinin nümayəndələri və rayon sektorlarının əməkdaşları iştirak ediblər.
Tədbir zamanı tədrisin keyfiyyəti, inzibati idarəetmənin təşkili, pedaqoji kadr potensialı, məktəb mühitində dayanıqlılıq, vətəndaş müraciətlərinə baxılması və onlarla işin təşkili kimi əsas istiqamətlər ətrafında geniş müzakirələr aparılıb.
Bununla yanaşı, tədbirlər zamanı bölgələr üzrə fərdi yanaşmaların tətbiqinin əhəmiyyəti vurğulanıb. Tədrisin keyfiyyətinə təsir edən əsas amillər - şagird nailiyyətləri, müəllim fəaliyyətinin səmərəliliyi, məktəb rəhbərliyinin idarəetmə bacarıqları və cəmiyyətlə əməkdaşlıq kimi məsələlər qiymətləndirilib. Həmçinin məktəblərin texniki və metodiki təminatı, təhsildə rəqəmsallaşma səviyyəsi və innovativ yanaşmaların tətbiqi də müzakirə olunan əsas mövzulardan olub.
Qeyd edilib ki, hər bir rayon üzrə statistik təhlil əsasında əldə olunan nəticələrlə hər bir təhsil müəssisəsinin dəstək ehtiyacları müəyyən olunur, MÜTDA və Regional İdarələr tərəfindən yeni tədris ili üçün bu ehtiyacların qarşılanması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
1 /4
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər