Bütün xəbərlər
17 iyul, 16:21

İyulun 8-dən region və Naxçıvan Muxtar Respublikasının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə qəbul başlayıb. İyulun 25-dən isə Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün valideynlər elektron qaydada növbə  yarada biləcəklər.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova “Azərbaycan müəllimi”nə müsahibəsində proseslə bağlı daha geniş məlumat verib. 

– Qəbul zamanı hansı meyarlar əsas götürülür? 1-ci sinfə qəbulda olduğu kimi, bağçalara qəbulda da prioritetlik tətbiq olunurmu? 
– “Məktəbəqədər təhsil haqqında” qanuna görə, məktəbəqədər təhsilə 1-6 yaşlı uşaqlar cəlb olunur. Bu il 2020-2024-cü il təvəllüdlü uşaqlar məktəbəqədər təhsil müəssisələrinə gedəcəklər. Valideynlər uşaqları üçün yaşayış yerindən asılı olmayaraq, maksimum 3 bağça seçə bilərlər.

– Qəbul zamanı üstünlük verilən kateqoriyalar varmı? Məsələn, şəhid və qazi, aztəminatlı ailələrin uşaqlarına üstünlük verilir?
– “Məktəbəqədər təhsil haqqında” qanunun 8-ci maddəsinə görə, dövlət məktəbəqədər təhsil müəssisəsinə, ilk növbədə, şəhid ailələrinin, Qarabağ müharibəsi və Vətən müharibəsi iştirakçılarının və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, tək işləyən valideynlərin, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin, hərbi xidmətdə olan valideynlərin, təhsilalan anaların uşaqları, çoxuşaqlı ailələrdən olan uşaqlar, qəyyumluqda olan uşaqlar qəbul edilirlər.

– Ümumilikdə bu il nə qədər uşağın bağçaya qəbul ediləcəyi proqnozlaşdırılır?
– Ölkədəki 1669 bağçanın 58 500 yerinə qəbulun aparılacağı proqnozlaşdırılır.

– Bu il tələb olunan sənədlərin siyahısında hər hansı dəyişiklik varmı?
- Valideyn uşağın yaş qrupuna uyğun 3 məktəbəqədər təhsil müəssisəsi seçdikdən sonra boş yer olduğu halda növbə sorğuya keçir və 5 gün ərzində təsdiqlənir. Təsdiqlə bağlı SMS gəldikdən sonra valideyn aşağıdakı sənədləri 7 gün ərzində bağçaya təqdim etməlidir. Bu müddət ərzində təqdim edilmədiyi halda sorğu avtomatik silinəcək:

- müəssisənin müdirinin adına ərizə; 
- valideynin (qanuni nümayəndənin) şəxsiyyətini təsdiq edən sənədin surəti; 
- uşaqların mübadilə vərəqəsi; 
- uşağın doğum haqqında şəhadətnaməsinin surəti; 
- uşağın 3x4 ölçüdə 2 ədəd fotoşəkli; 
- sağlamlığının vəziyyəti barədə arayış.

– Bir uşağa görə birdən çox bağça seçildikdə yerləşdirmə necə aparılır?
– Valideyn övladı üçün eyni zamanda 3 bağça seçə bilər. Hansı bağçada yaş qrupuna uyğun yer olarsa, növbə sorğuya çevriləcək.

– Valideyn qeydiyyat zamanı hansı bağçaya görə müraciət etdiyini qeyd etməlidir, yoxsa sistem özü valideynə bağça siyahısı təqdim edir?
– Valideyn şəxsi kabinet yaratdıqdan sonra istənilən yerdə siyahıda olan bağçaları seçə bilər. Bu seçim yaşa uyğun olaraq həyata keçirilir.

– Qəbul zamanı valideynlərin qarşılaşdığı əsas çətinliklər nələrdir və bu çətinliklərin aradan qaldırılması üçün hansı tədbirlər görülür?
– Çətinlik bəzi bağçalarda yaş qruplarında kifayət qədər yerin olmamasıdır. Tələblə təklif arasında boşluq var. Amma bu problemlərin həlli ilə bağlı bir sıra tədbirlər görülür. İlk növbədə icma əsaslı məktəbəqədər qrupların əhatə dairəsi genişləndirilir ki, buraya 3-5 yaşlı uşaqlar cəlb olunur. Cari tədris ilində 18500-ə yaxın uşaq bu qruplara cəlb olunmuşdu.

Özəl-dövlət əməkdaşlığı çərçvəsində yenə də cari ildə 1300 uşaq bu xidmətlərdən bəhrələnib. Yeni tədris ilindən bu say artırılacaq. Bundan başqa, hər il yeni bağçalar fəaliyyətə başlayır və ya təmirdən sonra istifadəyə verilir. Bu il də Bakı şəhəri üzrə təmirdən çıxmış 2 bağça və 9-a yaxın yeni bağçanın fəaliyyətə başlaması gözlənilir. Bu  məktəbəqədər təhsil müəssisələri həm Bakı, həm regionlar, həm də azad olunmuş əraziləridə yerləşir.

– Bağçalara qəbul oluna bilməyənlərə alternativ təhsil modelləri təklif edilirmi? Əgər olunursa, bu modellər hansı müəssisələrdə və hansı bölgələrdə mövcuddur?
– İcma əsaslı məktəbəqədər qruplar 58 şəhər və rayonda yerləşir. Onlar əsasən ümumtəhsil məktəblərinin nəzdində  fəaliyyət göstərir. Bu layihə artıq 6 ildir ki, uğurla davam edir. Özəl-dövlət əməkdaşlığından faydalanan özəl bağçaların ikisi region, biri Abşeron rayonu və digərləri Bakı şəhərindədir.

Şərhlər

Xəbər lenti

17 iyul, 20:52

ADA Universitetində dövlət sifarişli yerlərə qəbulla bağlı infosessiya keçirilib

17 iyul, 19:05

II və III qruplar üzrə qəbul imtahanının nəticələri elan olunub

17 iyul, 18:25

Tədris ilinin yekunlarına dair hesabat tədbirləri keçirilir

17 iyul, 17:47

Məktəbəqədər yaşlı uşaqların inkişafında oyunların rolu

17 iyul, 17:22

11 yaşında olsa da, şahmat dünyasını fəth edir -  Məktəbli şahmatçının uğuru 

17 iyul, 17:10

Masallıda II Regional Gənclər Festivalı keçiriləcək

17 iyul, 16:28

BMU-İNHA ikili diplom proqramının II məzun buraxılışı keçirilib

17 iyul, 15:27

ADA Universiteti ilk dəfə bu ixtisaslar üzrə dövlət sifarişli qəbul aparacaq - SİYAHI

17 iyul, 15:09

Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində ilk dəfə qadın məzunların sayı 50 faizə çatıb 

17 iyul, 15:04

Apellyasiyada əvvəlcədən ödəniş sistemi tətbiq oluna bilər – DİM sədrindən açıqlama

17 iyul, 13:39

261 məzun qızıl və gümüş nişanla təltif edilib SİYAHI

17 iyul, 13:31

Nazir məzunların qızıl və gümüş nişanla təltif edilməsi ilə bağlı əmr imzalayıb

17 iyul, 12:41

Qabiliyyət imtahanı verəcək şəxslərin NƏZƏRİNƏ!

17 iyul, 12:28

Sabahın hava proqnozu açıqlanıb

17 iyul, 11:53

Azərbaycanın regional universiteti “QS Stars” qiymətləndirməsində iştirak edib

17 iyul, 11:30

Şimal-qərb bölgəsinin 15 məzunu qızıl və gümüş nişana layiq görülüb

17 iyul, 11:11

Rus bölməsi üzrə I sinfə qəbul üçün məktəb və müəllim seçimi başlayır

17 iyul, 11:10

Problemləri kodlaşdırma ilə həll edir – Tələbənin uğur hekayəsi

17 iyul, 10:32

İdmançılarımız beynəlxalq yarışda 8 medal qazanıblar

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.