
Bakı Slavyan Universiteti (BSU) 2025/2026-cı tədris ili üzrə 2023-cü ildə təsis edilmiş “"İbtidai sinif müəllimliyi" və “Xarici dil müəllimliyi” ixtisaslarına qəbul olan oğlan tələbələr üçün təqaüd proqramı” elan edib.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, bu təşəbbüs BSU-da müəllimlik ixtisaslarına oğlan tələbələri cəlb etmək, onların pedaqoji fəaliyyətə marağını artırmaq, stimullaşdırmaq və təhsildə gender balansının qorunmasına töhfə vermək məqsədinə xidmət edir.
Daxili təqaüd proqramı ayda 200 AZN olmaqla, universitetinin qeyd olunan ixtisalarına qəbul olan və 450 baldan yuxarı bal toplayan oğlan tələbələr üçün nəzərdə tutulub.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər