Bütün xəbərlər
22 iyul, 19:45

Dövlət İmtahan Mərkəzi (DİM) 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini Mərkəzin internet saytında yerləşdirib.

“Azərbaycan müəllimi” xəbər verir ki, bakalavrlar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə ixtisaslaşma seçimi ərizəsi səhifəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Qəbul olunanların siyahısı sabah günün ikinci yarısında “Magistr” jurnalının 5-ci sayında dərc olunacaq.

Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 15555 bakalavrdan 13446 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 5798 nəfər dövlət sifarişi, 7648 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. 9790 nəfər ali təhsil müəssisələrinin cari, 3656 nəfər isə əvvəlki illərin məzunudur.

Magistraturaya qəbul olmuş şəxslər 24 iyul – 1 avqust tarixlərində https://portal.edu.az/ platformasında qeydiyyatdan keçərək yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlərdən “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalanların qeydiyyatı”nı seçməlidirlər.

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı DİM tərəfindən elan olunacaq.

Şərhlər

Xəbər lenti

13 sentyabr, 15:22

Yeni tədris ilinin ilk dərsi bu mövzuya həsr olunacaq

13 sentyabr, 13:30

Uşaq evi sosial xidmət müəssisələrində 33 uşaq birinci sinfə başlayır

12 sentyabr, 21:12

Siniflər hansı meyarlara əsasən komplektləşdirilir? – AÇIQLAMA

12 sentyabr, 18:33

BDU-da bəzi ixtisaslarda dərslər 4 gün olacaq - Rəsmi

12 sentyabr, 18:00

"2025-2026-cı tədris ili: yeniliklər və hədəflər" mövzusunda tədbir keçirilib

12 sentyabr, 17:56

Eşqi Bağırov: Olimpiada və müsabiqələrdə iştirak edən şagirdlərin sayı artıb

12 sentyabr, 17:52

“Yenilənən məktəblər”: Zərdab rayonu Dəli Quşçu kənd tam orta məktəbi – FOTOLAR

12 sentyabr, 17:48

Naxçıvanda peşə təhsili müəssisələrinə 700 yerlik qəbul planı tərtib olunub

12 sentyabr, 17:40

Bəzi regionlarda müəllimlərin dərs yükünün 24 saatı keçməməsi tələbi var? – AÇIQLAMA

12 sentyabr, 17:37

Naxçıvanda 30 məktəbin bütün məzunları tələbə adını qazanıb

12 sentyabr, 17:34

Buraxılış və Azərbaycan dili imtahanının nəticələri elan olunub

12 sentyabr, 17:20

Mingəçevir Dövlət Universitetində “Oriyentasiya günü” keçirilib

12 sentyabr, 17:10

Yeni tədris ilində daha 16 məktəb istifadəyə veriləcək

12 sentyabr, 16:33

Naxçıvanda məktəbəqədər təhsil müəssisələrində monitorinqlər aparılıb

12 sentyabr, 15:25

Naxçıvanda 22 müəllimin əmək müqaviləsinə xitam verilib 

12 sentyabr, 15:19

Peşə təmayüllü siniflərin qrup rəhbərləri üçün təlimlər başlayıb

12 sentyabr, 15:17

Naxçıvanda məktəbdənkənar təhsil müəssisələri şəbəkəsi optimallaşdırılır 

12 sentyabr, 14:56

PIRLS 2026-ya doğru: bu tədqiqatın təhsil sistemlərinə töhfələri

12 sentyabr, 14:11

Nazirin müşaviri: Sinif sıxlığı şagirdlərin öyrənməsinə mənfi təsir etməyib

12 sentyabr, 14:10

Kafi və yaxşı qiymətləndirilən dərs sayı artıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.