Bütün xəbərlər
18 dekabr, 11:58

Regionlarda məktəbəqədər təhsilə cəlb edilənlərin əhatə dairəsinin artırılması məqsədilə “Ailə tipli təlim qrupları” layihəsi icra ediləcək.

Bunu "Azərbaycan müəllimi"nə müsahibəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova deyib.

O bildirib ki, yeni layihədə məktəbəqədər yaşlı uşağı olan seçilmiş anaya qonşuluqda yaşayan 6-7 uşaq həvalə edilir.

“Öyrənmə qutusu”nda hər kəs öz uşağı ilə məşğul olurdu, amma bu modeldə bir ana öz uşağı ilə yanaşı, qonşu uşaqlarla da məşğul olur, yəni ana həm də bir müəllimə çevrilir. Bu model də bağçanın olmadığı, icma əsaslı məktəbəqədər təhsilin təşkil edilmədiyi, amma məktəbəqədər yaşda azı 9-10 uşaq olan kəndlərdə tətbiq ediləcək", - deyə şöbə müdiri qeyd edib.

İlahə Rəsulova qeyd edib ki, sadəcə ana deyil, seçilən evin şəraiti ilə də maraqlanırlar.

"Evdə uyğun şərait varmı, təhlükəsizlik tələblərinə cavab verirmi? Otağın işıqlanması, ailə üzvlərinin sayı araşdırılır. “Ailə tipli təlim qrupları” modelində bu məsələlər nəzərə alınır", - deyə o əlavə edib.

Şərhlər

Xəbər lenti

14 mart, 12:59

UNEC-də “İş yeri axtarma, iş yeri yarat!” adlı təlim keçirilib

14 mart, 12:51

AzMİU-nun 50 illik yubileyi ərəfəsində növbəti seminar keçirilib

14 mart, 12:37

“Sənətin varsa, sənədin olacaq” layihəsi çərçivəsində təltifetmə keçirilib

14 mart, 12:36

SABAH qruplarından bu günədək 7 minə yaxın tələbə məzun olub

14 mart, 12:23

Ötən il 4 minədək müəllimin əmək müqaviləsinə xitam verilib

14 mart, 12:20
14 mart, 12:15

Sertifikatlaşdırmadan sonra müəllimlər nə qədər maaş alırlar? 

14 mart, 12:13

Beynəlxalq ikili diplom proqramlarına qəbul olan tələbələrin sayı açıqlanıb

14 mart, 12:00

Azərbaycan alimlərinin "Scopus"da dərc etdiyi nəşrlərin sayı 40% artıb

14 mart, 11:48

Ötən il vakant müəllim yerlərinin 90%-i tutulub

14 mart, 11:48

2024-cü ilin əsas elmi göstəriciləri - HESABAT

14 mart, 11:40

Azərbaycanın beynəlxalq qiymətləndirmələrdə iştirakı artıb - HESABAT

14 mart, 11:35

Lütfi Zadə olimpiadası və fənn müsabiqələrinin rayon (şəhər) mərhələsinin nəticələri elan edilib

14 mart, 11:35

Ötən il doktorantura və dissertanturaya qəbul 61% olub

14 mart, 11:20

Ötən il 5 yaşlı uşaqların təhsilə cəlb edilmə səviyyəsi 87%-ə çatdırılıb

14 mart, 11:10

11 mindən çox bağça müəllimi diaqnostik qiymətləndirmədən keçib

14 mart, 11:04

Bağçalara 78 müdir və 416 tərbiyəçi-müəllim müsabiqə ilə işə qəbul edilib

14 mart, 11:00

Direktorlarının maaşlarına 1500 manatadək əlavələr edilib - HESABAT

14 mart, 10:58

Dövlət büdcəsindən elm və təhsilə ayrılan xərclər artıb

14 mart, 10:58

Ötən il ləğv edilmiş, yeni yaradılmış və təyinatı dəyişdirilmiş məktəblər - SİYAHI

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.