Bütün xəbərlər
6 fevral, 23:00

Vulkan püskürəndə yalnız kül və qazlar deyil, həm də müxtəlif qayalar və lava parçaları havaya sovrulur. Bu qaya parçalarından bəziləri isə xüsusi bir forma alır ki, alimlər onları “lava bombaları” adlandırırlar.

Vulkan püskürməsi zamanı yerin dərinliklərindən gələn ərimiş qaya – maqma yer səthinə çıxır və lava adlanır. Lava yerin dərinliklərindən havaya atıldıqda sürətlə soyumağa başlayır. Havada hərəkət etdikcə bu ərimiş qaya kütlələri bərkiyərək lava bombalarına çevrilir. Bəzi lava bombalarının içində bərk qaya nüvəsi olur, digərləri isə qaz qabarcıqları ilə dolu olur. Hətta tamamilə ərimiş və homogen qalan lava bombalarına da rast gəlinir.

Build a wall! From prayers to bombs, Hawaii's history with lava | Daily  Sabah

Geoloqlar onları “lava bombası” adlandırmaq üçün ən azı 6.4 santimetr (2.5 düym) enində və yumru formada olmasını əsas götürürlər. Həmçinin onların formaları fərqli ola bilər: bəziləri basketbol topu kimi tamamilə yuvarlaq, digərləri amerikan futbolu topu kimi uzunsov olur, bəzi hallarda isə lava ip kimi uzanaraq lentvari lava bombaları yaradır.

Bəzi lava bombaları o qədər böyükdür ki, onların ölçüsü insanı heyrətləndirir. İndiyə qədər qeydə alınan ən böyük lava bombası 6 metr (20 fut) enində olub.

Lavabomb

Müşahidələr göstərir ki, lava bombaları 10 saniyə ərzində havada qala bilər. Bu müddət ərzində onların xarici səthi soyuyub bərkiyir. Kiçik lava bombaları tamamilə soyuyaraq yerə düşə bilər. Ancaq böyük olanlar içəridən hələ də isti və yumşaq qaldığı üçün yerə düşəndə çatlayır, bəziləri isə yerə düşərkən sıçrayıb yayılır və yastı lava təbəqəsinə çevrilir.

Red-Hot 'Lava Bomb' Careening Down Volcanic Slope Looks Like It Came  Straight From Hell

Əksər lava bombaları vulkanın 5 kilometr radiusunda yerə düşür. Lakin bəzən 10 kilometr məsafəyə qədər yayıla bilər.

Vulkan püskürmələri bir çox təhlükələr yaratsa da, tədqiqatçılar lava bombalarını insanların həyatı üçün ən təhlükəli faktor hesab edirlər. Çünki onlar yüksək sürətlə hərəkət edərək insanlara və infrastruktura ciddi ziyan vura bilər.

Mənbə: www.snexplores.org

Şərhlər

Xəbər lenti

18 sentyabr, 18:41

ADNSU “Mərkəzi Asiya+ rektorlar klubu”nun 6-cı görüşünə ev sahibliyi edəcək

18 sentyabr, 17:56

BSU-da “Azərbaycanda Dövlət Suverenliyi Günü” mövzusunda görüş keçirilib

18 sentyabr, 17:51

Direktorların işə qəbulunda imtahan göstəriciləri necə olmalıdır?

18 sentyabr, 16:36

LDU-da Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib

18 sentyabr, 16:02

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18 sentyabr, 15:43

Peşə ixtisaslarının yeni təsnifatı hazırlanır: 200-dən çox ixtisas müzakirə edilir

18 sentyabr, 15:33

Peşə təhsili müəssisələrinə tələbə qəbulu başa çatıb

18 sentyabr, 15:14

MDU-da qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

18 sentyabr, 15:01

SAF 2025 – Bakı beşinci yubileyə hazırlaşır

18 sentyabr, 13:24

LDU-nun iki məzunu Türkiyədə doktoranturaya qəbul olub

18 sentyabr, 12:54

Buraxılış imtahanına xarici dil üzrə salınacaq yeni sual tipi necə olacaq? – DİM-dən AÇIQLAMA

18 sentyabr, 12:44

Yeni model tətbiq olunacaq məktəblərdə kimlər dərs deyə bilər?

18 sentyabr, 12:25

Süni intellektin elmdə və təhsildə rolu: çağırışlar, yeni imkanlar və risklər

18 sentyabr, 12:24

Təmayül tədris modeli bu məktəblərdə tətbiq olunacaq – SİYAHI

18 sentyabr, 12:14

Azərbaycanda "PeşəFest-2025" başlayıb

18 sentyabr, 11:51

“Qənnadıçı-şirniyyatçı” ixtisası üzrə bacarıqlar qiymətləndirilib

18 sentyabr, 11:23

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

18 sentyabr, 11:06

Tələbələr üçün antinarkotik mövzusunda elmi-praktik konfranslar keçiriləcək

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.