Bütün xəbərlər
18 mart, 13:15

Peşə təhsili müəssisələrinin artan nüfuzu bu sahəyə üz tutanların sayında özünü göstərir. Tədrisin keyfiyyəti artırılır, müəllimin peşə bacarıqları inkişaf etdirilir. İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Cəlil Bağırov “Azərbaycan müəllimi”nə müsahibəsində müəssisədə gedən struktur dəyişikliyindən, adambaşına maliyyələşmə mexanizminə keçiddən sonrakı yeniliklərdən bəhs edib.

3 ildə 4 dəfə artım

- 2026-cı ilə qədər peşə təhsili sisteminə 28 min tələbənin cəlbi əsas hədəflərdəndir. Sizcə, peşə təhsili müəssisələri bu hədəfə nail ola biləcək?

- 2024-cü ildə peşə təhsili müəssisələrinə 25 minə yaxın tələbə qəbul olub ki, bu da son illərin ən yüksək göstəricisidir. Ümumiyyətlə, son 5 ildə hər il tələbə qəbulunda 10-15 faiz artım müşahidə edilib. İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi də fəaliyyət tarixində ilk dəfə bu il 523 tələbə ilə tədrisə başlayıb. Bu rəqəm 2022-ci ildə 120, bir il sonra 398 nəfər olub. Yəni təkcə bizim müəssisənin tələbə sayı 3 ildə 4 dəfə artıb. Növbəti il üçün hədəfimiz 960 nəfərdir.

- Tədris ilinin artıq ikinci yarısındayıq. Yeni ixtisaslarınız, yaxud əmək bazarında özünə yer tapmadığı üçün qəbul planından çıxartmağa hazırlaşdığınız ixtisaslar müəyyənləşdirilib? Yeni tədris ilində hansı ixtisaslar üzrə qəbul aparacağınıza qərar vermisiniz?

- Hazırda 4 əsas istiqamət - kənd təsərrüfatı, turizm, sənaye və informasiya texnologiyaları üzrə ixtisaslar tədris edilir. Son 3 ildə IT, turizm və kənd təsərrüfatı ixtisasları daha çox məşhurlaşıb. Bu da regionunun əmək bazarının tələbləri ilə bağlıdır. Nəzərdə tutulan yeni ixtisaslarımız, əsasən, yaşıl enerji ilə bağlıdır. Yeni dual ixtisasların açılmasını, işəgötürən müəssisələrlə birlikdə həyata keçirdiyimiz kadr hazırlığını artırmağı planlaşdırırıq. Hazırda 3 ixtisas üzrə dual təhsil proqramları əsasında tədris həyata keçirilir. Həmin ixtisaslardan biri kadr hazırlığına bu ildən başladığımız “Xalçaçılıq”dır. Öncəki tədris ilindən başlayan və bu il də tədrisi davam edən turizm sahəsində iaşə üzrə mütəxəssis və aşpaz ixtisaslarıdır. Fürsətdən istifadə edərək qeyd edim ki, təhsilalanlarımızın əksəriyyəti özəl olmaqla 58 müəssisədə istehsalat təcrübəsi keçirlər. Bələdiyyələrlə çox geniş əməkdaşlığımız var. Təbii ki, tələbata uyğun olmayan ixtisasımız da olub. “İnşaat xarratı” ixtisası üzrə qəbulu 2 il öncə dayandırdıq. Çünki işəgötürənlərdən bu ixtisas üçün sifariş almadıq. 

“Müəllimlərimiz Avropanın nüfuzlu peşə təhsili müəssisələrində təlim keçəcəklər”

- Kadr hazırlığında xaricdə təcrübə məsələsinə xüsusi önəm verilir. Təhsilalanların xaricdə təcrübəsi ilə bağlı hansı planınız var? 

- Bəli, hazırda Türkiyə ilə turizm və xidmət sahəsində əməkdaşlıq edirik. Təhsilalanlar istiqamətində planların əməli fəaliyyətə keçməsinin ləngimə səbəbi ixtisas proqramlarının kifayət qədər çevik olmamasıdır. Bu planımızın reallaşması üçün ixtisas proqramları elə çevik olmalıdır ki, onlar xaricdəki tədris proqramı ilə ekvivalentlik təşkil etsin. Göründüyü kimi, kredit transferi burada xüsusi rol oynayır. Hazırda Peşə Təhsili üzrə Dövlət Agentliyi bu istiqamətdə bir neçə proqram üzərində çalışır.

- Bəs təhsilalanların peşə bacarıqlarını artırmaq üçün hansı işlər görülüb?

- 10 nəfər əməkdaşımız hazırda xarici dil bacarıqlarını artırır. Turizm və kənd təsərrüfatı istiqamətində ixtisas fənn müəllimləri, istehsalat ustaları olan həmin müəllimlərimiz 2026-cı ildə Avropanın nüfuzlu peşə təhsili müəssisələrində təlim keçəcəklər. Burada əsas baryer xarici dil məsələsidir. Peşə təhsilində hələ də mövcud olan ənənəvi qaydalardan kənara çıxmağa çalışırıq və bu zaman qarşılaşdığımız problemlərdən biri təhsilverənlərin arasında yenilənməyə cəhd göstərməyənlərin, hətta bunu müqavimətlə qarşılayanların olmasıdır.  

- İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi adambaşına maliyyələşmə mexanizminə keçən müəssisələrdən biridir. Bu keçidin fərqini öz işinizdə hiss edirsiniz?

- Adambaşına maliyyələşmə mexanizminə keçid təhsilverənlərin peşəkar inkişafına stimul verən əməkhaqqı sisteminə diferensial yanaşmaya imkan verir.
Bu mexanizmin tətbiqi həm region üçün, həm də müəssisənin idarə edilməsində yeni imkanlar yaradır. Bunlara çevik fürsətlər deyirik ki, onlar da bizə region üçün imkanları müəyyənləşdirməyə şərait yaradır. Məsələn, regiona kadr hazırlayırıqsa, bunu işəgötürənlərlə birlikdə müzakirə edir, ehtiyacları müəyyənləşdirir, emalatxanalarımızı daha səmərəli qura bilirik. Burada məsələlərdən biri ehtiyacların dərhal həll edilməsidirsə, digər məqam təhsilverənlərin peşəkar inkişafına stimul verən əməkhaqqı sisteminə diferensial yanaşmanın ortaya çıxmasıdır. Məsələn, sertifikatlaşdırma, diaqnostik qiymətləndirmə, ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının emalatxanalarda əldə etdikləri istehsal nəticələri ilə müəyyən edilən rentabel mükafatlandırma sisteminin yaradılmasıdır. 

- Dediklərinizin hansını edə bilmisiniz?

- Adambaşına maliyyələşmə sisteminə keçdiyimiz ötən bir il ərzində müəssisəmiz ilk dəfə olaraq məhsul satışından 14 800 manat gəlir əldə edib. Bunu da müəllimlərimizin stimullaşdırılmasına, bacarıqlarının inkişafına yönəltmişik. Müəssisəmizdə 48 müəllim var. Onların 2-si doktorantura, 4-ü magistratura, 25-i bakalavriat səviyyəsi üzrə təhsil alıb. Ümumi təhsilverənlərimizin 85 faizi sertifikatlaşdırılmadan uğurla keçib. Ümumtəhsil fənn müəllimlərimizin 6-sı nəticələrinə görə ölkə üzrə ilk onluqda yer alıb. İxtisas fənn müəllimlərimizin isə nəticələri 50-dən yuxarıdır.

“Biz daha yaxşı müəllimləri tədrisə cəlb edə bilirik”

- Peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada müsabiqə ilə həyata keçirilir. Bəs seçimdə mərkəz olaraq siz də söz sahibisinizmi? 

- Peşə təhsili sistemində təhsilverənlərin işə qəbulunu Peşə Təhsili üzrə Dövlət Agentliyi həyata keçirir. İlkin mərhələdə onlar test imtahanı verir və müsahibəyə cəlb edilirlər. Adambaşına maliyyələşmə sisteminə keçən peşə təhsili müəssisələrində fərq ondan ibarətdir ki, biz daha yaxşı təhsilverənləri tədrisə cəlb edə bilirik.

- Prosesin hansı mərhələsində fikriniz soruşulur?

- Müsahibə mərhələsində. Bilirsiniz ki, müsahibə komissiyaları təşkil olunur. Müəssisəmizin rəhbər səviyyəsində təmsil olunduğu həmin komissiyalarda ixtisas fənn müəllimliyinə namizədlər barəsində qərarı birbaşa müəssisə verə bilir. Yaxud müəssisəmizin birbaşa dəvəti ilə işə götürülənlər var. İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində 9 nəfər təhsilverən sırf işəgötürən müəssisənin rəhbəri və ya nümayəndəsidir və birbaşa bizim dəvətimizlə müəssisəmizdə işə başlayıblar. Məhz mərkəzimizin qərarı ilə tədrisə cəlb edilən həmin mütəxəssislər öz müəssisələrinin gələcək əməkdaşlarını elə auditoriyalarımızdaca seçmək imkanına malik olurlar.

“Brendləşmək üçün strukturda dəyişiklik edilir”

- Sosial şəbəkə hesablarınızda müəssisənizdə istehsal edilən balları gördüm. Ballarınızı brendləşdirmək planınız varmı? Ümumiyyətlə, öz brendinizi yaratmaq üçün hansı işlər görürsünüz?

- Brendləşməyə başlamaq üçün müəssisəmizdə struktur yenilənməsinə başlamışıq. Peşə təhsili müəssisələrində ilk dəfə istehsalat üzrə menecer ştatı yaradılıb. Qeyd etdiyimiz vəzifəni daşıyacaq şəxs hansı məhsulu brendləşdirməyi, emalatxanalarımızda istehsal edilən məhsulların hansı formada brendləşdiriləcəyini müəyyənləşdirəcək. 

- Struktur yenilənməsinə toxundunuz. Başqa necə dəyişikliklər gözlənilir?

- Ötən 1 il ərzində 2 təhsilverənimiz beynəlxalq təcrübə ilə tanışlıq məqsədi ilə Türkiyədə olub və bir həftə ərzində təcrübə proqramında iştirak edib. Bu təcrübəyə əsaslanaraq emalatxanalarda bir sıra işlər görülüb, dəyişikliklər, yeniliklər həyata keçirilib. Türkiyə təcrübəsinə əsaslanaraq həyata keçirəcəyimiz yeniliklərdən sonra avtomobil emalatxanalarımızda böyük işlər planlaşdırırıq. Məsələn, növbəti illərdə strateji planımıza da daxil olan yeniliklərdən biri bu istiqamət üzrə yeni ixtisaslar olacaq. Həm də regiona xidmət edəcək avtoservisin istifadəsini reallaşdıracağıq. İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində 3 ixtisas – “Avtomobil çilingəri”, “Avtomobil diaqnostikası” və “Avtomobil təmiri” ixtisaslarının tədrisinə başlamaq üçün bütün imkanlar var.

Şərhlər

Xəbər lenti

18 mart, 18:00

Klinker kərpicinin yeni istehsal texnologiyası təqdim edilib

18 mart, 17:28

ADPU Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu ilə əməkdaşlığa başlayır

18 mart, 16:24

AzMİU Böyük Britaniya universiteti ilə 2 yeni ikili diplom müqaviləsi imzalayıb

18 mart, 16:02

AzMİU-da “Dayanıqlı mühəndislik” klubu yaradılıb

18 mart, 16:00

Mədəniyyət ixtisasları üzrə İşçi qrupu tərəfindən ixtisaslaşmalar müəyyən edilib

18 mart, 15:58

Tələbələrə dayanıqlı inkişaf məqsədləri üzrə təlim keçirilib

18 mart, 15:56

ADNSU-da 2026-2030-cu illər üçün elmi-tədqiqat mövzuları müzakirə olunub

18 mart, 15:51

Azərbaycan dili üzrə sertifikasiya imtahanını kimlər və niyə verəcək?

18 mart, 15:30

Rektor: Təhsil proqramları hazırlanarkən beynəlxalq təcrübənin kor-koranə tətbiqinin tərəfdarı deyiləm

18 mart, 15:30

Məktəblilər diabet xəstələrinə kömək edən qurğu hazırlayıblar

18 mart, 15:22

ADPU tələbləri üçün "Baharın rəngli sehrləri" adlı master-klas keçirilib

18 mart, 15:18

“Elm və təhsil cəmiyyət üçün həssas bir məsələdir” – Rəy

18 mart, 14:04

Elbrus İsayev: Universitetin akademik heyətinin 10 faizi əcnəbi professorlardır

18 mart, 13:30

Rektor: Əməkdaşların elmmetrik bazalara qeydiyyatında ciddi artım qeydə alınıb

18 mart, 13:13

Körpələriniz niyə ağlayır? – Cavabı şagirdlərin hazırladığı xüsusi cihaz deyəcək

18 mart, 13:10

Məktəblilər arasında proqramlaşdırma müsabiqəsinə başlanılır

18 mart, 13:00

NDU-da 2000-ə yaxın əcnəbi tələbə təhsil alır

18 mart, 12:51

Dərmanın qəbul vaxtını qutu xatırladır - Şagirdlərdən maraqlı layihə

18 mart, 12:33

Bağça və məktəblərə işə qəbul üçün qeydiyyat başlayır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.