Bütün xəbərlər
7 aprel, 14:28

“Əsas vəzifələrdən biri təhsil sisteminin beynəlxalq standartlara sürətlə uyğunlaşdırılması və dayanıqlı inkişafın təmin olunmasıdır. Bu baxımdan aparılan islahatlar ölkənin ümumi inkişafına müsbət təsir göstərəcək. Bu islahatlar düşünülmüş şəkildə həyata keçirildiyi üçün xüsusi əhəmiyyət daşıyır”.

Bunu “Azərbaycan müəllimi”nə Milli Məclisin deputatı Ceyhun Məmmədov Prezident İlham Əliyevin Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı Sərəncamla bağlı danışarkən deyib. 

O bildirib ki, elm və təhsil sahəsində mühüm islahatlar həyata keçirilir. 

Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin təhsilə hər zaman xüsusi diqqət və qayğısı müşahidə olunub və bu gün də bu istiqamətdə davamlı addımlar atılır.

C.Məmmədov qeyd edib ki, bir müddət əvvəl elm siyasətinin Elm və Təhsil Nazirliyinə həvalə olunması, eyni zamanda, Azərbaycan Milli Elmlər  Akademiyasının bir sıra institutlarının nazirliyin tabeliyinə verilməsi bu sahədə idarəetmənin təkmilləşdirilməsi məqsədi daşıyır. Bu qərarların əsas məqsədi fəaliyyətin səmərəliliyinin artırılması və optimallaşdırmanın təmin olunmasıdır.

“Bu gün təhsillə bağlı gözləntilərimiz böyükdür. İstəyirik ki, təhsilimiz daha da inkişaf etsin, dünya miqyasında uğurlar qazansın. Çünki hazırda bütün dünyada elm və təhsil sahəsində ciddi addımlar atılır, mühüm işlər görülür. Azərbaycanda həyata keçirilən islahatlar da bu qlobal prosesin bir hissəsidir,” – deyə deputat bildirib.

Xatırladaq ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamında bəzi elmi müəssisələrinin bazasında yeni institutların yaradılması, 3 istehsalat birliyinin ləğv olunması nəzərdə tutulur. Birləşdirilən elmi müəssisələrin əsasında bir neçə publik hüquqi şəxslər yaradılacaq.

Şərhlər

Xəbər lenti

1 may, 12:46

Sabahın hava proqnozu açıqlanıb

1 may, 12:40

Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

1 may, 12:29

Respublika fənn olimpiadalarında daha bir yenilik olacaq

1 may, 12:25

MÜTDA valideynlərə çağırış etdi

1 may, 12:04

Lənkəranda “Peşə sərgisi” – Şagirdlər əl işlərini nümayiş etdirdilər

1 may, 12:01

Naxçıvanda yeni kadr təyinatları olub

1 may, 11:43

“Qazaxıstanın xaricdə təhsil proqramı öz hədəflərinə çatıb” – Adil Kusmanov

1 may, 11:33

“Azərbaycan üçün İngilis Dili Strategiyası” sənədinin təqdimatı keçirilib

1 may, 11:10

Magistraturaya qəbul imtahanında iştirak edəcək bakalavrların NƏZƏRİNƏ!

1 may, 11:07

Rezidenturaya qəbul imtahanının I mərhələsi keçiriləcək

1 may, 11:03

Elm və təhsil naziri Astarada vətəndaşları qəbul edəcək

1 may, 10:58

BDU Beynəlxalq Dayanıqlı Kampus Şəbəkəsinə üzv olub

1 may, 10:51

RFO-nun final turunun kimya fənni üzrə yoxlama prosesi yekunlaşıb

1 may, 10:51

Qazi Universiteti xəstəxanalarının həkimləri NDU-da tədqiqata cəlb edilə bilər

1 may, 10:50

Məktəblərdə “Yaşıl könüllük” proqramı icra olunur

1 may, 10:39

“DİVAN” – Milli Məhkəmə Simulyasiyasının mükafatlandırma mərasimi keçirilib

1 may, 10:23

Şahmat taxtasında yazılan hekayə – Gülşənin zəfər yolu

1 may, 10:10

Sumqayıtda “Erkən nikahın qarşısının alınması” mövzusunda görüş olub

1 may, 09:57

Radiasiya Problemləri İnstitutunun alimləri ilə görüş keçirilib

1 may, 09:51

Məktəblərdə yaz tətili başladı

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.