Bütün xəbərlər
24 aprel, 20:20

Çin Elmlər Akademiyasının astronomları Süd Yolu yaxınlığında görünməyən maddədən ibarət qeyri-adi obyekt aşkar ediblər. 

“Azərbaycan müəllimi” “Science Advances” jurnalına istinadən xəbər verir ki, bu, əvvəlcə sadəcə qaz buludu kimi görünən, lakin ulduzsuz, demək olar ki, tamamilə "qaranlıq maddədən" ibarət olan qaranlıq qalaktika ola bilər.

Araşdırılan obyekt AC-I adlı yüksəksürətli qaz bulududur. Belə buludların supernova partlayışları və ya kiçik qalaktikaların dağılması kimi kosmik hadisələr nəticəsində yarandığı düşünülür. Bu qaz Süd Yoluna doğru hərəkət edərək qalaktikadakı ulduz yaranma prosesini sürətləndirir.

Lakin alimlər 500 metrlik nəhəng “FAST” radioteleskopu ilə müşahidələr zamanı buludun daxilində daha kiçik və fərqli bir struktur – AC G185.0-11.5 obyektini aşkarlayıblar. Bu, ulduzları olmayan, lakin qalaktika kimi fırlanan böyük kütləli (300 milyon Günəş kütləsi) bir obyektdir. Onun mərkəzi və kənar hissələri seçilə bilir və Yerdən təqribən 900 min işıq ili uzaqlığında yerləşdiyi müəyyən edilib.

Alimlərə görə, bu strukturun yalnız 5%-i görünən (barion) maddədən ibarətdir, qalan hissəsi isə görünməyən maddədir. Bu da onu “qaranlıq” qalaktika edir. Belə qalaktikalar indiyədək müşahidə olunmadığından beynəlxalq elmi ictimaiyyət bu nəticəyə ehtiyatla yanaşır.

Tədqiqatçılar obyektin dəqiq təyini üçün gələcəkdə "Ceyms Uebb" kosmik teleskopu kimi digər vasitələrlə də müşahidələr aparmaq niyyətindədirlər. Əgər bu təsdiqlənsə, AC G185.0-11.5 qaranlıq maddənin öyrənilməsi üçün unikal bir kosmik laboratoriyaya çevrilə bilər.

Şərhlər

Xəbər lenti

31 may, 15:52

Naxçıvanda "Ümumi təhsilin aktual problemləri" mövzusunda konfrans keçirilib

31 may, 15:39

BSU tərəfindən özbək dilinə tərcümə olunan "Qərbi Azərbaycana qayıdış" Konsepsiyası sərgilənib

31 may, 14:16

“Zəkaların mübarizəsi” olimpiadası qaliblərinin mükafatlandırılması keçirilib

31 may, 12:42

Fuad Qarayev: Öyrənməyi sevən şagirdlər mütləq seçilirlər

31 may, 11:44

4SİM: Azərbaycanın süni intellekt təcrübəsi Davos İqtisadi Forumunda təqdim olunacaq

31 may, 09:01

Azərbaycan Texnologiya Universiteti Özbəkistanın universitetləri ilə əlaqələrini genişləndirir

30 may, 23:45

Uşaqların Beynəlxalq Müdafiəsi Günü çərçivəsində maraqlı təşəbbüs

30 may, 23:09

“Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin olimpiada mərhələsi keçirilib

30 may, 21:58

6 nəfərin buraxılış imtahanı nəticəsi ləğv olunub

30 may, 21:51

Buraxılış imtahanında maksimal bal toplayanların sayı açıqlandı - SİYAHI 

30 may, 21:49

Buraxılış imtahanının nəticələri elan olunub

30 may, 18:20

UNEC-də III Xarici Dil Müəllimləri Forumu keçirilib

30 may, 17:48

ADNSU-da “Qazaxıstan – Azərbaycan: yeni üfüqlər” adlı konfrans keçirilib

30 may, 17:29

Beynəlxalq Təhsil İcmalı – May 2025

30 may, 17:07

Elm və təhsil naziri Astarada vətəndaşları qəbul edib

30 may, 16:41

Magistraturaya qəbul imtahanında 3 nəfər ən yüksək nəticə göstərdi

30 may, 16:38

ADNSU 6 min manatdan yuxarı əməkhaqqı ilə tədqiqatçı-müəllim axtarır

30 may, 16:35

Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub

30 may, 16:27

ATU-da narkomaniya və dini radikalizmlə bağlı seminar keçirilib

30 may, 16:23

Özbəkistanda “Study in Azerbaijan” təhsil sərgisi keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.