Bütün xəbərlər
16 oktyabr, 14:56

Elm və Təhsil Nazirliyinin akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu (Cİ) ilə Rusiya Elmlər Akademiyasının Dağıstan Federal Tədqiqat Mərkəzi (REA DFTM) arasında  elm və təhsil sahəsində əməkdaşlığa dair müqavilə imzalanıb.

İnstitutdan “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbir Rusiya Federasiyasından gəlmiş qonaqlar - REA DFTM,  A.O.Kovalevsk adına Cənub Dənizlərin Biologiyası İnstitutu  və akademik M.D.Millionşikov adına Qroznı Dövlət Neft Texniki Universitetinin alim və mütəxəssislərinin iştirakı ilə keçirilib.

Coğrafiya İnstitutu ilə Dağıstan Federal Tədqiqat Mərkəzi arasında bağlanmış müqaviləyə əsasən iqlim dəyişikliyi və artan antropogen təzyiq şəraitində Xəzər dənizi hövzəsinin kiçik və orta çay hövzələrinin landşaftlarının geoekoloji vəziyyətinin dinamikasının öyrənilməsi sahəsində birgə elmi tədqiqatların aparılması nəzərdə tutulub. Razılaşmaya görə  yeni proqramların həyata keçirilməsində qarşılıqlı yardım,  məlumat və nəşrlərin mübadiləsi,  konfrans və seminarların təşkili, tədris prosesinin elmi-tədqiqatla əlaqələndirilməsi, tərəflərin müvafiq resurslarından istifadə etməklə elm, texnologiya və təhsil sahəsində yeni biliklərin birgə əldə edilməsi və innovativ məhsul və xidmətlərin yaradılması həyata keçiriləcək.

Tərəflər birgə olaraq İqlim dəyişikliyi və artan antropogen yük şəraitində Şimal-Şərqi Qafqazın, Azərbaycanın və İranın dağ çayları hövzələrinin geoekoloji vəziyyətinin dinamikasının öyrənilməsi ilə bağlı Quba rayonunun Qaraçay hövzəsi boyu ekspedisiyada iştirak edəcəklər.

Müəssisələr arasında əməkdaşlığa dair danışıqlar, icra və prosesə dair hesabatların verilməsi koordinatorlar – Cİ-nin icraçı  direktoru c.ü.f.d., dos. Zaur İmrani  və REA DFTM-nin rəhbəri Surxay Mamayev tərəfindən həyata keçiriləcək.

1 /3

Şərhlər

Xəbər lenti

19 may, 22:34

Agentlik Zaqatalada gimnaziyanın bağlanacağı iddialarına aydınlıq gətirdi

19 may, 21:00

NDU ilə AƏSMA arasında Əməkdaşlıq Memorandumu imzalanıb 

19 may, 17:48

AzMİU-da üç yeni laboratoriya istifadəyə verilib

19 may, 17:43

Təhsil İnstitutu yenidən “Müasir metodist” müsabiqəsi elan edir

19 may, 17:09

BSU-da ustad dərsi keçirilib

19 may, 17:09

BMU-da “Azad Mirzəcanzadə İnkişaf Proqramı” ilə bağlı infosessiya keçirilib

19 may, 17:06

Vətən müharibəsi iştirakçıları ilə məktəblilərin görüşü təşkil edilib

19 may, 17:00

Təhsillə inkişaf edən Qarabağ 

19 may, 16:51

BDU-da XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib

19 may, 16:43

BMU-da əcnəbi tələbələr üçün “Cultural Crossroads” adlı tədbir təşkil olunub

19 may, 16:31

Rektor BANM-də təhsil alan rumıniyalı tələbələrlə görüşüb

19 may, 16:30

Üzgüçülük idman növü üzrə respublika birinciliyi keçirilib 

19 may, 16:15

İntellektual məktəb çempionatının zona mərhələsi yekunlaşıb

19 may, 16:10

NDU-nun tələbələri Norveçdə beynəlxalq uğur qazanıb

19 may, 15:39

Macarıstanda Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılışı olub

19 may, 15:26

“Müasir metodist” layihəsinin metodistləri nominasiyaya layiq görülüblər

19 may, 15:00

AzMİU-da süni intellektin tətbiqi ilə bağlı beynəlxalq elmi konfrans keçirilib

19 may, 14:25

Fənn olimpiadalarının qəhrəmanları: Cənub məktəblilərinin uğurları 

19 may, 14:19

Naxçıvanda IV sinif şagirdləri üçün ilk dəfə rəqəmsal qiymətləndirmə monitorinqi keçirilib 

19 may, 14:18

Magistratura üzrə ixtisaslaşmaların yeni siyahısı və çərçivə sənədi təsdiqlənib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.