Bütün xəbərlər
10 fevral, 15:53

İdmana dövlət səviyyəsində xüsusi qayğı göstərən Azərbaycan dünya səviyyəli müxtəlif yarışlara ev sahibliyi edir, uşaq və gənclərin bu sahəyə marağının artırılmasından ötəri müxtəlif layihələr, tədbirlər həyata keçirir. Fərqli yarışlara qatılaraq uğur qazananlar arasında yalnız peşəkar idmançılar deyil, idmanın müxtəlif növlərinə maraq göstərən məktəblilər, hətta kiçikyaşlı şagirdlər də olur.

İdmanla məşğul olan məktəblilərin bir neçəsi bu yaxınlarda keçirilmiş MMA, pankration və qrapplinq üzrə respublika çempionatında nailiyyət əldə edib. 

"Azərbaycan müəllimi" həmin şagirdlər, onların valideynləri və müəllimi ilə həmsöhbət olub.

"Böyüyəndə idman müəllimi olacağam”

İlk olaraq elə qəhrəmanların özləri ilə danışırıq. Cəmil Məlikov Şuşa rayonu Malıbəyli kənd 1 nömrəli tam orta məktəbin 7, Aylin Məmmədzadə isə 5-ci sinfində oxuyurlar. Hər ikisi sözügedən çempionatın qalibidir. Cəmil yarışda iki idman növü - pankration və qrapplinq, Aylin isə qaydasız döyüş üzrə birincilik qazanıb.
 
Onları məşqlərindən ayırıb fikirlərini öyrənirik. Cəmil deyir ki, yarışlara anası və qardaşı ilə gedir. Çempionatda 3 rəqibinə qalib gələrək birinci yerə layiq görülüb:  "Böyüyəndə idman müəllimi olacağam. Çox vaxt yarışlarda birinci yer tuturam, indi də növbəti yarışa hazırlaşıram". 

“Nənəm deyirdi ki, qız uşağısan, idmana getmə, amma indi…”

Aylinin özü ilə yanaşı, iki bacısı da idmançıdır. Hətta balaca bacısı Nur onunla eyni idman növü üzrə məşqlərə gəlir. Hər ikisi respublika çempionatında uğur qazanıb.
"Böyük bacım idmana gedirdi. Mən də anama idmana getmək istədiyimi dedim, icazə verdi. Mənim idmana getməyimə qarşı ən çox çıxan nənəm idi. Deyirdi ki, qız uşağısan idmana getmə. Ancaq indi qalib olmuşam. Onlar buna görə sevinirlər". 

“Sağlam gələcək hər bir uşağın haqqıdır”

Uğurlara doğru yenicə addımlayan şagirdləri haqqında danışan məşqçi-müəllim Sultan Tağızadə uşaqların qısa müddətdə belə nailiyyət əldə etməsinin böyük nəticə olduğunu deyir: 

"Şagirdlərim təkcə respublika çempionatında deyil, digər bir neçə yarışda da iştirak edərək qələbə qazanıblar. Hədəfimiz beynəlxalq səviyyəli turnirlərdə iştirak edib qalibiyyətimizi  saxlamaqdır və daha da artırmaqdır. İdman yarışları təkcə çempion, qalib olmaq üçün vacib deyil, o, eyni zamanda, gələcək nəslin sağlam yetişdirilməsi üçün lazımdır. Sağlam gələcək hər bir uşağın haqqıdır. Düşünürəm ki, hazırkı vaxtda idman elə ən çox qız uşaqlarına gərəkdir. Ən azından özünümüdafiə üçün onunla məşğul olmaq lazımdır".

“Qardaşlarının medallarından, təltiflərindən həvəsləndi”

Respublika çempionatında Cəmil və Aylinlə birgə Nur Məmmədzadə, Zəhra Hüseynova və İsmayıl İsrafilov da uğur qazanıblar. 
Bu qalibiyyətə sevinən, uşaqların özü qədər həyəcan keçirən, onlarla birgə yarışlara qatılan valideynləri də dinlədik. 
Çempionatı ikinciliklə başa vuran İsmayıl İsrafilovun anası Elnarə Kazımova övladlarının uşaqlıqdan idmana həvəsinin olduğunu bildirir:

"İsmayıl Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbdə oxuyur. Özündən böyük qardaşları başqa idman növü ilə məşğul olurdular. Onların medallarından, təltiflərindən həvəsləndi. Amma tam fərqli idman növünü seçdi. Çox həvəsli idi, beləcə, biz də razılaşdıq. İsmayıl yaşının, hazırlıq müddətinin az olmasına baxmayaraq, yaxşı nəticələr əldə edir. Ümid edirəm ki, nəticələri daha da yaxşılaşacaq, buna inanırıq".

“Qızımı idmanda irəli aparan müəllimi olub”

Çempionatda iki övladı uğur qazanan Əfsanə Cəfərova da bütün yarışlara övladları ilə birgə gedir: "Aylinin ilk məşqinə gedəndə keçirdiyim həyəcanı hələ də unutmuram. İndi isə qələbələrinin şahidiyəm. Mən və bacısı Aylinə hər zaman dəstək göstərmişik, amma onu idmanda irəli aparan müəllimi olub. Qatıldığı yarışların hər birindən nailiyyətlə geri dönüb, qara kəmər, kubok sahibidir. O, təkcə ölkəmizdə deyil, xarici səfərlərində də qalibiyyət qazanıb. Aylinlə yanaşı, Nurun da turnirlərdə qalibiyyətini izləyirik. Hər ikisinin sevincini, həyəcanını yaşamaq ayrı bir hissdir. Nur hələ balacadır deyə seçim etməyib, amma Aylin özünü gələcəyin polisi olaraq görür. Biz də valideyni olaraq hər zaman onların yanındayıq, seçimlərinə dəstək veririk".

Şərhlər

Xəbər lenti

11 iyul, 21:38

“Xankəndidə işləmək istəyirəm” – MİQ imtahanından yüksək bal toplayan müəllim

11 iyul, 19:52

Gənclərə fotoqrafiya üzrə təlim kursu keçirilir

11 iyul, 17:21

Lənkəran məktəbindən böyük uğur: Bir sinifdən 9 qırmızı attestat

11 iyul, 17:02

“MİQ məktəblərdə yüksək bilikli kollektiv formalaşdırır” – İmtahandan uğurla keçən müəllim

11 iyul, 16:59

Məktəblərdə riyaziyyatın öyrədilməsi metodikası

11 iyul, 16:23

9 illik fasilədən sonra geri döndü – MİQ-də rekord bal topladı

11 iyul, 15:55

MDU-nun tələbələri üçün mentor proqramı fəaliyyətə başlayır

11 iyul, 15:52

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibləri üçün yay düşərgəsi təşkil olunub

11 iyul, 14:55

BMU Pekin İnformasiya Elmləri və Texnologiyaları Universiteti ilə əməkdaşlığa başlayır

11 iyul, 14:33

Mikayıl Cabbarov: Təhsilin bütün səviyyələrində rəqəmsal biliklərin aşılanması əhəmiyyətlidir

11 iyul, 14:23

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat bitdi

11 iyul, 14:20

Vaşinqton Universitetinin professoru Pedaqoji Kollecdə seminar keçirib

11 iyul, 13:53

AzMİU-da sərbəst güləş turnirinə start verilib

11 iyul, 13:31

Biz o yerlərə qayıdacağıq…

11 iyul, 12:50

Liseylərə imtahan verən 200 şagirdin nəticəsi yenidən araşdırılacaq – Komissiya yaradılıb

11 iyul, 12:45

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri AÇIQLANDI

11 iyul, 12:42

BDU-da yüksək bal toplayanlar üçün yeni təqaüd təsis edilib

11 iyul, 12:25

İspaniya universitetinin Azərbaycanda fəaliyyətə başlama imkanı nəzərdən keçirilir – Səfir

11 iyul, 12:15

Sabahın hava proqnozu açıqlanıb

11 iyul, 11:38

MİQ üzrə müsabiqənin test imtahanı mərhələsi yekunlaşıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.