Bütün xəbərlər
22 noyabr, 13:13

Məktəblilərin asudə vaxtının səmərəli təşkili, onların zərərli vərdişlərdən uzaqlaşdırılması, fiziki aktivliyin yüksəldilməsi, sağlam həyat tərzinin təmin olunması məqsədilə ümumtəhsil məktəblərində dərsdən sonra müxtəlif dərnək və qruplar fəaliyyət göstərir. Təhsil müəssisələrində uşaq və gənclərin bilik və bacarıqlarını, yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək üçün lazımi şərait yaradılır, dərsdən sonrakı vaxtlarda şagirdlər arzu və istəklərinə, maraq və meyillərinə uyğun olaraq yaradıcılıq və idman profilli dərnəklərə cəlb olunurlar. 

Ümumtəhsil məktəblərində “Yol hərəkəti qaydaları”, “Bədii qiraət”, “Rəqs”, “Rəsm”, “Məktəb teatrı”, “Əyləncəli fizika”, “İnformatika”, “İntellekt” və bir çox idman növləri üzrə xeyli sayda dərnək və qruplar fəaliyyət göstərir. Müxtəlif fənn müəllimləri bacarığı, istedadı olan şagirdləri qruplaşdıraraq onları müsabiqələrə, festivallara yönəldir, sərgilərini, tədbirlərdə çıxışlarını təmin edirlər. Müəllimlər valideynlərlə daim əlaqədə olur, onları övladlarının çox bacarıqlı olduğuna, uğurlu gələcəyinin olmasına inandırırlar. 

“Azərbaycan müəllimi” olaraq Sumqayıt şəhərində həmsöhbət olduğumuz istedadlı şagirdləri oxucularımıza təqdim edirik: 

“Arzum milli rəqslərimizi dünyada tanıtmaqdır”

Sumqayıt şəhər 24 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi Leyla Məmmədova qiraətçidir və rəqslə məşğul olur: “3 ildir ki, şəhid Rüfət Mustafayev adına “Buta” rəqs dərnəyinə gedirəm. Müəllimim Nərgiz Ağayevanın sayəsində milli və xarici rəqsləri öyrənirəm. Milli rəqslərimizi çox sevirəm və bir çox festivallarda, tədbirlərdə uğurla çıxış etmişəm, diplomlara layiq görülmüşəm. Eyni zamanda Sumqayıt şəhərində yerləşən “Dostluq” Mədəniyyət evində “Bədii qiraət” dərnəyinin üzvüyəm və İlahə müəllimdən dərs alıram. Şeir deməyi, mahnı oxumağı xoşlayıram, tədbirlərdə, telekanallarda uşaq və bayram mövzularında verilişlərdə çıxış edirəm. Mən bu il Sumqayıt şəhərinin 75 illik yubileyinə həsr olunmuş “Əbədi gənc Sumqayıt” festival-müsabiqəsinin “Bədii qiraət” nominasiyasında 1-ci yeri qazanmışam. Həmçinin Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq Musiqi Məktəbində fortepiano təhsili alıram. Bütün bunlarla yanaşı, məktəbdə də yaxşı oxuyuram və sinif rəhbərim Sara Abbasovanı çox istəyirəm. Nailiyyətlərimə görə atama, anama, müəllimlərimə təşəkkür edirəm. Arzum beynəlxalq festivallara qatılaraq milli rəqslərimizi bütün dünyada tanıtmaqdır”. 

“Dövlət səviyyəli tədbirlərdə şeirlər deyirəm, vətənpərvərlik mövzusunda mahnılar oxuyuram”

Sumqayıt şəhər 29 nömrəli tam orta məktəbin 5-ci pilot sinfinin əlaçısı Əhməd Əhmədli  oxumağı çox sevdiyini deyir: “Mən şəhid Rüfət Mustafayev adına “Buta” rəqs dərnəyində rəqsə gedirəm. 4 ildən çoxdur ki, rəqslə məşğulam və bu illər ərzində çoxlu sayda tədbirlərdə çıxış edərək müxtəlif diplomlara layiq görülmüşəm. Eyni zamanda “Dostluq” Mədəniyyət evində müəllimim İlahə Hüseynovanın köməyi ilə “Bədii qiraət” dərnəyində şeir deməyi, ifadəli oxumağı, səhnə mədəniyyətini öyrənirəm. Dövlət səviyyəli tədbirlərdə, məktəb tədbirlərində, müxtəlif müsabiqələrdə, bayramlarda, hərbi hissələrdə keçirilən tədbirlərdə, televiziya proqramlarında fəal iştirak edirəm, şeirlər deyirəm, vətənpərvərlik mövzusunda mahnılar oxuyuram. Mən dərnəklərin məşğələlərinə sevə-sevə gedirəm. Bu ildən cüdo idman növü ilə də məşğul oluram”.  

1 /4

Şərhlər

Xəbər lenti

2 iyul, 14:40

"Yorulsaq da, fikrimizdən dönmədik" – Maneələrə qalib gələn gənc xilasedicilər

2 iyul, 14:11

Orta ixtisas təhsilində yeni paradiqmalar

2 iyul, 13:30

Elm və Təhsil Nazirliyi vətəndaşlara müraciət etdi

2 iyul, 12:38

Sabahın hava proqnozu açıqlanıb

2 iyul, 12:27

“Avrasiya Universitetlərinin Sammiti”nin növbəti spikerlər siyahısı açıqlanıb

2 iyul, 12:22

Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbul şərtləri açıqlanıb

2 iyul, 12:17

“WorldSkills Azerbaijan” dəmir yolu nəqliyyatı texnologiyası üzrə yarışın qalibləri müəyyənləşib

2 iyul, 12:02

Akademik və elmi məlumatların toplanacağı mərkəzi məlumat bazası yaradılacaq

2 iyul, 12:02

Oksford Universitetinin azərbaycanlı müəllimi: Heç vaxt öz potensialınızı kiçiltməyin

2 iyul, 11:28

Musiqi ilə özünü ifadə edən istedad – Pianoçunun uğur yolu

2 iyul, 10:58

TİF gənc qızların təhsilə cəlbi üçün 1,2 milyon manat vəsait ayırıb

2 iyul, 10:53

Şəhid anası və şəhid həyat yoldaşı məzun oldu

2 iyul, 10:25

Qabiliyyət imtahanına qeydiyyatdan keçənlərin NƏZƏRİNƏ!

2 iyul, 10:16

Təkrar sertifikatlaşdırılmadan keçməyən müəllimlərlə bağlı komissiyalar yaradılıb

2 iyul, 10:13

NDU-nun 240 nəfərlik professor-müəllim və tələbə heyəti təcrübədə iştirak edəcək

2 iyul, 10:02

Nazir müavini: Azərbaycanda ali təhsilin əlçatanlığı getdikcə artır

2 iyul, 09:59

Strasburqda UFAZ-ın Rəhbər komitəsinin növbəti iclası keçirilib

2 iyul, 09:53

ADNSU-nun komandası “Tələbələrarası Azərbaycan Kuboku – 2025”in qalibi olub

2 iyul, 09:53

Yeniyetmələrin psixoloji distres səviyyəsinin ölçülməsi ilə bağlı tədqiqat aparılıb

2 iyul, 09:47

Bahar Muradova: Gənc qadın alimlərimiz cəmiyyətin lokomotivinə çevrilməkdədir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.