Bütün xəbərlər
21 fevral, 18:23

Aydın dillə yazılmış, rahat qavranılan dərsliklər keyfiyyətli təhsilin əsas komponentlərindəndir. Bəs bugünkü dərsliklər şagirdlər üçün kifayət qədər anlaşıqlıdırmı?

"Azərbaycan müəllimi” olaraq mövzu ilə bağlı mütəxəssislərin fikirlərini öyrəndik.

Azərbaycan Təhsil İnstitutundan sorğumuza cavab olaraq bildirilib ki, riyaziyyat, kimya, bologiya, həyat bilgisi kurikulumları təkmilləşdilib, yeni yazılan təbiət fənn kurikulumu isə 2024 cü ildə təsdiq edilib. 5 fənn (Azərbaycan dili (tədris dili), ədəbiyyat, fizika, informatika, coğrafiya) kurikulumu təkmilləşdirilib və təsdiqlənmə mərhələsindədir. 3 fənn (Azərbaycan tarixi, ümumi tarix, xarici dil) kurikulumunun təkmilləşdirilməsi yekunlaşmaq üzrədir. Digər fənlərin kurikulumlarının təkmilləşdirilməsinə başlanılıb.

Məsələnin digər tərəfi isə dərsliklərin təkcə proqram baxımından deyil, məzmun və dil baxımından nə dərəcədə effektiv olmasıdır. Eyni zamanda bu gün təkmilləşdirilən dərsliklərin tədrisdə kütləvi şəkildə istifadə edilməsi üçün ən azı iki il zaman lazımdır. 

Bu mövzuda Azərbaycan Dillər Universitetinin müəllimi, ədəbiyyatşünas Qismət Rüstəmov bildirib ki, bəzi dərsliklərdə mətnlər tərcüməyə bənzədiyi üçün şagirdlər üçün qavranılması çətin olur:

“Bəzən adama elə gəlir ki, bu mətnlər başqa dildən uğursuz uyğunlaşdırmadır. Mövcud dərsliklərin anlaşıqlığını dəqiq qiymətləndirmək üçün geniş sorğulara və detallı təhlilə ehtiyac var”.

Onun sözlərinə görə, Azərbaycan dili və ədəbiyyat dərsliklərində üslub xətaları çoxdur. Ədəbiyyat dərsliklərinin tarixi-xronoloji prinsipə əsasən hazırlanması bir çox problemlər yaradır:

“Məsələn, 5-6-cı sinif şagirdlərinə Füzuli və Nəsimi kimi mürəkkəb poetik dili olan müəlliflər təqdim edilir. Onlar bu mətnləri anlamaq əvəzinə sadəcə əzbərləməli olurlar. Ədəbiyyat tədrisində məntiq sadədən mürəkkəbə doğru qurulmalı, aşağı siniflərdə daha çox hekayə və əhvalatlara fokuslanılmalıdır".

Qismət Rüstəmov həmçinin ana dili dərsliklərindəki metodoloji problemlərə də toxunub:

“Ana dilini öyrətməli olan dərsliyin özündə dil problemlidir. Üstəlik, dərsliklərimiz yaxşı redaktora ehtiyac duyur. Redaktor institutunun sıradan çıxması böyük faciədir. Dil haqqında çoxsaylı illüziyalar var, onlardan biri də ünsiyyət illüziyasıdır, yəni hamı hər gün bu dildə danışır deyə, elə bilir ki, onu çox yaxşı bilir, halbuki nitq və dil ayrı anlayışlardır”.

Azərbaycan Yazıçılar Birliyinin Uşaq ədəbiyyatı şöbəsinin rəhbəri Qəşəm Nəcəfzadə də bu fikirlərlə razıdır. O, Azərbaycan dili dərsliklərində təqdim edilən ədəbi materialların çox bəsit olduğunu bildirir və üslub xətalarının geniş yayıldığını qeyd edir:

“Dərsliklərdəki məqalələr və şeirlər uşaqlara vətənpərvərlik və insanpərvərlik aşılamalıdır. Dərsliklərin müzakirələrinə müxtəlif fikirli, tənqidi düşünə bilən mütəxəssis cəlb olunmalıdır”.

Qəşəm Nəcəfzadə dərsliklərdə müəllif adlarının natamam yazılmasını da ciddi problem kimi dəyərləndirir:

“Məsələn, müəllif "N.Həsənov" olaraq qeyd olunur. Şagirdlər müəllifin kim olduğunu bilmir. Halbuki biz Abdulla Şaiqi, Mirzə Ələkbər Sabiri məhz dərsliklərdən öyrənmişik. Müasir şagirdlər isə kimlərdən nə öyrəndiklərini bilmirlər”.

O, dərsliklərdə cümlə quruluşu səhvləri və ifadə xətalarının da tez-tez rast gəlinən hallar olduğunu vurğulayır:

"Məsələn: "Mən daha yekə oğlanam, gərək elektrikə dəyməsin əlim” – burada işlənən “yekə” sözü məzmuna uyğun gəlmir və ədəbi dilə aid deyil”.

Mütəxəssislərin fikrincə, dərsliklərin yenidən hazırlanması və müasir tələblərə uyğun təkmilləşdirilməsi vacibdir. Seçilən mətnlər, dil qaydaları və üslub peşəkar səviyyədə işlənməli, tədris proqramı şagirdlərin yaş qrupuna uyğunlaşdırılmalıdır.

Şərhlər

Xəbər lenti

15 may, 10:49

İctimai Şura sədri: “Son zəng” tədbirləri məktəb daxilində və sadə formada keçirilməlidir

15 may, 10:37

Naxçıvanda məktəbli qızlar arasında şahmat üzrə birincilik keçirilib

15 may, 10:18

Azərbaycanlı məktəbli BMT Oyunlarında medal qazanıb

15 may, 10:15

Basketbol üzrə Azərbaycan çempionatının qalibi mükafatlandırılıb

15 may, 10:05

ADNSU-da tələbələrin sağlamlığına həsr olunmuş maarifləndirici sessiya keçirilib

15 may, 10:01

AzMİU tələbələri Kosmik Agentliyin Mərkəzində olublar

14 may, 18:30

ADNSU-da mühəndislik üzrə təhsil alan tələbələr üçün təlim keçiriləcək

14 may, 18:02

Abşeronun iki məktəbində mülki müdafiə məşqləri keçirilib

14 may, 17:50

Monitorinqdə VI sinif şagirdlərinin bilikləri bu mövzular üzrə qiymətləndiriləcək

14 may, 17:47

Müəllimlərin fənlər üzrə sertifikatlaşdırmada iştirak qrafiki BƏLLİ OLDU

14 may, 17:35

ARTİ doktoranturaya qəbul elan edir

14 may, 17:25

ADNSU-nun startapı beynəlxalq sərgidə maraqla qarşılanıb

14 may, 16:42

Fuad Nəcəfli: Macarıstanla elm və təhsil sahəsində yaxşı əməkdaşlıq perspektivləri var

14 may, 16:34

Məktəblilər Beynəlxalq Riyaziyyat və İnformatika Olimpiadasında 6 medal qazandılar

14 may, 16:34

II və III ixtisas qrupları üzrə imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ

14 may, 16:00

Bu il 215 əcnəbi NDU-nun məzunu olacaq

14 may, 16:00

AzMİU və Ege Universiteti arasında elmi əməkdaşlıq seminarı keçirilib

14 may, 15:59

“Milli Proqram” çərçivəsində növbəti 7500 nəfər təlimlərə başlayıb

14 may, 15:51

ADNSU-da Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda infosessiya keçirilib

14 may, 15:45

Uşaqlar niyə yalan danışırlar?

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.