Bütün xəbərlər
15 may, 10:49

Son illərdə məktəblərdə "Son zəng" tədbirlərinin daha dəbdəbəli keçirilməsi, bunun üçün bəzi məktəblərdə pul yığılması kimi neqativ halların ortaya çıxması müəyyən narazılıqlara səbəb olur. 

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Hikmət Əlizadə məsələ ilə bağlı “Azərbaycan müəllimi”nə açıqlama verib. O, “Son zəng”in mahiyyətindən danışıb və bu tədbirlərin sadə keçirilməli olduğunu diqqətə çatdırıb.

"Dünya əhalisi ən qədim zamanlardan başlayaraq öz fəaliyyətlərini dəyərləndirmək üçün təntənəli tədbirlər təşkil edirlər. Məsələn, insanlar ad günlərini qeyd edirlər. Bu, əslində onların yaşadıqları dövrün hesabatıdır. İnsan geriyə nəzər salır, uğurları ilə sevinir, uğursuzluqlarını aradan qaldırmaq üçün yollar axtarır. Ad günlərinin, yubileylərin keçirilməsinin fəlsəfəsi budur. 

Təhsilin müxtəlif mərhələlərini bitirdikdən sonra da insanlar öz fəaliyyətlərini təntənəli qeyd edirlər. Ölkəmizdə orta və ali məktəbi bitirəndə keçirilən “Son zəng” tədbirləri buna aiddir. Universitetlərdə bu tədbirlər daha məqsədəmüvafiq təşkil edilir. Əksər universitetlərdə bu tədbir elə ali məktəbin həyətində keçirilir. Adətən axşam tərəfi ali məktəbin həyətində qurulmuş səhnədə əvvəlcə universitet rektoru və bir neçə müəllim tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayır, sonra universiteti fərqlənmə ilə bitirən tələbələrin diplomları təqdim olunur, sonda tələbələrə musiqi nömrələri təqdim olunur, onlar musiqi sədaları altında rəqs edirlər. Bəzi universitetlər həyətdə yığışmaq imkanı məhdud olduğu üçün həmin tədbiri müxtəlif konsert salonlarında, həmin ssenari əsasında təşkil edirlər. Bu tədbirin bütün maliyyə xərclərini universitet öz öhdəliyinə götürür.

Məktəblərdə də bu tədbir adətən məktəb həyətində keçirilir. Son zamanlarda bəzi məktəb rəhbərləri müəyyən maliyyə qarşılığında bu tədbiri müəyyən şənlik məkanlarında keçirməyə üstünlük verirlər. Bu isə maddi imkanları zəif olan valideynlər arasında haqlı narazılıqlar yaradır. “Son zəng”in keçirilməsinin əsas məqsədi şagirdlərə keçdikləri yola nəzər salıb, gələcək uğurlarının yollarını göstərmək olduğu halda, şagirdlər arasında narazılığın yaranması yolverilməzdir. Hətta bir sıra hallarda maddi tələbi ödəməyən şagirdlərin “Son zəng” tədbirinə buraxılmayacağı da bildirilir. Halbuki, “Son zəng”də iştirak etmək hər bir şagirdin haqqıdır. Onu bu tədbirdən necə kənarlaşdırmaq olar? Məmnunluq hissi ilə qeyd etməliyəm ki, Elm və Təhsil Nazirliyi, MÜTDA belə hallara qarşı həmişə mübarizə aparır", - deyə o qeyd edib.

İctimai Şura sədri onu da vurğulayıb ki, “Son zəng” tədbirini məktəbin həyətində müəllim və şagirdlərin xatirə söhbəti, şagirdlərin özlərinin hazırladığı səhnəciklər, musiqi nömrələri əsasında təşkil etmək daha məqsədəuyğun olardı: “Hər bir şagird məmnunluq hissi ilə məktəbdən ayrılmalıdır və “Son zəng” tədbirindən sonra onun həyatında yeni mərhələ açıldığını görməlidir. Məktəbdən məmnunluq hissi ilə ayrılan şagird məktəbi onu həyata hazırlayan ocaq kimi dəyərləndirməli və hansısa bir çətinliklə üz-üzə qaldıqda məktəbə gəlib, öz müdrik müəllimləri ilə məsləhətləşməyi özlərinə rəva görməlidirlər. Mən bu il həm orta, həm də ali məktəbi bitirən bütün məzunları təbrik edir, onların hər birinə məktəbin onlara verdikləri bilik və bacarıqlarını ölkəmizin daha da inkişaf etməsinə həsr etməsini arzu edirəm”.

Şərhlər

Xəbər lenti

15 may, 17:21

BANM tələbələri “Aqrar Biznes Festivalı”nda uğurla iştirak ediblər

15 may, 17:10

“Məktəblərdə “Yaşıl Könüllük” Proqramının İcrası” layihəsi yekunlaşıb

15 may, 16:31

ADNSU-da təhsil siyasətinin əsas istiqamətləri üzrə görüş keçirilib

15 may, 16:15

Naxçıvanda ilk PISA təcrübəsi: Kimlər necə iştirak edir? – Reportaj

15 may, 15:25

“Uşaqlarımız üçün işləməyək, uşaqlarla birlikdə işləməyə başlayaq” – Vəfa Yaqublu

15 may, 15:10

Vəfa Yaqublu: “Son zəng”də şagird məktəbli formasında olmalıdır

15 may, 15:00

Ailə: Uşağın ilk müəllimi, sağlam gələcəyin təməli 

15 may, 14:57

“Zəkaların mübarizəsi” olimpiadasının final mərhələsi keçirilib

15 may, 14:56

"Son zəng"in təmtəraqla keçirilməsi qadağan edilib

15 may, 14:50

BMU-da “TəhsilPlus” kartı ilə bağlı görüş keçirilib

15 may, 14:34

Fuad Qarayev: Burada şagirdlər fərdi yox, komanda şəklində yarışırlar

15 may, 14:26

UNEC-də Beynəlxalq Türk Dünyası İqtisad konfransı keçiriləcək

15 may, 14:20

Mindən artıq elmi iş plagiat çıxıb

15 may, 13:07

“Son zəng”i daha məzmunlu, daha yaddaqalan edək

15 may, 12:41

ARTİ və Avstraliya Təhsil Tədqiqatları Şurası arasında memorandum imzalanıb

15 may, 12:32

Ali məktəbərə qəbul olmaq istəyən subbakalavrlar üçün qeydiyyat başlayıb

15 may, 12:19

“Heydər Əliyev Fondunun fəaliyyətində əsas istiqamətlərdən biri təhsil sahəsidir” – Cəmil Əliyev

15 may, 12:08

Qarabağ Universitetində Həmkarlar İttifaqı təsis edilib

15 may, 11:52

Tələbələr dövlət başçısına aqro startap layihələrini təqdim ediblər

15 may, 11:36

Son 20 ilin ən güclü geomaqnit qasırğası 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.